Güney Azerbaycan Problemi

Say (Ref.): 546/ 2011
İlaygün (Date): 05.09. 2011

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə; Lütfən bu qeydiyyatı aşağıdakı qruplara çatdırın:
• Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup
• Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter
• Çağdaş irqçilik, irqi ayrı-səçkilik və yadd-ellilərə qarşı qatlaşmazlıq üzrə Özəl Raportər
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
• Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

Üzü Dyke bəy, və Xanım Harrison, Amnesty International, London
Habelə İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu, BMT Habitat, başqa qurumlar

 

Abbas bəy Leysanlı  Fəranək xanım Fərid
 

Sayın cənablar

ÖZƏTÇƏ2: ƏKİZ TƏBRİZ/URMU ŞƏHƏRLƏRİ HÜCUMÇU FARS QÜVVƏLƏRİNƏ QARŞI DURDU

Güney Azərbaycanın əkiz Urmu və Təbriz şəhərləri, Urmu Gölünün batı-və-doğu keşikçiləri, 3 Septambr 2011-də çevrə kampaniyasını , bir daha zirvəyə qaldırdılar. Bu Özətçə, qabaqkına (bax SAy: 545/2011, İlaygün: 30 Avqust 2011) artıraraq sizi, aşağıda sıralanan olaylar ilə bilgiləndirik:
• Etirazlar Urmuda, axşam saat 6-ya yaxın baş tutdu və bu cəsarətli hərəkət yarım saat sonra Təbrizdə mayalandı; hər iki şəhər bir-birlərinə dayaq oldu.
• Güney Azərbaycanın daxilind\ki fəallar yarım saat çəkmədən etiraz filmini, Şikaqodan yayımlanan, Güney Azərbaycan televizyouu (GünazTV) -də canlandırdılar; bu həmi dünyada Azərbaycanlılarda sevinc yaratdı həm də etiraza konkret sübut oldu.
• Hər iki şəhərdə etiraz dalğaları bir saat içərisində çoxlu məhəllələrə yayıldı.
• Etirazçılar hər iki şəhərdə vali idarəsini çevrələdilər ki, güc mövzeində olmalarını göstərsinlər, lakin o binaları ələ keçirmək əzmində deyildilər.
• Etirazçılar xiyavanlarda basqınçı qüvvələrə görə üstün durumda idilər.
• Azərbaycanlı polis qüvvələri etirazçıların əməllərini çox əngəlləmədilər və dalı çəkildilər.
• İran yetkililəri Güney Azərbaycanı İranın başqa bölgələrindən gətirdikləri polis quvvələri ilə doldurdular. Bu qüvvələr, adi vətəndaşlara qara-qorxu gələrək, dinc aksiyanı təxribata çalışır, od-vurma fitnələri töredir, dinc etirazçıları güllə hədəfinə alır, bu yol ilə çoxlu adamlar yaralayır, aldığımız ilkin məlumatlara vgörə Urmuda və Təbrizdə bir vəya iki şəxs öldürülür.
• Ddinc etirazlar, Güney Azərbaycanın hər iki şəhərində qaş qaralınca dəvam edir..
• Basğınçı qüvvələr provokasiya törədərək etirazçıları etiraz etmək insan haqqınnı çeynəyir və çoxlarını tutuqlayır.
• Şüarlar hamısı Azərbaycan dilində tərənnüm edilir və qəsdən bunların odağı Urmu Gölü fəlakətini qapsayır.
• Güney Azərbaycanın hər şəhərində polis qüvvələri səfərbər olunmasına baxmıuaraq oralarda da gərgin durum yarnır, Salmasda və Qoşaçayda da kiçik həcmli etirazlar baş tutur.
• Etiraçıların tələbatı ap-açıqdır və buna bir örnək cədvəl 1-də təqdim olunur.





Bu Özətçə olayları təkcə olayları diqqətinizə çatdırmaq üçündür və bu o deməkdir ki, tutuqlular adlarının listi hələ bizim tərəfimizdən hazırlanmamış lakin bunlar Güney Azərbaycan websitələrində yayımlanmış. Çoxlu mediya lar bu olayların bəzi detaylarını yayımladılar, lakin etirazların nüvəsini ifadə etməkdə ayaq sürütdədilər. Örnəyin BBC olayları dərc etdi (http://www.bbc.co.uk/news/world-middle-east-14780708), lakin ayrıntılar fənni nüktələrə həsr edilmişdi və etirazın çəkimi pərdə dalında qaldı. Bizcə sükut, ancaq İran yetkililərinin, Güney Azərbaycan çevrəsinə və çevrəçilərinə olan basqısının üstünü örtür və bilgi qıtlığına yol verir. Biz sizin Amnesty İnternationalın müdaxiləsindən nəticə umuruq. Sizin və başqa insan haqları qurumlarının təpkisizliyi anlaşılmazdır. Bundan dolayı, İran müxalifəti də cəsarət qazanır və irqçi propaqanda aparmağa şirnikir və olayları öz adlarına qəsb edib hakimmiyət davasına yönəltmək istəyir, ama hər sözün bir məqamı var. Baxmayaraq ki, İranın siyasəti Güney Azərbaycana qarşı fəlakət törətməkdə, lakin cərəyandakı etirazlar Urmu Gölünü Qurtarmaq niyyəti aparılmaqdadır. İran-mərkəzli müxalifəti ara qızışdıraraq yalançı məlumatlarv yayır, ancaq sizin kimi məqamlar doğru bilgilərə söykənərək münasibət bildirərsələr, onlar bu boyda acınacaqlı çevrə itgisini siyasiləşdirməkdən çəkinərlər. Əyər hamı demokratik tədbirlər tükənsə, Azərbaycan milləti Güney Azərbaycanda araşdırdıqları başqa seçənəkləri də bir-bə-bir sınayacaqlar. Diqqətinizi Kürdçülər və onların simpatlarına da yönəltmək istərdik. Demək onlar da cərəyanda olan etiraz dalğasını yayalayıb və öz adlarına çıxartmaq kələyini sınayırlar, Cədvəl 2 bir örnək təqdim edir. Demokratik ölkələr də bəyaniyyə ifadəsini kecikdirmələri ilə terrorçuları və onların simpatlarını şirnikdirirlər, Güney Azərbaycanın kütləvi etirazları qaynağina daraşsınlar və necə deyərlər saman altından su daşısınlar.

Baxmayaraq ki, tutuqluların adlarını dərləyib və sizin savunmanız üçün sunmaq istəyirik, bu anda isə diqqət mərkəzimiz sizi bilgiləndirməkdir. Lakin, təcili olaraq, diqqətinizə çatdırmaq istərdik ki, İran yetkililəri cənab Abbas Leysanlını ara vermədən basqıya məruz edirlər və necə deyərlər göz verib işıq vermədən onu insan haqlaindan yoxsun edirlər. Eləcə də, Fəranək xanım Fərid tutuqlanmış. Bu xanım Güney Azərbaycanın feminizm aparıcısı, insan haqları savunanı və milli hərəkətin qocamanlarındandır.

Güney Azərbaycan sizin dəstəklərinizi arzılayır, yoxsa İranda irqçi ünsürlər və terrorçular fürsətdən istifadə edib, böyük faciələr törədəcəklər. Bu yol ilə onlar Azərbaycanlıların dinc çevrə kampaniyalarını caydırmaq istəyirlər və Urmu Gölünün fəlakətini sürdürmək istəyirlər. Ümid edirik ki, Urmu Gölünü Dirçeltmək üçün mandatlarınıza görə gərəkən addımları atacaqsınız və İran yetkililərinə gərəkən təmsilçiliyi edəcəksiniz və İran yetkililərinin basqısı ilə sərbəstlik haqqından məhrun olunmuş Güney Azərbaycanlıların sərbəstliyini tələb edəcəksiniz.

Hörmətlə
Boyuk Resuloglu

Dünya Azerbaycanlılarının Haqlarını Müdafiə Momitəsinin Sədri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net