Say : 450/2007

Tarix : 25 April  2007

 

Amerika Birləşmiş Ştatları Kongresinin Başqanı və dəyərli Kongresmənlər

Üzü :     

Kütləvi İnformasiya vasitələri

Hörmətli Amerika Birləşmiş Ştatları Kongresinin Başqanı və dəyərli Kongresmənlər,

MÜRACİT: GÜNEY AZƏRBAYCANIN VİCDAN DUSTAQLARINA QARŞI İRANDAKI “BÖHRANİ SİYASİ DUSTAQLAR KOMİTƏSİ” TƏRƏFİNDƏN PLAGİAT

Son günlər İranda “ siyasi zindanilər böhran komitəsi “ imzasi ilə 121/ 17 nümrəli bir yaramaz məktub huzurlarınıza göndərilmişdir. O məktubuda bu təkzibnamyə sancaqlıyaraq huzurlarınıza təqdim edirik.

O bəyaniyyəni ona görə yalanlayırıq ki, Güney Azərbaycan siyasi dustaqları orada plagiat olmuşlar (adları oğurlanmış). İstər halən Tehran rejiminin zindanlarında olanlar, istərsə də qabaqlarda sərbəstliklərindən yoxsun qalan Güney Azərbaycanın siyasi zindanileəri o Komitənin bəyaniyyəsinə qol çekməmişlər.

O listədə adı çəkilən, Güney Azərbaycanda milli haqlarımızı tələb yolunda siyasi dustaqlarımızın bir çoxu ilə əlaqə saxlayaraq durumu incələdik. Danışdığımız soydaşlarımızın heç birinin belə bir məktubdan xəbərlərinin olmadığını hüzurlarınıza çatdırmaq istərdik.

Amerikanın səsi radio və TV-dən ( VOA) tənqid edən bu adamları bəlkədə son zamanlar bu radyonun Azərbaycan bölməsinin Güney Azərbaycan probləmi ilə çox düzgün və dəyərli məlumat verməsi narahat etmişdir. Bu vəsilə ilə də onlara çəkdikləri zəhmətlərə görə təşəkkür və ədalət uğrunda çalışmalarına görə minnətdarlığımızı bildiririk.

 Birləşmiş Millətlər Təşkilatının 1960-da 1541 sayılı “milli müqəddəratı təyin bəyannaməsi”      bizim başlıca demokrasi ölçümüzdür . Bu prinsipi qəbul etməyən heç bir təfəkkürü demokratik saymırıq. Onun üçün bu vəsilə ilə o müraciəti təkzib edirik. Elə buna görə də, Farsçı İranlı Komitənin buraxdığı məktubu içi boş bir iddea hesab edirik .

Həqiqət budur ki, demokrasi, özgürlük və azadlıqdan dəm vuran bu cücə şovinistlərin anlamadığı bir şey varsa oda demokrasidir. İllər boyu Güney Azərbaycanda ən ibtidai milli haqlarımızı demokratik üsullarla tələb edən mübarizlərimizi asıb-kəsən Tehran faşistlərinin haqqında bir kəlimə danışmayan, siyasi dustaqlarımızı bir tək kəlmə ilə belə müdafiə etməyən bu zehniyyət ancaq yeni bir diktatorluk, yeni bir faciə yarada bilər.

Demokrasi bütün dərdlərin dərmanıdır, ancaq İranda demokrasinin ən böyük əngəli Fars şovinizmidir. Beyinləri irticai şovinist təfəkkürü ilə dolu olanların başı, istər tacın istər əmmamənin istərsə də  silindir börkünün altında olsun, bizim üçün heç bir fərqi yoxdur.

Bu saxtakarlar utanmadan və yalandan Tehran rejiminin əlində zəncirə çəkilmiş Güney Azərbaycan milli hərəkətçilərinin də adlarını öz listələrində yerləşdirərək sizə göndərmələri, çirkinliklərinin başqa bir boyutunu göstərməkdədir.

Biz inanırıq ki, soyuq savaşdan sonra, bugün dünyada demokratlar və diktatorlar arasında barışmaz mübarizə getməkdədir. Azərbaycanımızda milli bir şuar olan “millətlərə azadlıq, insanlara hürriyyət”  siloganını xatırladaraq sizə və bütün dünya demokratlarına uğurlar arzulayırıq.

Dərin hörmətlərimlə,

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri

      ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net