Güney Azerbaycan Problemi

Say: 520/2009

Tarix: 29 Dekabr  2009

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə və eləcə də Sağlamlıq Haqqı üzrə Özəl Raportera çatdırın. Habelə bu qruplara da dəxli var:

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Səid Mətinpur

Sayın cənablar

İLƏTİŞMƏ 3: SƏİD MƏTİNPUR BƏYİN HAQQINDA

Güney Azərbaycanının görkəmli insan haqları savunanı olan cənab Səid Mətinpurun insan haqlarını qorumaq üçün, İlətişmə 2-in üzərində (Say: 458/2007, Tarix: 22 İyul 2007) yeni İlətişməni hüzurlarınıza sunuruq ki, o indicə bir vicdan dustağıdır və İran yetgililəri tərəfindən öz-xoşuna sərbəstlik haqqından yoxsun elimişdir. Diqqətinizə sunulan bəlgələr bunlardır:

Cədvəl 1:  Cənab Mətinpura qarşı kəsilən hökmə bir diqqət

Cədvəl 2:  Ona qarşı olayların geri-yönlü (reverse) çağın-sırası (chronology)

Cədvəl 3:  İlətişmələrimizin kötükləri

Cədvəl 4:  Ona qarşı öz-xoşuna kəsilən istinaf hökmünün tərcüməsi

Cədvəl 5:  İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinin diqqətinə çatdırmalı istənilən İlətişmə Forması

Təkid etmək istəyirik ki, bu İlətişmənin tərtibində biz Mətinpur bəy yaxud onun ailəsi ilə əlaqə qurmamışıq. Bu məsuliyyəti biz öz boynumuza almaq ilə Mətinpur bəyin boynundan məsuliyyəti götürmək istəyirik.

Cənab Mətinpura qarşı İran yetkililəri tərəfindən kəsilən 8 illik hökmün təhlili Cədvəl 1-də verilmiş. Onun yığcamı budur ki, İran yetkililəri tərəfindən təqsirləndirmə üçün heç bir genəl bildiriş yox idi və bu birdən-birə istinaf ilə ortaya çıxdı və İran yetkililəri defeten cənab Mətinpuru casusluğa təqsirləndirdilər. Sankı, İran yetkililəri möcüzə etmişlər, lakin bu birinici dəfə deyildi, Elə bu hökmü oxuduqda görürük ki, cənab Saleh Kamraniyə  (Say: 420/2006, Tarix: 4 Dekabr 2006) qarşı hömk birdən birə “ötəri olaraq təqibi dayandırmaq” kimi hökm verir. Bu barədə bir az daha detaya keçmək istəyirik. Əslində bu hökm yayımlananda cənab Saleh Kamrani İran yetkililərinin əməlləri nəticəsində siyasi sığınacaq almağa məcbur olmuşdu. Axı o uzun müddət idi ki, insan haqlarını savunmağa olan haqqından da artıq məhrum idi yaxud əngəllənirdi. İran yetkililərinin hökmü bu tipdə qondarmalaşdırmaları (saxtalamaları) qabağında ən az təsəvvürə gələn budur ki, bu nəcib hərəkət onlara heç də yaraşan deyildir. Axı onlar cənab Kamranini olmazınca öz-xoşuna sinsitmişdilər lakin heç bir günahlarına da belə etiraf etməyiblər; üstəlik cənab Kamraniyə yürütdəkləri öz-xoşuna hərəkətlərin qarşısında heç xəsarət ödəməkdən də belə söz açmırlar.

 

Bunlar İran yetkililərinin hökumət tərzinin yeni kələkləridir və hələ biz gələcək İlətişməmizdə cənab Fərşi-yə biçmək istədikləri olanaq-üstü suçlamadan söz açacağıq ki, onu guya bir İran-mərkəzli partiyaya mənsub edirlər. Bunu qeyd etmək lazımdır  ki, bu partiya və İran yetkililəri bir-birlərinə qarşılıqlı inadlı hərəkətə şirnikmişlər və bu da Güney Azərbaycan milli çalışanlarına dəxli yoxdur. Gerçəkdən, cənab Kamraniyə qarşı kəsilən hökm belədir: “ötəri olaraq nizama qarşı propaqanda aparmaqda suçlayırıq” Bu vasitə ilə İran yetkililəri onu qadaqda saxlamaq istəyirdilər.

Cənab Mətinpur indi 8 illik zindan hökmünə qatlaşaraq ağır sağlamlıq probləmlərinə məruzdur ki, bunlar da tutuqlu ikən İran yetkililərinin işgəncələrindən irəli gəlmişdir. İnsan haqlarını savunma dövrünün zirvəsəində, bu fəlsəfə məzunu bir qısa şeir yazmışdı, sankı o özünü bir səfər içrə seyr edir. Bu şeiri nəzərinizə çatdırmaq istərdik və gördüyünüz kimi burada qarşılaşacaq durumu qələmə almışdır. Onun uğraşdığı görünc (vision) adi yaşamağa, səfər diyə, yanaşmaqdır və bunun üçün O əngələ, yayındırıcılara (distraction) və təhlükəyə toxunmaq istəməyir. İran yetkililərinin qurduğu tələləri göz önünə alaraq, ən sonda o soruşur ki, görəsən keçid yolunu göstərən olacaqmı? Biz inanırıq ki, Əvrənsəl İnsan Haqları Bildirgəsi adi yaşayış səfərində təhlükəsizliyi bir haq olaraq hamıya vermişdir, lakin İran yetgililəri cənab Mətinpuru bu haqdan yoxsun (məhrum) etmişlər. Cənab Mətinpurun savunması üçün sizə müraciət edərək sizə tapışırılan mandatlar üzərə onun savunmasını xahiş edirik, axı insan haqları gövdəsi cənab Mətinpur kimiləri savunmasa bu mandatlar puçluğa sürüklənməyəcəkmi? Özəlliklə onun sağlamlığı ilə ən ciddi surətdə uğraşmanızı xahiş edirik. Qayğınız üçün minnətdarıq.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net