Güney Azerbaycan Problemi

Say (No.): 542/ 2011
İlaygün (Date):11 July 2010

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə Lütfən bu ilətişməni Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:
• Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər
• Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter
• Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
Üzü Dyke bəy, Xanım Harrison, Amnesty International, London Habelə İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Cənab Səid Muğanlı Güney Azərbaycanlı vicdan dustağı

Sayın cənablar

İLƏTİŞMƏ 1: SƏİD BƏY MUĞANLININ İNSAN HAQLARINI QORUMAQ KAMPANİYASI

Cənab Səid Muğanlının insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, o Güney Azərbaycanın mədəni fəalıdır və bu anda İran yetkililəri tərəfindən 8 İyun-dan bəri sərbəstlikdən yoxsun edilmiş. O bir jurnalist, bilikli və şairdir.

Muğanlı bəy 8 İyun 2011 valideyn evində onların görüşünə gedəndə yaxalandı. İndi bəllidir ki, o Təbrizdə bir tutuqlular yerində saxlanmaqda və onun tutuqluluğuna tutanaq (bəhanə) isə deyilənlərə görə bir şeirində İran İslam Respublikasının hansısa bir adı bəlli olmayan rəhbərinə toxunmaqdır. O vəkilə əl-çatası deyil, lakin yaxalanandan 2 həftə sonra valideyninə həbsxanadan bir zəng etmiş və Təbrizdə saxlanmasından söz açsa da, suçlanmasının səbəbindən söz aça bilməyib.

Təkid etmək istəyirik ki, bu İlətişmənin tərtibində biz Muğanlı bəyin ailəsi ilə yaxud bir vəkil ilə əlaqə qurmamışıq. Bununla ki, bu ilətişmələr və sizin savunmalarınız Güney Azərbaycanlı fəallarının sağlamlıq durumunu gücləndirir, ancaq bu İlətişmənin məsuliyyətini biz öz boynumuza alırıq və bu yol ilə onun boynundan məsuliyyəti götürmək istəyirik.

Muğanlı bəyin insan və milli haqlarını sağlamaq üçün sizə müraciət edirik ki, onun haqqında kampaniya aparasınız. Arxayınıq ki, sizin kampaniyanız onun sərbəstliyi və yaxa-qurtarması üçün ən etgin yoldur. Qabaqcadan qayğınız üçün minnətdarıq.

 Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

PS: Geniş bilgilər ingilizce varyantdan izləniləbilər

 
 


 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net