Say : 476/ 2007

Tarix : 29 Dekabr  2007

Guney Azerbaycan Problemi

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

            Lütfən bu məktubu aşağıdakı qruplara çatdırasınız:

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup,

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

Üzü     Xanım Harrison Dyke bəy,  Amnesty International, London

 

 

Cənab. Abbas Leysanlı

 

Vicdan dustağı

Sayın cənablar

İLƏTİŞMƏ: SONDURUM 9–CƏNAB LEYSANLIYA QARŞI ƏNQƏRİB QAMÇILAMA HƏDƏSİ

Son Durum 8 (Say: 474/2007; Tarix: 21 Dekabr 2007) vasitəsi ilə sizi ayıq-sayıq etdik ki, İran yetgililəri cənab Abbas Leysanlıya qarşı iyrənc qamçılamaq hədələməsinə cəsarət etmişlər. İndi Son Durum 9-u hüzurlarınıza sunuruq ki bugün Güney Azərbaycan millətinin keçirdiyi nigarançılığı əks etdirsin. Bu cənab, Güney Azərbaycanın milli hərəkətinin başlıca aparıcılarndandır və Amnesty International onun haqqında bolluca kampaniya apararaq onu şərtsiz vicdan dustağı tanımlamışdır. Onun zindan hökmü 30 Dekabrda bitməlidir və bizim tələbimiz ən azı budur ki, onun itirdiyi sərbəstlik yenidən bərpa olmalıdır.

Bizcə 30 Dekabr 2007 sınaq günüdür və bugündə İran yetgililərinin Əvrənsəl İnsan Haqları Bildirgəsinin toxunulmazlığına qarşı pozma miqyası bir daha ölçüləcəkdir. İndiki durumun aşamaları belədir:

  1. Aşama 1-ə əsasən cənab Leysanlının milli və insan haqlarına qarşı İran yetgililərinin addım-basmaları bu faktlar ilə sabit olunur ki, bu cənab öz sərbəstlik haqqından öz-xoşuna zindan hökmü ilə yoxsun edilmiş və zindanda əsirliyə məruz ikən, hər dustağa verilən vaxtaşırı mürəxxəslik haqqı bu cənaba inkar edilmiş. Bu haqda gərəkən bəlgələri hüzurlarınıza sunmuşuq.
  2. Aşama 2-ə əsasən cənab Leysanlının milli və insan haqlarına qarşı İran yetgililərinin addım-basmaları qamçılama hədəsinə cəsarət etməkdən irəli gəlir. Baxmayaraq ki, bu cənabın şərəfi bu irənc hərəkətdən heç belə ləkələnə bilməz, lakin hədə özlüyündə İran yetgililərinin fikir-dünyalarının Orta Əsrlərə qapınmasını bilmərrə tazəhürüdür.
  3. Və İndi də Aşama 3-ə əsasən cənab Leysanlının milli və insan haqlarına qarşı İran yetgililərinin addım-basmaları 2007-inci ilin Dekabr ayının 30-unda sınaqdan keçiriləcək və sınaq da bundan ibarətdir: doğrudan doğruya İran yetgililəri iyrənc qamçılama hədəsini bir müdafiəsiz vicdan dustağına, bir şairə və bir millətin başçı qabiliyyətli alicənabına qarşı cəsarət edəcəklərmi? Təbiətən Dekabrın 30-u İran yetgililərində mədəni dəyərlərin tükənməkdə olan damcıların kəsilib kəsilməməsinə sınaqdır.

Arxayınıq ki, cənab Leysanlının milli və insan haqlarını qorumaq üçün gərəkən təmkinli kampaniya aparmışsınız. Bu mərhələdə cənab Leysanlının milli və insan haqlarını qorumaqda sizin kampaniyalarınız ədalətə meydan verəcəkdir. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net