Güney Azerbaycan Problemi

Say: 519/2009

İlaygün: 17 Dekabr  2009

Hörmətli Ban Ki-moon, BMT-nin Baş Katibi, və

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın:

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü        Dyke bəy, Xanım Harrison, Amnesty International, London

              Helsinky insan haqlari komitesi / Oslo şöbəsi

Sayın cənablar,

GENƏL İLƏTİŞMƏ 6: İRANDA GÜNEY AZƏRBAYCANLILARA QARŞI YÜRÜDÜLƏN SİYASƏTDƏN SON-DURUM

İlətişmə 6-ını hüzurlarınıza sunuruq və burada diqqət mərkəzində olan İran yetkililərinin Güney Azərbaycana qarşı yürütdükləri qəbul-olunmaz durumdur.  Keçmiş ilətişmələrimiz ardıcılca bunu əks etdirmiş ki, İran nə tək üzərində olan “qoruma sorumluluğunu” yerinə yetirmir, hələ Güney Azərbaycanlıların insan və milli haqlarını qəsdən tapdamaqdadır.  Bizim təcrübə etdiyimiz səbəblər bunlardan ibarətdir: İranın ədliyyə sisteminin adamları ilə irqi-motivli tutumu olan siyasətçilər aralarında düzəlişmə (düzəlişmə = collusion) gedir; İranın təhlükəsizlik və milis-tipli biçimsiz qüvvələri dəmir yumruq siyasəti ilə Güney Azərbaycanda ana-dilində eyitimin belə qarşını alırlar bir halda ki bu ən ibditadi bir haqdır; İran siyasəti yalançılığa ərdəm gözül ilə baxır və “yalançılıq ərdəmi” üzərində diyə qurularaq öz təxəyyüllərindən qıcqıran “Arya irqi” üstünlüyünü yürütməkdən ötəri dindən də istifadə edirlər.  Axı prezident Əmədinəjad məyər yalan və cığallıq bərəkətinə yinə də seçilmədimi? Bu tipli hökumət-tərzi Güney Azərbaycana bahaya başa gəlir, örnəyin: Urmu Gölü quruyaraq bir katastrofa sarı Aral Dənizi faciəsi doğrultusuna sürüklənir; Güney Azərbaycanın çevrəsi çöngələrək yıpranmaqda; iqlim-dəyişmə millətin dar günlərə sarı yönəlməsindən xəbər versə də İran yetkililəri bir siyasət ortaya qoymaq evəzində Güney Azərbaycan varlığını qəlpələməkdə və milli çalışanları öz-xoşuna tutuqlamaqda.  Bu iddiaları əsaslandırmaq üçün təəssüflə ilətişmə hazırlama imkanlarımız azdır lakin inanırıq ki siz özünüz cərəyandan agahsınız. Bunlara baxmayaraq bu ilin qurtarmasından öncə aşağıdakı İlətişmələri sizə təqdim edəcəyik:

1.      Bu İlətişmə qabaqkından bəri (Say: 518.009; Tarix: 26 Oxtobr 2009) baş-tutan olaylara bir icmal kimi sunulur

2.      Cənab Səid Mətinpura aid planlaşmış bir İlətişmə

3.      Xanım və cənab Fərşi-gilə aid planlaşmış İlətişmələr

Bu İlətişmə İran yetkililəri tərəfindən öz-xoşuna tutuqlanıb və hökmlərə məruz qalan Güney Azərbaycanlılar ilə əlaqədardır. Buradakılar sadəcə örnəkdirlər və diqqət mərkəzində olan faktlar budur ki, məhkəmələrdə sürükləmək ilə, qəti qərarı süründürmək ilə, sinsitmək və hədələmək ilə İran yetkililəri Güney Azərbaycan çalışanlarını qadaqda saxlamaq (qadaqda saxlamaq = gagging = azadlıqdan məhrum etmək) taktikini işlədir. Bu aşağıda adı verilən fərdlərin məhkəmələri, bir qayda olaraq, qapalı olmuş, vəkil əli ilə müdafiə olunma haqqından məhrum olmuş, olmasalar da vəkillərin təmsilçilik servisləri əngəllənmişdir.

Ondakı beynəlxalq xəbər vasitələinin diqqət mərkəzi şişirdilmiş İran başxanlıq seçkilərinə və onun sonuclarına tuşlanmışdı, Əhmədinəjadın hakimiyyət aparatının qeyri-qanunu olması bir müsbət nəticə kimi ortaya çıxdı və bu da yaxın gələcəkdə İranın nüvə gücünə çevrilməsinin qanuni müdaxilə yolu ilə qarşısını almaq üçün beynəlxalq icma tərəfindən bir uzun-görənlikdən irəli gəldi. Lakin bu epizodda beynəlxalq örgütlərdə bir sadə-lövhlük də ortaya çıxdı ki, İranın cərəyandakı fars-dilli etnik azlığı xeyrinə yürüdülən İranda vahid irqi siyasət ələşdirilməyib və ona qarşı meydan oxunmadı. Hətta etibarlı beynəlxalq insan haqlarını müdafiə örgütləri qeyri-fars milli varlıqlara olan mükəlləfiyyətlərini unutdular və yalnız pan-irançı məxmər inqilab nəğmələri tərənnüm etməyə başladılar. Bir halda kı, bunlar ört-basdır edilmiş din-hakimiyyəti yürüdən qüvvələrdən başqa heç bir şey deyillər. İndi isə, Əvrənsəl İnsan Haqları Bildirgəsinin toxunulmazlığı təhlükədədir. Axı onu müdafiə edənlər belə İranda gedən irqçiliyə qarşı hərəkatı müdafiə etməkdənsə İran siyasi oyunlarına ilişmişlər. Nə isə biz hətta bu qənaətdəyik ki, İran yetkililərinə qarşı ətraflı siyasət yeritmək yetərli olmasada özlüyündə bu bir yaxşı gəlişimdir.

Aşağıda İran yetkililəri tərəfindən Güney Azərbaycana qarşı yürüdülən cərəyanda olan 8 olaydan raportaj sunuruq (təəssüflə imkanlarımız az olduğu üçün Azərbaycan Türkcəsində yalnız adları verməyə yetinirik):

Raportaj 1: (Qaynaqların birisi http://www.savalansesi.com/2009/12/blog-post_12.html):

  1. Mustafa Əvəzpur, yaxalanma tarixi: 9 Dekabr Təbrizdə,

  2. Hidayət Zakir, yaxalanma tarixi: 9 Dekabr Təbrizdə,

  3. Əhməd Valayi, yaxalanma tarixi: 9 Dekabr Təbrizdə,

  4. Cəlal Məhəmmədi, yaxalanma tarixi: 9 Dekabr Təbrizdə,

  5. Məhəmmədrza Məhəmməxanı, yaxalanma tarixi: 9 Dekabr Təbrizdə,

  6. İbrahim Asmani, yaxalanma tarixi: 9 Dekabr Təbrizdə, və

  7. İsa Qurban əlizadə, yaxalanma tarixi: 9 Dekabr Təbrizdə.

Eləcə də başqa bir qonaqlıqda yaxalanmışlar:

  1. Səid  Çələbiyanlı yaxalanma tarixi: 9 Dekabr Təbrizdə

  2. Rza Gərdani yaxalanma tarixi: 9 Dekabr Təbrizdə

  3. Jəmal Təsudian yaxalanma tarixi: 9 Dekabr Təbrizdə

  4. Bəhram Bəhimi yaxalanma tarixi: 9 Dekabr Təbrizdə

Raportaj 2: (Qaynaqların birisi http://www.savalansesi.com/2009/12/blog-post_12.html):

  1. Vədud Səadəti

  2. Rəhim Qulami,

  3. Behruz Əlizadə

Habelə Ərdəbil zindanında:

  1. Əli Abbasi

  2. Məhəmməd-əli Narubi

  3. Məhəmməd-rəhim Narubi və

  4. Ömər Çayraz

Raportaj 3: (Qaynaqların birisi http://www.savalansesi.com/2009/12/blog-post_10.html):

  1. Abdullah Sidduqi,

  2. Fərid Bağırzadə

  3. Armin Şakiran Vəhidi

  4. Barat Dad-gər

  5. Babək Minəqi (filmçi)

  6. Əsgər Qədimi

Eləcə də

  1. Nadir Bəxtavər

  2. Cahanbəxş Bəxtavər

  3. Mehdi Imani

  4. Əli Imani

  5. Hamid Həsənzadə

Və eləcə də (http://www.savalansesi.com/2009/12/blog-post_07.html):

  1. Behnam Şeyxi

  2. Mahmud Ocaqlu

Raportaj 4: (Qaynaqların birisi http://www.savalansesi.com/2009/12/blog-post_8369.html).

Daş-makı-da: Əli Hüseyn-nejad Əsl

Raportaj 5: Ibadət Mədədi Nigarstan (Qaynaq: http://www.savalansesi.com/2009/11/blog-post_2470.htm).

Raportaj 6: Jəmşid Zarei, Tebriz zindanı

Raportaj 7: (Qaynaqların birisi: http://www.savalansesi.com/2009/11/blog-post_7149.html):

  1. Fərdin Muradpur (6 il)

  2. Murtaza Muradpur (3 il)

  3. Rəsul Bədəli (2 il)

  4. Əli Bədəli (6 ay)

  5. Əmin Paşa Qarabağı (6 ay)

  6. Cəlal Rəcəb zadə (6 ay)

  7. Arəş Eşqi (6 ay)

Raportaj 8: (Qaynaqların birisi http://www.savalansesi.com/2009/11/blog-post_6957.html) :

  1. Həsən Abdullahi

  2. Məhbub Budaği

  3. Fəraz Zəhtab

  4. Həbib Avəride

  5. Həsən Asyabi

  6. Məhəmməd-rza Haşimi

Başqa məhkəmənin qurbanları http://www.savalansesi.com/2009/11/blog-post_1891.html):

  1. Cəmşid Zarei

  2. Vəhid Şeyx Bəylu

  3. Nima Pur-Yaqub

Yuxarıda bir ay ərzində 50-iyə yaxın Güney Azərbaycan çalışanlarının adı çəkilmiş ki, bunlar ya vicdan dustağı yaxud İran yetkililərinin öz-xoşuna davranmalarının və qadaqda saxlanmalarının qurbanlarıdırlar. Bu çalışanların heç birisi İran yetkililərin işlərinə qarışmaq istəmirlər lakin onlar Əvrənsəl İnsan Haqları Bildirgəsinə tapınırlar. Axı bu bildirgədəki prinsipləri bəyənmədən və onlara uymadan demokratik hərəkətdən danışmaq gülünc deyilmi? Demək, Güney Azərbaycan milli hərəkəti möhkəm öz mənliyi, Azərbaycan Türklüyünü, İranda qoruyur və tələb edir ki, İranda Azərbaycan Türkcəsi üçün rəsmi statusu yenidən qaytarılsın və bu ana-dilində eyitim sağlansın (bunların hamısı Əvrənsəl İnsan Haqları Bildirgəsinə əsaslanaraq). İndi təəssüflü durum budur ki, hətta etibarlı beynəlxalq qurumlar da İranın vahid irqi siyasət yürütməsinə göz yummaqla meydan açırlar və İranda gedən qısa-müddətli pan-farsçı yaşıllar hərəkətinə şirnikmişlər. Ancaq, BMT-nin İnsan Haqları üzrə Ali Komissiyası hər xalqa olduğu kimi Güney Azərbaycana olduğu mandatlarını ifadə etmək üçün tək bir qurumdur. İran yetkililərinə qarşı sərt təmsilçilik etməyiniz üçün sizə müraciət edirik ki, onların Güney Azərbaycanın milləti üçün qoruma sorumluluğunu xatırladasınız və İranda vahid irqi siyasətin həmən dayandırılmasını tələb edəsiniz.

Qayğınız üçün qabaqcadan minnətdarıq.

Hörmət ilə : Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sedri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net