Güney Azerbaycan Problemi

Say : 518/1/2009

İlaygün : 26 Oktyabr  2009

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın:

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü           Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə     İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Sayın cənablar,

Gənəl ilətişmə 5 : İranda Güney Azərbaycanlı milli fəalların can təhlükəsizliyi

Genəl İlətişmə 5-i hüzurlarınıza sunuruq ki, İran yetgililəri tərəfinden Güney Azərbaycan gənclərinin insan haqlarından yoxsun edilmələrrindən son görüntüləri size təmsil edir.  Keçmiş ildə sizə bir İlətişmə (Say: 509/2008 və tarix: 17 Novambr 2008) sunduq ki, Qulamrza Əmani adında  bir milli fəalımızın 2 qardaşı ilə birlikdə İran yetgilileri tərəfinden  şübhəli təsadüf nəticəsində qanun-dışı qətlə məruz ehtimalını sizə bildirdik. 

O İlətişimdə bu ölüm barədə, həqiqətləri axtarış qrupunun Güney Azərbaycana göndərilməsini, o zaman Təbrizdə yaşayan hörmətli jurnalis Şəhnaz xanim Qulaminin raporu əsasında tələb istsək də, müsbət cavab ala bilmədiyimizə görə durum getdikcə daha da ciddiləşir.

Yuxarıda adı çəkilən məhəndis Əmaninin il dönümü münasibəti ilə cümə günü 23.10.2009 da Təbriz şəhərində geçirilən anım törənində, Güney Azərbaycanın Urmu və Salmas şəhərlərindən gəlib iştirak edən dostlarının heç bir dəlil olmadan ittilaat məmurları tərəfindən yaxalanıb, naməlum yerə aparılması nigarançılığımızı lap artırır.

Bu yaxalanlar:

1-      Nəvid Müşkati- Urmulu

2-      Mədinə Qasimi- Urmulu

3-      Məhəmməd Məhəmmədli- Salmaslı

4-      Aydın Təqipur- Urmuli

5-      Cavad Oxtay – Urmulu

Təəssüflə İran yetkililərinin bu kimi öz-xoşuna davranışları normaya çevrilmiş və biz də sizin diqqətinizi tuşlağa imkalarımız zəifdir. əyər beynəlxalq insan haqları qurumları qeyri-fars millətlerin insan və milli haqlarının tapdanmasına göz yummağa davam edirsələr, qanun-dışı qətllərin çoxalması gözlənilir.

Bunlar boş iddia deyillər və bu haqda, sizə məlumat vermək üçün 24.10.2009 tarixində Təbrizdən zəng açıb GünAz tv-də məlumat verən milli fəal cənab Əmirəbbas Bənnayi Kazimi-nin sözlərinə diqqətizi yönəltmək istərdik ( bax Gün Az Tv-nin arxivinə). O, məhəndis Əmaninin il dönümündə, ittilaat tərəfindən aparılan basqı və qeyri adi davranışlara toxunaraq öz başına gələnləri də açıqlamışdır. Yeni zindandan çıxan bu soydaşımıza Tehran rejiminin basqıları o dərəcəyə çatıbki, artıq cana doyaraq, çəkinmədən ittilaatçıların ona zəng açaraq, onunla birgə bütün milli fəalları yox etmə planlarından söz açmışdır. Hətta Əmaninin başına gətirdiklərindən sonra su yerindən tərpəşmədiyini söyliyərək, yollarından əl çəkməzlərsə onları da qəfildən ölüm gözləyir demişdir.

Bu insan haqları fəalının durumunu siyasi zindani olarkən 11.11.2007 tarixli, 468/2007 məktubumuzda huzurlarıza çatdırmışdıq. 37 yaşında olan bu insan başına gətirilənlərdən zillə olaraq GünAz –Tv-yə açıqlamalrından sonra, daha şiddətli cani təhlükə ilə üzləşəcəyi düşüncəsi bizi həddindən artıq incitməkdədir.

Lütfən, müdaxilə etməyinizi xahiş edirik.

Bu hadisələr və özəlliklə, Tehran hakimiyətinin son zamanlardaki asdı-kəsdi siyasəti haqli olaraq gənclərimizi tidərgin etməkdədir. Bu vəhşilik o dərəcəyə çatıbki, geçən ay, Türkiyədə təhsil almaqdan qayıdan Ümid Şükri adındakı bir Ərdəbillini sadəcə Türkiyədə təhsil aldığına görə yaxalıyaraq, təhsildən məhrum etmək durumuna soxmuşlar.

Bu vəsilə ilə, bir daha sizdən israrla xahiş edirk ki, Güney Azərbaycanda cərəyan edən bu qeyri demokratik, qeyri insani və vəhşiyanə davranışların qarşısını almaq üçün əlinizdən gələni əsirgəmiyəsiniz.

Hörmət ilə

Böyük Rəsuloglu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi sədri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net