Güney Azerbaycan Problemi

Say :510/ 2008

Tarix : 6 Dekabr 2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə

Lütfən bu İlətişməni Öz-xoşuna tutuqlular üzrə Çalışan Qrupa çatdırasınız. Eləcə də bu İlətişmə aşağıdakılara da dəxli var:

·         Qazıların müstəqilliyi üzrə Özəl raporter;

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter;

·         Qadınlara qarşı zorakılıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Xanım Şəhnaz Qulami

Sayın cənablar,

İLƏTİŞMƏ 2:

Xanım Qulaminin insan haqlarını qorumaq üçün İlətişmə 2-ini Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupun hüzurlarına sunuruq. O İran yetgililəri tərəfindən sərbəstliyindən yoxsun edilmiş və bu birinci dəfə deyildir. Onun uğrunda dərlədiyimiz verilənlər və bilgilər aşağıdakı cədvəllərdə hüzurlarınıza sunulur:

Cədvəl 1:  Təqdim olunur Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupun tərəfindən istənilən forma ki, xanım Qulaminin məruz qaldığı tutuqluluğun özəlliklərini sizə ilətir.

Cədvəl 2:  Qeri-yönlü bir çağın-sıra (reverse chronology) sunulur k, xanım Qulaminin irəlilərdəki fəaliyyətlərini göz önünə gətirir

Cədvəl 3:  Bir mətn tərcüməsidir ki, xanım Qulami tutqlanmadan az qabaq yayımladı və bu da onun qorxmazca güney Azərbaycan fəallarının insan haqlarını qorumaq üçün inancının göstərir.

Cədvəl 4: Bir hökm tərcüməsidir ki, İran yetgililəri İlətişmə 1 (Say: 464/2007, Tarix: 9 septambr 2008) ilə əlaqədar ona qarşı kəsmişlər

Xanım Qulami qabaqlar da bir qadın fəalı idi isə də, Güney Azərbaycanın qadını müqəddəratının İran qadın qurumlarının tərəfindən saymazyanalığını yaxından görüb və indi Güney Azərbaycan qadının haqları onun diqqət mərkəzindədir. Eləcə də o Güney Azərbaycan milli hərəkətindən müdafıəsini heç də əsirgəyə bilmir. Güney Azərbaycan milli hərəkəti bu insanın ətraflı fəaliyyətini yüksək dəyərləndirir və onu var gücü ilə müdafiə edir. Bizim bu anda imkansızlığımıza baxmayaraq bu İlətişməyə öncəlik vermiş.

Xanım Qulami qabaqlarda bir qadın fəalı idise də, Güney Azərbaycanın qadını müqəddəratının İran qadın qurumlarının tərəfindən saymazyanalığını yaxından görüb və indi Güney Azərbaycan qadının haqları onun diqqət mərkəzindədir. Eləcə də o Güney Azərbaycan milli hərəkətindən müdafıəsini heç də əsirgəyə bilmir. Güney Azərbaycan milli hərəkəti bu insanın ətraflı fəaliyyətini yüksək dəyərləndirir və onu var gücü ilə müdafiə edir. Bizim bu anda imkansızlığımıza baxmayaraq bu İlətişməyə öncəlik vermişik.

Üstəlik, diqqətinizi iki dənə daha bəlgəyə yönəltmək istərdik:

  1. Aldığımız güvənli məlumatlara görə xanım Qulaminin sərbəstlikdən yoxsun olunması, onun faktik araşdırma ekipi qurmaq müraciətinə görə yazdığı və Cədvəl 2-də tərcüməsi dərc olunan məqalə ilə ilgilidir (bax: Genəl İlətişmə 4; Say: 509/2008; Tarix: 17 Noyabr 2008). Bu epizod İran yetgililərinin Güney Azərbaycanda Azərbaycan millətinin cınğırlarına və ekipin qurulmasına titiz olduqlarını göstərir.
  2. İran yetgililəri tərəfindən xanım Qulamiyə kəsilən hökm müqqəddəs İran İslam Respublikasını sıx-sıx dilə gətirir və bu da onların orta əsrə aid təfəkkür tərzlərini aşkar edir (bax Cədvəl 4) ki, burada Fars-dilli millətin xeyrinə İran irqçiliyi də gözə dəyir. Eləcə də hökm xanım Qulaminin fəaliyyət cərçuvasını və onun igid bir insan haqları savunan olmasını da göstərir.

Vurğulamaq istəyirik ki, bu İlətişmə bizim təşəbbüsümüzdür və bunun üçün xanım Qulaminin təmsilçisindən (olursa) biz heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə xanım Qulamı və ailəsindən məsuliyyət götürülmüş olsun və İran yetgililəri onları daha basqıya məruz edə bilməsin.

Ən sonda qayğılı diqqətinizə müraciət edirik və ümid edirik ki, xanım Qulamının insan haqlarını qorumaq üçün kampaniya aparacaqsınız. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri 

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net