Say: 373/ 2006

Tarix: 31 August 2006

                                                                                               

Xanım Ann Harrison, Amnesty International, London

Üzü     BMT, İnsan Haqları Ali Komiserliyi, Cenevrə,

·         Lütfən bu məktubu Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raporter çatdırarsınız

 

ASMEK-in qurucularından olan Rza Abbasi bəy

Sayın Xanım Harrison,

MÜRACİƏT:            RZA ABBASI BƏY HAQQINDA SON DURUM

Rza Abbasi bəy haqqında qabaqkı məktublarımızda adını çəkmişik: Say:  365/2006 Tarix:  19 Avqust 2006 və Say: 361/2006  Tarix: 12 Avqust 2006. O ASMEK-in qurucularındandır and siz bu qurumun etibarı ilə tanışsınız ki, Güney Azərbaycanda insan haqları uğrunda bir bürc kimidir.

Abbasi bəy 26 İyul 2006-da Zəncanda yaxalandı və o gündən bəri hələ də tutuqludur. Onun uğrunda olan Haq vebbloqunda dərc olunmuş bir raportun tərcüməsini hüzurlarınıza göndəririk ki, Abbasi bəy haqqında bir az daha bilgi verir. Keçmiş ayda Zəncan və başqa şəhərlərdə öyrənçilər toplumları Abbasi bəy uğrunda bildirgələr buraxmışlar. İndi o İran yetgililərinin özbaşınalıqlarına qarşı dirənənlər cərgəsində bir qəhrəman kimi qeydə alınır ki, sadəcə insan haqlarını və Azərbaycan mənliyini əzəli ana-yurdumuzda dirçəltmək istəyir.

Qabağa gələni tutuqlamaq İran-tipli hakimiyyət tərzinə ümumi əlamətdirsə, Abbasi bəy durumuna məxsus cəhətlər də bunlardır:

  1. Zorla etiraf almaq üçün Yetgililər Abbasi bəyin ailəsini sıxışdırırlar
  2. Vəkil tutmaqdan üz döndərmək üçün yetgililər olmazın qara-qorxusuna baş vurmuşlar
  3. Vəkil rəsmən vəzifəsini öz üzərinə almaq üçün məhkəməyə müraciət edəndə qazı saymazyana məhkəməyə gəlməkdən üz döndərmişdi.

Ümid edirik ki, bu vicdan dustağını dəstəkləmək üçün siz durumunu gərəkdiyi kimi izləyirsiniz.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

  ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net