Güney Azerbaycan Problemi

Say (Ref.): 549/ 2011
İlaygün (Date): 3 Oktobr 2011


 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə; Lütfən bu qeydiyyatı aşağıdakı qruplara çatdırın:
• Dr Əhməd Şəhid
• Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup
• Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter
• Çağdaş irqçilik, irqi ayrı-səçkilik və yadd-ellilərə qarşı qatlaşmazlıq üzrə Özəl Raportər
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
• Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

Üzü Dyke bəy, və Xanım Harrison, Amnesty International, London
Habelə İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu, BMT Habitat, başqa qurumlar


 

Abbas bəy Leysanlı 

Sayın cənablar

İLƏTİŞMƏ 1: CƏNAB LEYSANLI: “VURĞULAYIRAM Kİ, MƏNƏ QARŞI İSTƏNİLMƏYƏN BİR HADİSƏ ÜZ VERSƏ, ACLIQ AKSIYASINDAN DEYİL”


Cənab Abbas Leysanlının insan haqlarını hüzurlarınıza sunuruq ki, o Güney Azərbaycanın Milli Hərəkətinin bir qocamanı və Əvrənsəl İnsan Haqları Bildirgəsi üzrə aktivizmin qurucularındandır. İran yetkililəri onu öz-xoşuna 8 Septambrda yaxaladılar. Bundan qabaqda dalbadal onu sinsidirdilər, baxın Özətçə 2-yə (Say: 546/2011; İlaygün 5 Septambr 2011). Cədvəl 1 bu tutuqlanma haqqında gərəkən bilgi onun savunması üçün dərləmiş. Üstəlik, 1 Oktobr 2011-də öyrəndik ki, İran yetkililəri onu Ərdəbildə tutuqlama daxmasından Tehranda bir tutuqlular üçün zindana köçürmüşlər ki, bura təqribən 500 Km Ərdəbildən uzaqdır. İndi onun sağlamlığı və tehlükəsizliyi üçün nigaran və işgəncə riskinə məruz olduğunu sanırıq.

Cədvəl l–də dərlənmiş bilgiyə görə cənab Leysanlının tutuqlanması aşağıdakı səbəblərə görə öz-xoşunadır:
• Cənab Leysanlı, heç bir İran yaxud beynəlxalq qanununu sındırmayıb. Əslində Güney Azərbaycan fəalları qanun hökmünə boyun əyməkdə çox yuxarı standart büruza verirlər. Bu ona görədir ki, bahanə dalısıca gəzən və hətta öz qanunlarına da etinasız yanaşan İran yetkililərini məyus etsinlər.
• İran yetkililəri “gizlin düzəlişmə” üsulu ilə, saxta dəlillər yontuyaraq Güney Azərbaycan fəallarını tutuqlamaqda heç bir qanuna etina göstərməzlər.

İran yetkililərinin cənab Leysanlını tutuqlamada qeyri-qanuni davranmaları gedişatın arxa-planına baxmaqla da bəllənir. Bu anda İran yetkililəri tərəfindən törədilmiş Güney Azərbaycanda Urmu Gölü fəlakətinə qarşı qaldırılan etiraz dalğaları heç də səngimir, bunun ayrıntıları üçün baxınız Cədvəl 1, Bölmə IV. Əyər bu yaxınlara qədər Güney Azərbaycanda gedən etirazlar milli hüquq üçün idisə, indi İranın yürütdüyü qəsdli Urmu Gölünü qurutma tutumuna etirazı da qapsayır. İran yetkililəri bu qəsdli tutumu heç də düzəltmək niyyətində deyillər və əslində onların uzun illərdən bəri planlı surətdə siyasəti belə aşkar olunur:
• İran yetkililəri Güney Azərbaycanlıların Çevrə etirazlarını boğmağa qapanmışlar
• Güney Azərbaycan indi İran yetkililərinin tərəfindən endirilmiş Özəl qüvvələr qarşısında mühasirədədir.
• Bu qüvvələr qabaqlarına gələni yaxalayıb, onları zorakılığa məruz edir, işgəncə edir; hərfi mənada 500 şəxsdən daha çox Güneylini yaxalayıb və zəmanət vasitəsi ilə onları qadaqda saxlayırlar.
• 100-dən çox insanı plastic ğullələr ilə yaralayıb və ən azı 3-nəfəri öldürmüşlər.
• Zaman-zaman yasa-dışı qətllər cərəyana salırlar – elə bu günlərdə adlım milli fəal, cənab İbrahim Cəfərzadə, həyat yoldaşı Mina xanım Kəhrəbayı və onların qızları Ayla şübhəli ölümə məruz qaldılar ki, hələdə güvənli bilgi əldə yoxdur. Əvəzində İran yetkililəri Xoyda, onu basdırma törənində 100-dən çox iştirakçını yaxaladılar, bundan irəli gələn olduqca gərgin durum bu filmdən sezilə bilər: ( http://www.oyrenci.com/news.php?id=7022)

Doğrusu budur ki, cərəyanda olan etirazların həqqaniyyətinə baxmayaraq, cənab Leysanlı nə bir kəlmə fikir ifadəsində bulunmuş nə də etirazlarda bir başa iştirak etmiş. Axı bu gün Güney Azərbaycan çevrəsini qorumaq üçün 30 milyon Abbas Leysanlılar var. Doğrudan da cənab Leysanlı tutuqlu ikən İran Özəl güvvələrinin dəmir-yumruqlarına baxmayaraq Ərdəbildə 14 Septambrda möhtəşəm qısa-müddətli etirazlar sərgiləndi. Bu etirazlar o halda baş tutdu ki, cənab Leysanlı tutuqlu idi və özü də qanunsuzca.

Cənab Leysanlının tutuqlanması haqda fikirlərimizi siz ilə bölüşmək istərdik:
• Cənab Leysanlını tutuqlamaq ilə Ərdəbildə etirazları dayandırmaq məqsədi güdülmüşdür. Ancaq, yayım orqanlarında dərc edilmiş xəbərləri biz də təsdiqləyirik ki, İranın asdı-kəsdi qüvvələri bütün gücünü işə salsa da, Abbas bəyin tutuqlanmasına baxmayaraq Ərdəbildə qısa müddətli etirazlar baş tutdu. Demək ki, onun tutuqlanması üçün heç bir sənəd yoxdur.
• İran yetkililəri cənab Leysanlını Tehrana köçürmək ilə onun, milli haqlarımızı qoruma əzmindən öc almaq istəyirlər, axı bu yol ilə onun ailəsini olduqca sinsidirlər. Söz burasındadır ki, bu intiqam hissi yalnız qeyri insani əhval-ruhiyyəsidir və heç bir yetkiliyə yaxışan deyil. Deməli bu bir həqiqətdir ki, İran yetkililəri Güney Azərbaycanda hökumət yönəticiliyi ilə uğraşmırlar, tərsinə, Azərbaycan Türk millətinə qarşı uşaqyana ədavət yürütmə tərzi ilə davranırlar.
• Yaxalandığı ilk gündən Tehrana köçürülənə qədər, o ailəsi ilə qısa müddətli telefon danışığında iki dəfə bulunmuş: birincisində aclıq aksiyasına başladığnı bildirmiş və ikincisində (26 Septambr 2011) cənab Leysanlı bir telefon mesajı vermiş ki, diqqətinizə çatdırmaq istərdik – o deyir: “Vurğulamaq istəyirəm ki, mənə qarşı istənilməyən bir hadisə üz versə, aclıq akiyasından deyil.” Bizim qorxumuz budur ki, İran yetkililəri cənab Leysanlını Tehrana sürükləmək ilə orta-əsrlərə aid olan fikirlərlə iyrənc xəyallar da düşünə bilərlər. Bunun dilə gətirilməsi belə qorxunc nigarançılıqla doludur.

Bugün Güney Azərbaycan İran yetkililərinin irqçi duyğusallıq zərbələrinə məruz qalmış. Bu İlətişməni hazırlamasının son anlarında, Ərdəbildə, cənab Leysanlının doğma şəhərində, bir gizli Uranyum Zənginləşdirmə zavodunda partlayış xəbəri gəlib çatdı. Məlum deyildir ki, İran yetkililəri Azərbaycana daha artıq nə fitnələr toxumaqdadırlar: çoxlu çevrə bulaşdırma qızğın-noqtələr, Urmu Gölü fəlakəti, Ərdəbildə nüvə partlayışı. Güney Azərbaycan Türk millətinin savunması indi təkcə sizin əlinizdə olan mandatlardan asılıdır. Təkcə sizin kampaniyanızdır ki, Güney Azərbaycana qarşı İranda irqçiliyi dayandıra bilər və cənab Leysanlının insan haqlarını dirçəldə bilər. Qayğnız üçün qabaqcadan minnətdarlığımızı bildirik.

Hörmətlə
Boyuk Resuloglu

Dünya Azerbaycanlılarının Haqlarını Müdafiə Momitəsinin Sədri


 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net