Özel Bəlgələr

 

11.yanvar.2007

Əziz vətəndaşlar;

MÜRACİƏT:            BMT-NİN İNSAN HAQLARI ALİ KOMİSSARLIĞI İLƏ GÖRÜŞ

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsindən (DünAzHak) bir qrup "Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Ali komissarlığı" ilə görüşmək üçün  Yanvar ayının 9-11 arası Cenevrə şəhərində olmuşdur.  Bu təşkilatın müxtəlif işçi qrupları ilə "Güney Azərbaycan Milli Hərəkatı" haqqında, orada pozulan milli və insani haqlar və başqa məsələlər barədə geniş müzakirələr aparılmışdır. Gözləniləndən daha artıq səmimi və səmərəli keçən bu görüşlər və dəyərli nəticələri haqqında yaxın gələcəkdə E-mail qrupları, sitə vəya paltalk otaqlarında geniş məlumat veriləcəkdir. Ancaq bu vasitə ilə bu qurumun məsullarına öz təşəkkür və minnətdarlığımızı və Güney Azərbaycanda bugünkü ağır şəraitdə mübarizə apararaq işgəncələrə məruz qalan, zindanlarda zəncirə çəkilən, məhkəmələrdə süründürülən, işindən qovulan, iqtisadi çətinliklərə məruz qoyulan soydaşlarımızın tək olmadığını bildirmək niyyətindəyik.

Məzlum, amma məğrur millətimizin balaları bilməlidirlər ki, xaricdə oturmağa məcbur qalan mübarizlərin tək-təki qollarını çırmalayaraq daxildəkilərlə çiyin-çiyinə hərəkət edir və onların haqq səsini dünyaya çatdırır. Özəlliklə Xurdad ayının dirçəlişindən sonra ortaya çıxan müsbət durumdan yararlanmaq üçün daxil və xaricin əl-ələ verərək bu dirçəlişin davamını sağlaması "gələcək bizimdir" şüarının gerçəkləşməsinə yol açmaqdadır.

Cenevrə müzakirələrinə hazırlıq mərhələsində, onlara göndərdiyimiz 10 səhifəlik ingilis dilindəki raport sancaqlanaraq  hüzurlarınıza təqdim edilir. Müzakirələrdə bu raportun böyük faydalarını nəzərə alaraq dostlarımızın mütaliəsinin yararlı olacağı düşünülməkdədir.

Hörmətlə : DünAzHAK

   Bashqasına gönder Yükle

 

İstəkli soydaşlar!

Güney Azərbaycanlılara verilən 120 ədalətsiz hökmun 45 səhifəlik ingilis dilində analizi DUNAZHAK tərəfindən hazırlanmışdır. Bu təhlildə “ Güney Azərbaycan Milli Hərəkatının” Farsçılıq siyasəti yürüdənlər tərəfindən nece əzilib yox etmə metodu anlaşılmaqdadır.

BMT- yə yazilan bu məktubda əlimizdə orjinali olan 60 hökmun özü və tərcüməsi və 60-ınında qeyri rəsmi bəyaniyəsi ilə birlikdə yaxalanan hərəkətçilərmizin durumu və milli hərəkatımızın haqlı istəklərinin yanında hakimiyətin asdı- kəsdi siyasəti  açıqlanmışdır. Hökmlər əlimizə geçdikcə beynalxalq təşkilatlar və dünya əfkari umumisinə çatdırmaq üçün bu analizlər silisləvi şəkildə təqdim ediləcədir.

Gələcəkdə Güney Azərbaycan probləminin masa başındakı həllində böyük rol oynuyacaq bu və buna bənzər faktiki sənədlərin millətimizin çalışqanlarının yanında saxlanılması həyati önəm daşır. Biz görməsək belə gələcək nəsillərimizin yanında üzü qara olmamaq üçün bugünkü mübarizə  tariximizin həqiqətlərini əks etdirmək önəmli milli borcumuz sayılır.

Ona görə komitədə çalışan zəhmətkeş gənclərimiz www.dunazhak.org  sitəsini dahada gücləndirib millətimizə sunmaqdadır.

Məlum olduğu kimi bu komitə 1999-da qurulan gündən üzü bəri Güney azərbaycanda aparılan milli mübarizədə hərəkət və hərəkətçilərin durumunu dünyaya çatdırmağa çalışmışdır. Yaxalanan mübarizlərin təqribən hamısını və heç bir fərq gözətmədən Amnesty international, BMT, Avrupa şurası və başqa beynalxalq təşkilatlara bildirib, onların müdaxiləsini istəmiş və bir çoxunda da başarılar əldə edilmişdir.

Hər il Babək Qalası yürüşünün geniş raportu hazırlanaraq oradaki durum açıqlanıb, başımıza gətirilənlər, faktlara dayanaraq beynalxalq təşkilatlar və öz fəallarımızın istifadəsinə verilmişdir. Biz çalışırıqki, əlimizdə olan bütün bu fakt və sənədləri sitəmizdə yerləşdirərək millətimizin özəlliklə gənclərimizin faydalanmasını təmin edək. İlk illərdəki məktub, müraciət və başqa sənədləridə yavaş- yavaş toplayıb sitəyəy yerləşdirmək fikrindəyik. Çünki bunlar mübarizəmizin yazılı tarixi və gələcək nəsillərimizin təcrübə qaynağıdır düşüncəsindəyik. İlk illərdən beri bugünə qədər beynalxalq təşkilatların bu müraciətlər və başqa fəallarımızın  çabaları nəticəsində ortaya çıxan nəticələridə bu sitədə yerləşmənin böyük fayda sağlıyacağı düşünülməkdədir.

45 səhifəlik , 120 ədalətsiz hökm haqqındaki tehlil, ağır olduğuna görə E- mail quruplarımızda yayılmadan geri qayıtdı. Bu vesilə ilə dəyərli www.BayBak.com sitə məsullarından onu yaydıqlarına  görə təşəkkür edərək bildirmək istəyirikki;

1- Bu təhlilin başlıq məktubunun ingilizcə və Türkcəsini sancaqdan almaq mümkün olsada onu və başqa faktları DUNAZHAK sitəsindən izləmək olanağı mövcütdur. Bu sitınin “özəl bəlgələr” və arxivində dəyərli sənədlərin olduğu və olacağı bildirilir.

2- Bir daha vurgulamaq isterdikki, milli hərəkatımızın durumu və bugünkü mübarizə tariximizin faktlarının qorunması vaciblıyını nəzərdə alaraq imkani olan dostlarımız bu sənədləri kopiyalayıb saxlasınlar. Şübhəsiz fəaliyət göstərən  başqa KİV-də bu barədə barədəki məlumatları inkar edilməzdir və saxlanılmalıdır.

3- Həmin bu müraciət açıqca göstərirki, ən ibtidai insan və milli haqları taptalanan 30 milyonluq Güney Azərbaycanlıların probləmini 5-10 nəfər vəya bir nechə təşkilat və hüquq müdafiəçısının həll etməsi mümkün deyildir. Yarımçılıq ayağa qalxmış millətimizin qarşısında Fars şovinizminin titrətməyə düşdüyünü  görüb hiss edən həqiqi millətçilər bir-birinin əlindən tutaraq, bir- birinin fəaliyətini təkmilləşdirərək aydınlık günlərini yaxınlaşdıracaqdır. Umid edirikki, məqul siyasət apararaq millətimiz başarıya ulaşacaq və gələcək nəsillərimiz biz çəkən əzab- əziyəti çəkmədən, bu zəlil həyatı milli iftixara çevirəcəkdir.

4- Bu yolda demokratik qaydalara söykənərək fəaliyət göstərən bütün quvvələri səmimi qəlbdən alqışlar, onlara və bütün millətimizə daha böyük uğurlar arzulayıram.

Gələcək bizimdir.

Yaşasın Azərbaycan – Tanrı Türkü qorusun.

 

Saygılarımla :   Böyük Rəsuloglu       26. 12 . 06   

 

G. Azerbaycanlilara verilen 120 edaletsiz hokmun 45 sehifelik ingilizce tehlili

 

Çəngiz Bey Bextvər haqqında bir rapor

 

Qiyamin istekleri ve rejimin cavabi

 

  Ana Sehife        Yuxarı 

 

info@dunazhak.net