Say: 475/2007

Tarix: 23 Dekaber  2007

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Sağlamlıq Haqqı üzrə Özəl Raporter

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Səid Mətinpur

Bir Güney Azərbaycanlı vicdan dustağı

Sayın cənablar

SON DURUM 3: SƏİD MƏTİNPUR BƏYİN HAQQINDA

Son Durum 2-yə əlavə olaraq (Say: 473/2007; Tarix: 12 Dekabr 2007), Güney Azərbaycanının görkəmli insan haqları savunanı olan Səid Mətinpur bəyin insan haqlarını qorumaq üçün Son Durum 3-ü hüzurlarınıza sunuruq, ki o indi İran yetgililəri tərəfindən təqiblərə məruzdur.

Çox güvənli Haqqımız qaynagında yayımlanan son gəlişmələr bunlardır (http://haqqimiz.blogfa.com/post-651.aspx):

  • Mətinpur bəygilin (vicdan dustaqları Səid və qardaşı Əlirza), xanım və bəy Səfəri gilin (Say; 463/2007; Tarix: 7 Septambr 2007) və Cəlil Qənilu gilin (Say; 457/2007; Tarix: 7 4 İyul 2007) ailəri adı verilən vicdan dustaqları ilə görüşmə iznini İran yetgililərindən  haçandan haçana ala bilmişlər.
  • Bu ailələr öz istəklilərinin bədən durumu və arıqlamalarından nigarançılıqlarını ifadə etmişlər ki, bu acınacaqlı durum şübhəsiz bu vicdan dustaqlarının işgəncəyə məruz qalmalarını göstərir.
  • Xanım Ətiyyə Mətinpur, birinci dəfə olaraq beş aydan sonra öz həyat yoldaşının görüşünə çatandan sonra, birinci dəfə Səid bəyin dəhşət arıqlamasına və tüklərinin tökülməsinə şahid olmuşdur.
  • Eləcə də, Ətiyyə xanıma görə onun həyat yoldaşı indi ümumi zindana ötürülmüş, lakin bunun adı qeyd olunmamış. Bizcə bu Evin zindanıdır.

Heç şübhə yoxdur ki, bütün bu Güney Azərbaycan vicdan dustaqları öz-xoşuna sərbəstliklərindən yoxsun edilmişlər və ifadəsindən dil aciz olan miqdarda onlara işgəncə qıyılmışdır. Bu vicdan dustaqlarının hər birisinin vücud sağlamlıqlarından nigaranıq və özəllik ilə Səid Mətinpur bəyin tükünün tökülməsi ona qarşı qadağan davaların aşılanmasına əlamətdar ola bilər. Bu məsələni  Sağlamlıq Haqqı üzrə Özəl Raporterin diqqətinə çatdıraraq mudaxilesini xahis edirik.

Bu yeni gəlişmələri sizin aparmaqda olduğunuz kampaiyalara nisbət verməkdə heç tərəddüd etmirik və ümid edirik ki, bu vicdan dustaqlarının insan haqlarını və sağlamlıq üzrə haqlarını yenidən bərpası üçün kapmpaniyalarınızı daha artıracaqsınız. Bu fürsətdən istifadə edib sizin və Amnesty İnternationalın işçilərini bu qutlama fəsli münasibəti ilə salamlayırıq. Bu ümid ilə ki Güney Azərbaycanın vicdan dustaqlarının insan haqlarını qorumaq üçün kampaniyalarınızı artıracaqsınız, sizin qayğılarınızdan dərindən təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net