Güney Azerbaycan Problemi

Say (Ref.): 545/ 2011
İlaygün (Date): 30- Avqust 2011
 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə; Lütfən bu qeydiyyatı aşağıdakı qruplara çatdırın:
• Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup
• Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter
• Çağdaş irqçilik, irqi ayrı-səçkilik və yadd-ellilərə qarşı qatlaşmazlıq üzrə Özəl Raportər
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
• Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

Üzü Dyke bəy, və Xanım Harrison, Amnesty International, London
Habelə İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu, BMT Habitat, başqa qurumlar
 

Son anlarını keçirən Urmu Gölü

Sayın cənablar

ÖZƏTÇƏ: URMU GÖLÜNÜN NƏCATI ÜÇÜN GÜNEY AZƏRBAYCAN MİLLİ HƏRƏKƏTİ YENİ FAZA KEÇİR

Bu Özətçə, 27 Avqust 2011-də baş tutan tarixi olayı sizin diqqətinizə çatdırır ki, bu gün, Urmu Gölünü nəcatı üçün həsr olunmuş gündür və bu olay birinci növbədə Güney Azərbaycanın həm 2-inci Şəhəri Urmu-da baş tutdu və həmdə Azərbaycanın tarixi baş-şəhəri olan Təbrizdə. Bu gölün dirçəlişi Güney Azərbaycanlının bir nümrəli tələbatıdır, ki gələcək 5-6 ilin ərzində, onun qorunmasında lazimi tədbirlər aparılmasa bu gölün su səviyyəsinin düşməsindən sürətlə faciə irəli gələcək və bu göl kəsin ölümə sarı sürütlənəcəkdir. İran İslam Respublikası acınmadan belə Güney Azərbaycanın doğal sərvətlərini sömürərək Güney Azərbaycan üzərində hökm sürürür. Burada, təbii şərtlərə uyğun olmayan projələr işlənir ki, Azərbaycanı ağır çəvrə probləmləri ilə üzləşdirir, örnəyin Urmu Gölünün su səviyyəsinin düşməsi. İran Mill Məclisi 16 Avqust 2011-də gölü dirçəltmə layihəsini rədd etdi və bir İran Millət Vəkili Azərbaycanlıların bölgədən köçmə xulyasını da zümzümə etdi. Bu rədd etmə və zümzümə bir bir asimilə siaysəti olaraq Güney Azərbaycanda Azərbaycan millətinin zehnini çoxdan idi məşqul etmişdi. Bu gündə Güney Azərbaycan yenidən işqal olundu və buranı bərbad etməyə dəmir-geyimli İran qüvvələri səfərbər olundu; eyni halda Güney Azərbaycan da bir əsrlik zülmün bilgəsini daşıyan milləti səfərbər etdi və İranın dəmir yumruqları qarşısında dinc yol ilə demokratik mübarizə apardı və Urmu Gölünün dirçəlişini bağrına basdı .

Hazırkı Özətçə bu günün olaylarını qeyd edir:

Sizi Urmu Gölünün qarşılaşdığı fəlakət ilə bilgiləndirmişik, bax qabaqkı İlətişmələrimizə: Say: 538/2011, tarix: 30 April 2011 və Say: 526/2010, tarix: 15 May 2010. Bu sonrakı bəlgəyə bir texniki raport qoşulmuşdu və gərəkən bilgi orada sunulmuş ki, burada təkrar olunmayacaq. Milli hərəkətin fəalları və idman azarkeşləri Urmu Gölünün Dirçəlişi uğrunda kampaniya aparmağı öz üzərlərinə aldılar. İran yetkililəri kampaniyaçılar ilə əməkdaşlıq etməyi bacarmadı və tərsinə dinc etirazçılara qarşı asdı-kəsdi siyasətinə qapandı. Bu cəsarəti etmək üçün həm nəhəng kimi göz yaşı tökdülər həm də gölün qurumasını gah iqlim-dəyişilməyə gahda zionistlərin və yaxud, onların deyişi ilə Qərbli “imperyalist”lərin bulutları başqa yerlərdə dölləyib və Azərbaycandan çevirmələri iddiasında bulundular. Məhz buna görə camaatı sərimək üçün mümkün olmayan bəzi laiyhələr və planların olduğunu dilə gəldilər ki, güya Araz çayından və Xəzər dənizindən buraya su çekmək tasarıları işlənməkdirlər.
İran milli məclisinin iyrənc hərəkətindən qəzəblənmiş Azərbaycan milləti Güney Azərbaycanda 17 Avqustdan bəri dalbadal bildirişlər buraxdılar və özəl şüarlar ortaya qoydular. Bu şüarlar ilk növbədə futbol idman yurdunda 25 Avqustda Azərbaycanın iki taxımının arasında gedən yarışmada tərənnüm edildi. Bu taxımın birisi Güney Azərbaycnın milli taxımı idi və İranın qara-qorxusuna baxmayaraq 50,000-dən çox Azərbaycanın hər bir yanından iştirakçı var idi. Bu yarış, Güney Azərbaycanın May 2006 Kütlə Etirazları olan Faz 1-dən Faz 2-yə sıçrayışa keçid nüqtəsi oldu. Bu fazlar qabarıq çizgi olublar və bu vasitə ilə Azərbaycanın tarixi sərhədləri çizildi və bəlləndi ki: Azərbaycanda hərəkət mətanət ilə gedir; çeşidliliyə yol verir, lakin tək səs ilə çıxış edilir; irqçilər dışlanır və Azərbaycan çərçuvasında qarşılıqlı uzlaşma güclüdür; Azərbaycan düşmənlərinə qarşı sürtünmə hərbi gedir; fəallar İran hüquq sistemini pozmayaraq, öz-müqəddəratını təyin etmə konvensiyasına şamil olan Əvrənsəl İnsan Haqları Bildirgəsini bütövlüklə mənimsəyir; irqçiliyə qarşı mübarizəyə üstünlük verilir, nəyinki İran-tipli demokrasıya, və demək burada Mir Hüesyn Musəvi kimi cilid dəyişmiş Hizbullahlara demokrat alicənab kimi yer verilmir.

Urmu gölün dirçəlişi uğrunda kampaniya bir mütəşekkil hərəkatın kulminasiyasıdır. Bu hərəkət, zorakı mübarizə ilə pisi aparıb daha pisi gətirmək niyətində deyil, lakin özünü qanuna laqeyd aparan İranın hökumət tərzinin də Əvrənsəl İnsan Haqları Bildirgəsinə boyun əyməsini tələb edir. Milli hərəkətin diqqət mərkəzi İran yetkililərinin öz-xoşuna davranmalarıdır ki, dövlət departmentləri bir-birləri ilə düzəlişmək ilə hər xatalarını yuya bilirlər.

İngiliscə mətn qonu üzərə tarixçəni də işıqlandırır.

Bu olay göstərdi ki, Azərbaycan milli vicdanı qabaqcıl Təbrizlə hüdudlanmır və əslində Azərbaycan anayurdunu savunmaq görəvi vətənin hər yanında gövərə bilər. Bu gün lazım görüldüyündə Urmu öndərlik rolunu ləyaqət ilə yerinə yetirdi və Təbriz ilə əkizlik etdi. İran irqçiləri yalançı tarix kitablarında yazılmış hiylələrin hər birindən yararlanıb, cəsarət edib Urmunu Aryalıların şəhəri kimi göstərirlər, lakin, görünən buki, onların irqçı gözlüyü ilə baxdığı Aryalılar da terorizmdən başqa əllərindən heç bir iş gəlməz.

Ayrıntıları ilə bilgi verməyə hələ çox tezdir. Bu Özətçə sizi ayıq-sayıq etməkdən ötrü hazırlanmış və eləcə də bu anda mandatlarınız əsasında siz, İran İslam Respublikasının yetkilərinin diqqətinə bunları gətirə bilərsiniz:
1. İran İslam Respublikasından istənimlməlidir ki, beynəlxalq konvensiyalar əsasında davransınlar və qabaqkılar kimi öz-xoşuna davranmalarını dayandırsınlar.
2. İran polisi və işqalçı qüvvələri həmən Güney Azərbaycandan çəkilməli və sərbəstlikdən yoxsun edilmiş vicdan dustaqları həmən buraxılmalı, və bu çevrə kampaniyaçılarını qətlə yetirənlər cəzalanmalı.
3. Su bəndlərin hamısının suyunu düşürmək və bu iş düzgün yollar ilə yerinə yetirilməli
4. Ramsər Anlaşmasına əsaslanaraq (“Beynəlxalq Səviyyəli Su-Quşlarının Habitatları üzrə Sulaqlar Anlaşması” ki, onun Maddə 3-ü üzərə raport hazırlanmalı), İran yetkililəri bu mükəlləfiyyətdədirlər ki, Urmu Gölünə görə illik raport hazırlasınlar. Bu raport yayımlanmalı ki, hamıya məlum olunsun ki, İran dövləti öz mükəlləfiyyətlərini Urmu gölü hövzəsinə görə necə yerinə yetirmiş, gərəkən planlar hazırlamışmı və buranın suyunun saxlanması və su qaynaqlarının düzgün işlənməsini yoxlamışmı?
5. Güney Azərbaycan milləti daha İran yetkililərinin qeyri-səmimi olmalarına görə bir daha onlara etimad olunmaz. Buna görə etüdləri aparmaq üçün beynəlxalq müşavirlər xidmətə alınmalıdır ki, Urmu gölü hövzəsi üçün planlar hazırlansın və gec olmadan həyata geçsin.
6. Hamı vicdan dustaqları buraxılsın və bir heyət qurulsun ki, Güney Azərbaycanda öz-başınalıq edən İran yetkililərinin ədalət sistemi irdələsin, örnəyin: Səid Mətinpur, Sima Didar, Əlirza Ferşi, Səid Muğanlı və Səid Nəimi və başqaları necə İranda tələyə düşmüşlər!
7. İranın Güney Azərbaycanı qəlpələmək( bütünəşə bilmiyən parçalara doğramaq) planları həmən dayandırılmalı.

Hörmətlə
Boyuk Resuloglu

Dünya Azerbaycanlılarının Haqlarını Müdafiə Momitəsinin Sədri
 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net