Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi

The Committee for the Defence of the Rights of the World Azerbaijanis

 
 

 

  
 
 

Toplu mehkemeye etiraz,

 

Əziz soydaşlar!

Bildiyiniz kimi Dey ayının 10-u, (01.01.2011) tarixində güney Azərbaycanda milli haqlarımızı tələb edən milli fəallarımızın toplu məhkəməsi geçiriləcəkdir. Əslində, saxta ittihamlarla geçirilən bu qanunsuz məhkəmələr, özəlliklə bu toplu məhkəmə milli fəalların simasında bütün Güney Azərbaycanın haqlı istəklərinin dara çəkilməsi üçün aparılan çirkin oyundur. Uzun müddət şkəncələrə baxmıyaraq, bu fədakar insanların boynuna yükliyəmədikləri ittihamların puçluğunu isbat üçün, bu əzizlərimizin haq və hüquqlarını müdafiə üçün, dünya əfkari ümumisini əleyhimizə aparılan zümdən xəbərdar etmək üçün, BMT insan haqlari ali komiserliyi və başqa beynalxalq təşkilatlara ingilis dilində yazıb unvanladiğimiz geniş və tutarlı məktubu sancaqlıyaraq huzurlarıza təqdim edirik.

Bu müraciətdə istənilən məqam, beynalxalq təşkilatların öz mandatlarından istifadə edib :

1-    Məhkəmənin açıq geçirilməsini təmin və nəticədə ittihamların puçluğu və Tehran hakimiyətinin xalqımızın əleyhinə apardığı inanılmaz düşmançılığın aydınlanması,

2-    Məhkəməyə nümayəndələr göndərərək, bu oyunların gülünç olduğunun anlaşılması,

3-    Hədə qorxu gələrək millətimizin , özəlliklə cavanlarımızın haqlı tələblərinin qarşısını almaq üçün nəzərdə tutulan asdı-kəsdi siaysətinin önlənilməsi,

Kimi tələblər olmuşdur.

Bu vəsilə ilə bütün soydaşlarımızdan xahiş olunur ki, bu məktubdan və məhkəməyə çıxarılacaq şəxslərin haqqında onda olan geniş məlumatdan istifadə edərək olduqları ölkələrdəki insan haqları qurumlarına müraciət edərək Tehranın bu rüsvayçı oyunun qarşısını almağa çalışsınlar.

Şübhə yoxdur ki, təkcə məktub və müraciətlərlə deyil, eyni halda əməli olaraq çeşitli yollarla bu dostlarımızı müdafiə etmək milli borcumuzdur. Ən önəmli məkanlar Genev, Vaşington və London olmaq şərti ilə çox yerdə tərtib edilən aksiyonlar məqsədə uygun sayılmaqdadır.

Bu vəsilə ilə Oslov-da olan soydaşlarımızdan da xahiş edirəm ki, bu ayın 29-u dəyərli dostumuz sayın Arif bəy kəskinin konfrans günündən faydalanaraq, münasib yerde bir təzahüratın tədarükatını görməyə vəya konfransın geçirliməsinə çalışsınlar. Şübhə yoxdur ki, bizlərdə bu tədbirlərdə iştiraki milli borc saymaqdayıq.

Dərin hörmətlərimlə : Böyük Rəsuloğlu                 24.12.2010

 

Uçaq nədən düşdü ?

İstəkli soydaşlar,

Az öncə TRT- nin verdiyi xəbərə görə Tehrandan Urmuya uçan Hollandya yapımlı yolçu təyyarə Urmu yaxınlığında düşdü. Uçaqdakı 95 yolçunun yarısı hadisədə vəfat etdi, çoxlarının da durumu ağırdır.

Hər şeydən əvvəl bu vəsilə ilə sevgili Urmulu soydaşlarımın, ölənlərin ailələrinin və məzlumiyət sacında qovrulan millətimizin başı sağ olsun deyirəm. Tanrı ölənlərə rəhmət, qalanlara səbr əta etsin.

Bu xəbəri eşidərkən bir həqiqəti açmadan geçmək doğru olmazdı. Hollandiya yapıtlı bu uçaqlar Şah zamani alınmışdı və uzun zaman Tehran İsfahan, Şiraz, Kirman kimi Fars şəhərlərinə uçduqlarını xatırlayıram. O zaman modern olan bu təyyarələrin faydalı ömrünün sona çatdığı hər mütəxəssisin beynində bir sual əlaməti doğurur. Millətin cani ilə oynamaq nə zamana qədər dəvam edəcəkdir. Yanlış xarici siyasət nəticəsində parçasız qalan bu vasitələr köhnəldikdən sonra nədən Azərbaycanda işə salınmaqdadır.

Allah rasizmə lənət eyləsin.

Böyük Rəsuloğlu – 09.01.2011

 

Toplu mehkemeye etiraz

Əziz soydaşlar!

Bildiyiniz kimi Dey ayının 10-u, (01.01.2011) tarixində güney Azərbaycanda milli haqlarımızı tələb edən milli fəallarımızın toplu məhkəməsi geçiriləcəkdir. Əslində, saxta ittihamlarla geçirilən bu qanunsuz məhkəmələr, özəlliklə bu toplu məhkəmə milli fəalların simasında bütün Güney Azərbaycanın haqlı istəklərinin dara çəkilməsi üçün aparılan çirkin oyundur. Uzun müddət şkəncələrə baxmıyaraq, bu fədakar insanların boynuna yükliyəmədikləri ittihamların puçluğunu isbat üçün, bu əzizlərimizin haq və hüquqlarını müdafiə üçün, dünya əfkari ümumisini əleyhimizə aparılan zümdən xəbərdar etmək üçün, BMT insan haqlari ali komiserliyi və başqa beynalxalq təşkilatlara ingilis dilində yazıb unvanladiğimiz geniş və tutarlı məktubu sancaqlıyaraq huzurlarıza təqdim edirik.

Bu müraciətdə istənilən məqam, beynalxalq təşkilatların öz mandatlarından istifadə edib :

1-    Məhkəmənin açıq geçirilməsini təmin və nəticədə ittihamların puçluğu və Tehran hakimiyətinin xalqımızın əleyhinə apardığı inanılmaz düşmançılığın aydınlanması,

2-    Məhkəməyə nümayəndələr göndərərək, bu oyunların gülünç olduğunun anlaşılması,

3-    Hədə qorxu gələrək millətimizin , özəlliklə cavanlarımızın haqlı tələblərinin qarşısını almaq üçün nəzərdə tutulan asdı-kəsdi siaysətinin önlənilməsi,

Kimi tələblər olmuşdur.

Bu vəsilə ilə bütün soydaşlarımızdan xahiş olunur ki, bu məktubdan və məhkəməyə çıxarılacaq şəxslərin haqqında onda olan geniş məlumatdan istifadə edərək olduqları ölkələrdəki insan haqları qurumlarına müraciət edərək Tehranın bu rüsvayçı oyunun qarşısını almağa çalışsınlar.

Şübhə yoxdur ki, təkcə məktub və müraciətlərlə deyil, eyni halda əməli olaraq çeşitli yollarla bu dostlarımızı müdafiə etmək milli borcumuzdur. Ən önəmli məkanlar Genev, Vaşington və London olmaq şərti ilə çox yerdə tərtib edilən aksiyonlar məqsədə uygun sayılmaqdadır.

Bu vəsilə ilə Oslov-da olan soydaşlarımızdan da xahiş edirəm ki, bu ayın 29-u dəyərli dostumuz sayın Arif bəy kəskinin konfrans günündən faydalanaraq, münasib yerde bir təzahüratın tədarükatını görməyə vəya konfransın geçirliməsinə çalışsınlar. Şübhə yoxdur ki, bizlərdə bu tədbirlərdə iştiraki milli borc saymaqdayıq.

Dərin hörmətlərimlə : Böyük Rəsuloğlu                 24.12.2010

 

 

Qara taleimizə baş sağlığı ,

 

Qocaman mübariz ” İsmail Şəmsin ” cansiz bədəninin yaşadığı daxmada tapılması bir millətin faciəsi deyilmi ?

Bu qeyrət yükü soydaşımızın ölümünü başda ailəsi olmaqla , hörmətli ustad Balaş bəy Azəroğlu, dəyərli qardaşım Behruz bəy Həqqi və bütün soydaşlarımıza tesliyət və başız sağ olsun deyirəm.

Uzun həyatı boyu ağır çətinliklərə dözərək əyilmiyən bu milli mübarizlə son görüşüm 5 il öncə, yəni  85 yaşlarındaykən olmuşdu. 40 yaşənda bir adamın energisi ilə millətdən , Türklükdən və Azərbaycanın qurtuluşundan danışan bu böyük insanın davranışlarına heyran olmuşdum. Əziz Behruz bəy Həqqi və Əlirza bəy Miyanalının yaxından ilgiləndiyi bu Təbrizli  mübarizin faciəvi həyatının günahi kimdədir. yoxsulluq içində kimsiz- kimsəsiz daxmada həyat sürənlərin və ya Məhəmməd Birya tək Sibri düşərgələrindən qurtularaq nəhayət Təbriz küçələrində sərgərdan gəzib,  həyatını dəyişənlərin talei bir millətin qara taleidir məncə. Yüz ildir üzü gülmüyən bu millətin bu günə qalmasının  günahını başqa yerdə axdarmaq doğru deyil fikrindəyəm. Bu mənim – sənin , bizim – sizin və qəflət yuxusuna dalmış bir millətin hamısının günahıdır. Madamki millət ayılıb ayağa qalxmayıb, madamki xaricdə oturanlar, abbas bəy Leysanlıları, Səid bəy Mətinpurları, Leyla xanim Səfəriləri və Azərbaycan yolunda həyatlarını qoymuş yüzlərcə qolu zəncirlini layiqincə müdafiə etməyib- dünyaya səs salmayıb hələ başımızın bəlası çox olacaqdır. Ya əriyib qurtulacayiq, yada xaricə qaçıb kəfənsiz öləcəyik.

Əl- ələ verib ayağa qalxmağımızın zamanı çoxdan gəlib çatıb, hətta sovuşub. Bu zillətə, bu qara günə, bu qara taleə son qoymaq üçün daha nə gözləyirik.

Bir daha dəyərli insan və böyük mübariz rəhmətllik İsmail bəy Şəmsin vəfatını yaslıyaraq bütün millətimizə baş sağlığı deyib, ona tanrıdan rəhmət, yaxınlarına dözüm  diləyirəm.

                                                                                                                                                             Böyük Rəsuloğlu

 

Üzün qara olsun faşizm;

Azərbaycanımızın qəhrəman balası Abbas bəy Leysanlı haqqında qamçı hökmünün barəsində indicə aldığımız məlumat:

Bilindiyi kimi bugün Abbas bəy Leysanlının 18 aylıq saxta məhkəmədən verilən zindan hökmü bitmişdir. Onu təziyqlərə məruz qoyub, mübarizədən çəkindirmək üçün iki gündür , 50 qamçı hökmünün vurulması ilə hədələndiyidə aydındır.

Bugün qamçı hökmünü icra etməyə götürsələrdə o böyük müqavimət göstərərək cəlladlar qarşısında əyilməyib, nəticədə qamçılamağa gücləri çatmayıb. Bu arada zindan məsulları ona yalvararaq “ mübarizədən əl çək, sənə böyük imkanlar yaradq, istərsən xarici bir ölkəyə göndərək “ təkliflərini rədd edərək “ öldü var – döndü yoxdur” deyib.

Zindan və məhkəmə məsulları, şəhərin aqsaqqallarını, görkəmli şəxsiyətlərini və Abbas bəyin bəzi dostlarını vasitə salaraq , onu bu fikirdən vaz geçməyə çağırıblar. Qəbul etmədiyinə görə qamçıları zindanın daxilində vurmağı qərara alıblar, əsgərlər isə

“ Abbas bəyi zorla yerə yıxma fərmanına qulaq asmıyaraq” bu işdən boyun qaçırıblar.

Bu hadisələrdən sonra, bugün azad olunması gözlənilən əziz Abbas bəyin Keleybər və Əhər hadisələri məhkəmələrindən aldığı bir il məhkümiyəti icraya qoyublar. Nəticədə bu saata qədər Abbas bəyi zindandan azad etmədikləri aldığımız dəqiq məlumatlardır.

Ancaq bu hökmlər hələ ikinci məhkəmədə təyid olunmadığına görə bu çirkin oyunun məsuliyətini kimin boynuna alacağı aydın deyil.

Qeyrətli Azərbaycan Türk milləti !

Faşizmin zindanlarında qolları zəncir yarası ilə sızlıyan millətimizin seçginlərinin ürək yaralarını sağaltmaq üçün ayağa qalx.

Bu qeyri insani , qeyri qanuni və zalimanə gedişata artıq, dur demənin zamanı gəlmişdir.

Saygilarimla : Böyük Rəsuloğlu    30 dekabr 2007

1 info@dunazhak.net