Güney Azerbaycan Problemi

Say (No.): 540/2011
Tarix (Date): 7 June 2011

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:
• Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup
• Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü Xanım Harrison, Amnesty International, London BMT- Tehran
 

Üzü Dyke bəy, və Xanım Harrison, Amnesty International, London
Habelə Ban Ki Moon , BMT genel sekreteri ve İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Seid Neimi

Sayın cənablar

MÜRACİƏT SƏİD NƏİMİ BƏYİN UĞRUNDA İLƏTİŞMƏ 1

Güney Azərbaycanının görkəmli insan haqları savunanı olan Səid Nəimi bəyin insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, o İran yetkililəri tərəfindən öz-xoşuna qısqıya (persecution) məruz qalmışdır. Diqqətinizə sunulan bəlgə, istənilən İlətişmə formasıdır ki, İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinin diqqətinə çatdırmaq üçn hazırlanmışdır.

Nəimi bəy May 2006 Kütlə Etirazlarının 5-inci ildönümünü qeyd edilməsinin qarşısınının alınması üçün planlı basqı ilə ilgili tutulmuş olmalıdır (bax bizim Özətçəyə, Say: 539/2011, Tarix: 19 May 2011). 9 May 2011-də yaxalanıb və 15 May da Təbriz həbsxanasına köçürüləndən bəri onun haqqında heç bir bilgi əldə etmək mümkün olmamışdır.

Təkid etmək istəyirik ki, bu İlətişməni tərtibində biz Nəimi bəy yaxud onun ailəsi ilə əlaqə qurmamışıq. Bu məsuliyyəti biz öz boynumuza almaq ilə Nəimi bəyin boynundan məsuliyyəti götürmək istəyirik.

O ölkədəki bugünkü boğuntu ortamında Nəimi bəyin haqqında heç bir məlumat verilmədiyinə görə nigarançılıq gün-bə-gün çoxalır. Bu bilgi örtbasdırı işkəncə əlaməti olduğu kimi daha qorxunc hadisələrində əlaməti ola bilər. Bu durumda Nəimi bəyin insan haqlarının qorunması, vəziyətinin aydınlanmas və bəzi xoşa gəlməz hadisələrin önlənməsi üçün sizdən başqa mandat sahibi yoxdur. Onun üçün Nəimi bəyin insan və milli haqlarını sağlamaq üçün sizə müraciət edirik ki, onun haqqında kampaniya aparasınız və İran yetkililərinə təkid ilə xatırladasınız ki, onlar Nəimi bəyin sağlamlığına və təhlükəsizliyinə sorumludurlar. Arxayınıq ki, sizin kampaniyanız onun sərbəstliyi və yaxa-qurtarması üçün ən etgin yoldur.

Qayğınız üçün minnətdarıq.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 


 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net