Say : 424/ 2006

Tarix: 14 Dekabr 2006

 

Üzü BMT, İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə

Lütfən bu Raportu çatdırın insan haqlarını savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın. Eləcə də bu raport aşağıdakılar ilə də ilgilidir.

· Qazıların və Vəkillərin Müstəqilliyi üzrə Özəl Raporter

· Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa

· Çağdaş irqçilik və ayrı-seçkilik üzrə Özəl Raporter

· Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Xanım Harrison, Amnesty International, London

 

Sayın cənablar,

MÜRACİƏT İLƏTİŞMƏ –– SON DURUM 1: İRAN YETGİLİLƏRİ TƏRƏFİNDƏN GÜNEY AZƏRBAYCANLI ÇALIŞANLARA KƏSİLMİŞ ÖZ-XOŞUNA HÖKMLƏR

Güney Azərbaycanın çalışanları ilə insan haqlarını savunanları öz-xoşuna hökmlərə məruz edən İran yetgililərinin buraxdığı hökmləri bir yerə qalaq edib hüzurlarınıza sunuruq. Bu öz-xoşuna hökmlərin aparıcı qüvvəsi İran İslam Respublikasında gündən aşkar irqçilik siyasətidir. Eləcə də Güney Azərbaycanlıların doğal insan haqları ilə milli haqları bir tərəfdən və bu İslam Respublikasının yetgili diyə boynunda olan məsuliyyətləri düşürmək o biri tərəfdən nəzərdə alınırsa ortada böyük dərin bir yarıq vardır. Bu ilkin raport bitəndən sonra mahiyyətli bəlgə surətinə düşəcək.

Bu öz-xoşuna hökmlərə ləpirçilik (izləyici) etmək nəhəng bir işdir. Buna görə bu raportu bir canlı bəlgəyə çevirmək üzrəyik və gərəkən son durumları ara-sıra buraxmaq fikrindəyik. Bu baxımdan birinci addımı 17 Sentyabrda atıb və raportda ona son durum kimi baxıla bilər.

Biz arxayınıq ki, dünya icması adına BMT tərəfindən sizin öhdənizə tapşırılan mandatlara doğruculsunuz. Güney Azərbaycanın insan haqlarını qorumağa görə və irqçiliyə qarşı apardığımız döyüşdə sizin mandatlarınıza və yetginizə arxalanırıq. Bu işlərin boyutlarını göz önünə alanda, Güney Azərbaycan fəallar ilə görüşmədən sizin kəsərli nəticəyə çatmanız ağla sığışmır. Bizcə Güney Azərbaycanın vicdan dustaqları ilə, və habelə qadaqda olan İran yetgililərinin şərti hökmlərə məruz şəxslər ilə görüşməyə heç bir şey əvəz deyildir. Ümid edirik ki, Güney Azərbaycanı qorumaq üçün ora baş çəkəcəksiniz və görmək istədiyiniz şəxslərin içində ən azı bunlar da var:

Cənab Abbas Leysanlı

Cənab Rza Abbasi

Cənab Saleh Kamrani

Cənab Həsən Azərbaycan

Cənab Həsən Raşidi

Höccətulislam cənab Əzimi Qıdimçi

Və eləcə də çoxlu başqa vicdan dustaqlar da var ki hamısının dərdinə qulaq asmaq gərəkdir.

Biz qabaqcadan qayğınızdan təşəkkür edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədrı

ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net