Güney Azerbaycan Problemi

Say: 521/2010

İlaygün: 12 Yanvar  2010

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

Lütfən bu ilətişməni Yasa-ötəsi Qətlç Təcili və z-xoşuna Edam üzrə zəl Raporterə çatdırın. Bunu eləcə də aşağıdakı qruplara dəxli var:

·         Çağdaş İrqçilikç Ayrı-seçkilik və Qatlaşılmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü      Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə              İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Çingiz Bəxtavər

Sayın cənablar

İLƏTİŞMƏ 1: CƏNAB ÇİNGİZ BƏXTAVƏR HAQQINDA

Cənab Çingiz Bəxtavərin məruz qaldığı şübhəli ölüm ilə əlaqədar, İlətişmə 1-i hüzurlarınıza sunuruq. O Güney Azərbaycanın görkəmli və qocaman başçılarından idi. Bu ilətişmənin diqqət mərkəzi İran yetkililərinin bu ölüm barədə şübhəli davranışlarını əks etdirməkdir. Diqqətinizə sunulan bəlgələr bunlardır:

Cədvəl 1:  Cənab Bəxtavəri haqqında qabaqlarda göndərdiyimiz yazıların kötüyü

Cədvəl 2:  Rəhmətliyin oğlu Babək bəy Bəxtavərin tərəfindən verdiyi bəyaniyyənin tərcüməsi, ki O indi İngiltərədə siyasi sığınacaqlıdır

Cədvəl 3:  Quylama və anım törənləri haqqında raportlar ki, İran yetkililərinin zorakı davranmalarını əks etdirir

Cədvəl 4:  İran təhlükəsizlik məmurları tərəfindən yasa-ötəsi qətllərə məruz qalan şəxslərin adları

Cənab Bəxtavər haqqında Cədvəl 2-nin çıxacağı nüktələr və bu İlətişmənin fakt özəyi bunlardır:

  • O sağlam idi və həmişəki kimi diyə-gülə idi
  • 28 Dekabr 2009-də, səhər saat 9.30da işlədiyi elektrik stansiya idarəsinə yetişib və orada bir yoldaşı ilə danışandan sonra otağına getmiş; saat 13.00-də həmən yoldaşı nahar yeməyi üçün onun otağına baş çəkdikdə onun cəsədini masasına əyili durumda görür.
  • Bu xəbəri eşitcək, oğlu Siyamək Bəxtavər tez özünü stansiyaya yetirir və onun ölüsünü görür; mat qaldığı durumuna baxmayaraq, atasının qara-təhri kövrəlmiş sifəti və ağız-dodaq həndəvərində qanama əlamətləri onun diqqətini cəlb edibmiş.
  • Onun cəsədi stansiyaya yaxın bir qəsəbənin ölüxanasına aparılır
  • Meyit-yarma tələbatı qabağında işləri gərəkməz yubandırır
  • Təhlükəsizlik məmurları ailə üzvlərinə zor etmişdilər ki, meyit-yarma əməllərindən sonra rəhmətlik hemən quylansın, lakin onun ailə üzvləri buna bir qeyri-insani hökmdür diyə yanaşmış və bu zora boyun əyməmişlər.
  • İran yetkililəri quylama və anım törənində iştirakçılara olmazın hədəsini qıymış və üstəlik ən azı 15 nəfər də yaxalanmış – daha detaylı raport Cədvəl 3-də verilmiş.

İran yetkililərinin aşırı vahid irqçi siyasətini Güney Azərbaycanda yürütmələrini gərəyincə bəlgələşdirmək üçün bizim Qeyri-Hökumət Qurumuzun sunduğu ilətişmələr qaynaqlardan biridir. Bunlar göstərir ki,

  • Çalışanlar sərbəstliklərindən öz-xoşuna yoxsun edilirlər;
  • Kəsilən öz-xoşuna dustaq etmə hökmlərinə, qamçılama və cərmə də əlavə olunur;
  • Qadaqda saxlama üçün hökmlərin bəziləri asılqan edilir;
  • İranın milis qüvvələri tərəfindən qıyılmış qanun-ötəsi qətllər qıyılır
  • İndi də görürük ki, şübhəli ölümlərin qarış-qarış meydanı gənəlir, örnəyin bu İlətişmə və üstəlik baxın cənab Əmani haqqındakı ilətişməyə (Say: 509.2008, İlaygün: 17 Noyabr 2008) – daha çox detay Cədvəl 4 verilir.

Nə yaxşı ki, indi dünya İranın “yetkisiz” rejiminin qılığını tanıyan kimi olmuşlar; lakin gerçəkdən Güney Azərbaycan İran yetkililərinin təbiətini və onların zorakı əhval-ruhiyyələrini ilikləri ilə sezmişdir. Əslində Cədvəl 4-də adları çəkilən şübhəli ölümlər elə onların bu qorxunc təbiətinin təzahürü olaraq bir göstərgədir. İran yetkililəri nə tək vəzifələrini ölümlərin səbəbini tapmaqda yerinə yetirmir, görənəksəl quylama törənində iştirak edənlərə belə əngəl törədir. Xatırlatmaq istəyirik ki, bu hərəkət bəlli faşizm göstərgələrindən birisidir.

Biz meyit-yarma işinə gərəkən sürə-ni yoxlamışıq və bilirik ki, 2-3 gün yetər; işi ağır-gedən xəstəxanada necə deyərlər daşlar çatlasa gərəkən vaxt 1-həftədir, lakin 2 həftə bir qurumun olduqca fərsizliyini göstərir; 3-4 həftə isə sadəcə qəbul olunan deyil. Cənab Bəxtavərin şübhəli ölüm şəraitini və təhlükəsizlik məmurlarının meyit-yarma barədə yubatmalarını göz-önünə alarsaq, cənab Bəxtavərə yasa-ötəsi qətl qıyılma bir gerçəkliyə çevrilir. Bütün bəlirtiləri göz önünə aldıqda meyit-yarma nəticələrini saxlaşdırma çox da möhtəməldir və olsun da ki Tibbi Expertasiyaya raportun nə olduğuna təyinat verilsin.

Biz birbaşa bu iddiada bulunmaq isməyirik ki, cənab Bəxtavəri İran yetkililəri tərəfindən qətl edilmiş, lakin sizə gərəkincə fakt sunuruq ki, İran yetkililəri kifayət qədərincə fırıqdırlar (fırıq = fırıldaqçı = zay adam) ki, bu rəhmətliyin ölüm səbəbini əsaslandırmağı kecidirmişlər və özləri də başdan başa şübhəli davranmışlar. Nə tək “Qoruma Görəvi” baxımından İran yetkililəri sual altına keçməlidirlər, onların Güney Azərbaycanda millətə laqeyd yanaşmaları diqqət mərkəzində olmalıdır. Nəticədə sizə müraciət edirik ki, İran yetkililərinə qarşı protest edəsiniz və meyit-yarma barədə yubatma hərəkətlərini qınayasınız və tutuqluların durmadan həmən şərtsiz buraxılmalarını tələb edəsiniz.

Qayğınız üçün minnətdarıq.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net