Güney Azerbaycan Problemi

Say: 522/2010

İlaygun: 8 Fevral 2010

 BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə və eləcə də Sağlamlıq Haqqı üzrə Özəl Raportera çatdırın. Habelə bu qruplara da dəxli var:

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

 Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Səid Mətinpur

Sayın cənablar

SON-DURUM 1: SƏİD MƏTİNPUR BƏYİN HAQQINDA

Mətinpur Xaınm: “Doğrusu, Səidin Sağlamlığını Təmin Etmək üçün bu Qədər Zəhmətlərimiz Puça Çıxır”

Güney Azərbaycanının görkəmli insan haqları savunanı olan cənab Səid Mətinpurun insan haqlarını qorumaq üçün, İlətişmə 3-in üzərində (Say: 520/2009, Tarix: 29 Dekabr 2009) Son-Durum 1-i hüzurlarınıza sunuruq ki, o indicə bir vicdan dustağıdır və İran yetgililəri tərəfindən öz-xoşuna sağlamlıq və sərbəstlik haqlarından yoxsun edilmişdir. Onun təcili tibbi qayğıya ehtiyacı vardır.  Diqqətinizə sunulan bəlgə Cədvəl 1-də verilmiş ki, cənab Səid Mətinpurun həyat yoldaşı, Ətiyyə xanım Mətinpurun, Zəmanə Radiyosuna verdiyi müsahibənin İngiliscə tərcüməsidir.

Təkid etmək istəyirik ki, bu İlətişmənin tərtibində biz Mətinpur bəy yaxud onun ailəsi ilə əlaqə qurmamışıq. Bu məsuliyyəti biz öz boynumuza almaq ilə Mətinpur bəyin boynundan məsuliyyəti götürmək istəyirik.

Mətinpur xanımın cəsarəti təhsinə layiqdir ki, İran yetkililərinin hədələri qarşısında sükutunu sındırmağa məcbur olmuş. Onun söylədiyi bir ürək-ağrısı dolu təcrübələrdir ki, İran yetkililəri onun həyat-yoldaşına qarşı qıymaqdadırlar. Tərcüməsi verilmiş müsahibədə onun ürək sözləri canlıca duyulur və dumduru bizi bilgilendirir ki, onun həyat-yoldaşının sağlamlıq üzrə haqqına İran yerkililəri naxoş kimi təfavütsüzdürlər. Mətinpur xanım burada söyləyir ki, o ərinin sağlamlığını əldə etmək üçün daha bir yetkili qalmamış ki, müraciət etməmiş ola.

Bir daha biz sizə xatırlatmaq istəyirik ki, cənab Mətinpur bir görkəmli insan haqları savunanıdır; indicə vicdan dustağıdır; və öz-xoşuna həbsə məruz qalaraq sağlamlıq və sərbəstlik haqlarından yoxsun edilmişdir. İstərdik daha xatırladaq ki, siz o yetkilisiniz ki, cənab Mətinpurun sağlamlığını təmin etmək üçün gərəkən beynəlxalq mandatınız vardır.  Bəlki, Mətinpur xanım İran tərəfindən hakimiyyət altında olan Güney Azərbaycanda hər bir vasitəni sınayıb və başa çatmışdır.  Lakin biz bilirik ki, siz elə bir yetkilisiniz ki, yetkili nə olmağı göstərmək istəyirsiniz və siz diyə sorumlu bir yetkili və İran İslam Respublikası diye bir laqeyd yetkili aralarında fərqi sübut etmək üçün ülvi-niyyətliniz var. İndi onun vaxtıdır və cənab Mətinpur uğrunda ədalət və onun sağlamlığını qorumaq yalnız sizin öhdənizdən gələr.

Qayğınız üçün minnətdarıq.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net