Güney Azerbaycan Problemi

Say : 513/ 2009

İlaygün : 13 Mart  2009

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Lütfən bu ilətişməni Yarğı-ötəsi, Şıdırğı və z-xoşuna Edamlar üzrə zəl Raporterə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu; Helsinki İnsan Haqları

                                                                                                                                                   

Yunis Ağayan

Sayın cənablar

SON DURUM 1: YUNİS AĞAYAN BƏY EDAM HÖKMÜNÜN QAÇILMAZ TƏHLÜKƏSİNDƏ

Daha erkənki İlətişməmizə əlavə olaraq (Say: 349/2006, Tarix: 16 iyul 2006; Say: 365/2006, Tarix: 19 avqust, 2006; və Say: 485/2008, Tarix: 28 yanvar, 2008də), indi Güney Azərbaycan milliyyətli və İran İslam Respublikasının vətəndaşı olan Yunis Ağayan bəy, ölüm hökmünün sırasındadır və İran yetgililəri tərəfindən qaçılmaz edam təhlükəsindədir. Yalnız sizin mandatlarınız bu öz-xoşuna edam cəzasına qarşı müdaxilə etmək öhdəsindən gələr. Bu Son Durumda dərc olunan detaylar edam hökmünün ədalətsizliyini göstərir. Sizin təcili hərəkətinizə ehtiyac duyulur çünki, başqa bir Güney Azərbaycanlı olan Mehdi Qasimzade bəy (lütfən hər iki fərdlər haqqında bizim birgə bilgilərimiz üçün müraciətinizi yönəldin Say: 349/2006, Tarix: 16 iyul 2006) İran yetgililəri tərəfindən 3 Mart 2009-da şıdırğı edama məruz qaldı və onun durumu eynən Ağayan bəyin durumu kimidir.

İran yetgililəri tərəfindən Ağayan bəyə qarşı öz-xoşuna davranış barədə detaylar Cədvəl 1 sunulur və onun yığcamı aşağıda cəmlənir:

1.   Qış 2003-də, Ağayan bəyin doğum yeri olan Üç Təpə kəndində bir neçə gənc onların örənimiş (viranaya çevrilmiş) kənd durumunu ifadə etmək üçün bir kitabça yayımladılar və bunun səbəbini ələvi dininə və Azərbaycan milliyyətinə qarşı gedən ayrı-seçkilik ilə izah edirdilər. Bu təşəbbüsün nəticəsində 5 gənc tutuqlandı.

2.   Yaz 2004-də, tutuqlular girova buraxıldılar, ancaq sonra silahlı zabitlər kəndə basqın edib və arxa-planlarını yürütmək üçün bu fərdləri yenidən tutuqlamaq istəyirdilər. Əslində tutuqlamanın səbəbi İran yetgililəri nəzərində ələvilərin maldarlıq mərkəzinə küfr gözü ilə baxmaları idi. Silahlı qüvvələrin müdaxiləsi camaatın etirazına səbəb olmuş və məmurlar bunu çaqqışmaya gətirib çıxarmışdılar. Nəticədə 6 nəfər ələvi-Azərbaycanlı güllələnməkdən öldürülmüşdülər ki qabaqkı tutuqluların üçü də bu qurbanlar sırasında idi. Ütəlik, silahlı məmurların inadlı əməliyyatları nəticədə iki nəfər də özlərindən, necə deyərlər, dostcasına çaqqışmalarında həlak olur.

3.   2005-də¸ Qasımzadə bəy ki 2004-də dövlətin basqınında yaxalanmışdı (və təsəvvür olunur ki elə Ağayan bəydə eyni zamanda yaxalanmışdı) hər ikisi də suçsuz idilər lakin Soyuqbulaq məhkəməsində edam hökmünə məruz qalırlar.

4.   2006-da Tehrandakı istinaf məhkəməsi Qasımzadə bəyə və Ağayan bəyə qarşı öz-xoşuna edam hökmünü təyid etdi, lakin Ağayan bəyə söz verilmişdilə ki, öz inancından tövbə etsə edam hökmü düşürüləcəkdir. Buna baxmayaraq, 3 Mart 2009-da Qasımzadə bəyə ölüm cəzası qıyıldı və indi də təyid olunub ki Ağayan bəy ölüm sırasındadır.

İran yetgililəri tərəfindən kəsilən iyrənc ölüm hökmü Yunis Ağayan bəyin Yaşama Haqqına qarşı insan haqlarının pozulması deməkdir. Bu haq BMT-nin Əvrənsəl İnsan Haqları Bildirgəsinin Maddə 3-də qaldırılmış (http://www.un.org/Overview/rights.html)  və eləcə də Mülki və Siyası Haqlar üzrə Beynəlxalq Anlaşmada qayımcasına təyid olunub. Bu haq qeyd edir ki, “Hər kimsənin Yaşamaq Haqqı vardır. Bu haq qanun bərəkətinə qorunacaqdır. Heç kim Yaşamaq Haqqından öz-xoşuna yoxsun edilə bilməz. (http://www2.ohchr.org/English/law/ccpr.htm).” Bizim bilgilərimizə görə, BMT-nin mandatı var ki, bu haqqı qanun yetgisinə mindirilməsini və icrasını hər üzv ölkədən tələb etsin. Bu əsasda sizə müraciət edirik ki, Ağayan bəyin canını qurtarmaq üçün və onun insan haqlarının dirçəldilməsi üçün öz kampaniyanızı başlayasınız. Qayğınız üçün qabaqcadan minnətdarıq.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net