Say: 350B/2006

Tarix: 19 July 2006

Üzü:     Amnesty İntrnational, London

B.M.T İnsan Haqları Ali Komiserliyi, Cenevrə:

Lütfən aşağıdakı qurumlara göndərilsin:

  • Çağdaş İrqçilik Formaları üzrə Raporter
  • Vəkillik Çatışmazlıqları üzrə Raporter
  • Qeyri-qanuni Tutuqlamalar üzrə Raporter

Hörmətli Cənablar,

Müracət       FARS-İRQÇİLİK SİYASƏTİ ALTINDA ÖZBAŞINA TUTUQLANMA, VƏ TUTUQLULARI VƏKIL HAQQINDAN YOXSUN ETMƏLƏRİ

Say 350/2006 və Tarix 18/07/2006-dakı məktubumuza əlavə olaraq, elə indicə əlimizə üstəlik sənəd-sayağı məktub gəlmiş ki, bizim məktubda verilən sözlərimizə mahiyyətcə dəstək artırır. Bu yeni məktub Güney Azərbaycanın bir siyasi zindanlısındandır ki, başına gələn qada-balanı dilə gətirir və gərəkən zəmin bilgi də anlada bilir. Bu məktub sanki zay insanların qaranlıq çuxurlarında körüklənən insan vicdanının dirəniş səsidir. Məgər BMT-nin insan haqları üzrə mandatları bu kimi ayıq insan vicdanlarını qorumaqdan ötrü layihələnməyibmi? Biz arxayınıq ki, bu yeni məktubdakı mesajlara gərəkən sürətlə yanaşacaqsınız.

Bir daha diqqətinizə çatdırmaq istərdik ki, bu yeni məktubdakı siyasi zindanlının adı heç bizim dünənki məktubumuzda qeyd olunmamışdı. Bu onu göstərir ki, hələ yüzlərcə zindanlımız var ki onların barəsində bizdə cüziyyatları yoxdur.

Hörmət ilə  

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri

 ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net