Güney Azerbaycan Problemi

Say: 518/2009

İlaygun: 4 June 2009

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

Lütfən bu ilətişməni Fikir və Bəyan Sərbəstliyini Qorumaq üzrə Özəl Raporterə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü         Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə   İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Dr. Ələmi

 

Sayın cənablar

İLƏTİŞMƏ 1:  Dr. ƏLƏMİNİN İRAN BAŞXANLIQ SEÇGİLƏRİNƏ ADAYLIĞINI ONAYLAMAQDA İRAN YETGİLİLƏRİ İKİMƏNALI YANAŞMALARI

Genəl İlətişmə 3-ə əlavə olaraq (Say: 515/2009, İlaygün: 31 May 2009) İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, cənab Dr. Ələminin İran başxanlıq seçgilərində adaylığını onaylamaqda İran yetgililərinin iki-mənalı yanaşmalarını ifşa edir. O İran Milli Məclisində Təbriz, Üsgü və Tufarqanı təmsil etmiş və olsun ki, onun insan haqları da tapdanmaqda.  Bu İlətişmənin ucbatı aşağıda açıqlanır.

Cənab Dr. Əkbər Ələmi, İranda gedən 10-cu prezident seçgilərində, Güney Azərbaycanın baş-şəhəri olan Təbrizdən adaylığını elan etdi. “Azərbaycan mənim təşkilatımdır” ifadələri ilə 14 April 2009-da adaylığını elan edərək İranda demokratiya və Güney Azərbaycanın qanuni haqlarını irəli sürdüyünə görə başqa adaylardan fərqli mövqedən çıxış etdi. Bütün çətinliklərə baxmayaraq, İran yönətimi tərəfindən törədilən maniələri aşaraq öz təbliqatını özəlliklə Güney Azərbaycanın çeşidli bölgələrində dəvam etdirdi.

Bu fəaliyətlərlə tanış olmaq və Güney Azərbaycan xalqının təbliğat proseslərini təqib üçün yaradılan güvənli qaynaqlar bunlardır: www.shura-secki.blogfa.com; www.aztahlil.blogfa.com www.akbaralami.com .

May ayının 9-da qeydiyatdan keçən bu aday, qanuni fəaliyət və çabalara baxmayaraq, May ayının 20-də “ Keşikçilər Şurası” adı verilən qurum tərəfindən Dr ələminin səlahiyyəti onaylanması elan olunmamış, eləcə də rədd də olunmamışdır.  Ancaq, bu bildiriş dörd adayın səlahiyyətini ortaya qoymuşdur. Bu yol ilə Dr Ələminin adaylığı asılı durumda buraxılmış. Şübhə yoxdur ki, qabaqlarda iki dönəm Təbrizdən millət vəkili seçilmiş, İran üçün güvənlik baxımından həssas olan qurumlarda çalışmış Dr. Ələminin səlahiyyəti buruşuqsuzcasına onaylanmaması, İran nizamında öz-xoşunalığı göstərir. Bunla qarşılaşaraq, Dr. Ələmi İranın Daxili İşlər Nazirliyinə bağlı olan Seçgi Komsiyasının Sədrliyinə şikayət edərək müraciət etmiş və bu şikayətin nüvəsi belə gedir (http://www.akbaralami.com/content/view/233/80/):

... Səlahiyyətləri onaylanmamış adayların şikayətləri 13 Novambr 1999-da bəyənilmiş tək-maddəli qanuna görə dəqiqcəsinə münsiflər tərəfindən yoxlanmalı; və buna görə:

 

Hər nə seçgiyə qatılmaq üçün adayların şikayətlərinə yetişən hamı münsiflər (təkcə müstəsna Seçgin Başçılıq üzvlərini seçməkdir ki, Ana-yasanın Maddə 108-inə əsasən aparılmalıdır) bu vəzifəni öz üzərilərinə almalıdırlar ki, adayların səlahiyyətləri yoxlanmalı və yoxlanış məhz qanunun gərəkən maddələrinə əsaslanmalı; mötəbər sənəd və keçərli dəlillər meyar olunmalı; işlər gərəkən icrai və təftişi yetgililər tərəfindən aparılmalıdır. Səlahiyyətlər onaylanmadıqda, onaylanmamanın ucbatı da aşağıdakı tərtibat ilə adaya bildiriləcəkdir” (tərtibatı burada qeydə almağa ehtiyac yoxdur).

Bizim qurum Güney Azərbaycanın 30 milyonluq Azərbaycan millətinin insan haqlarını savunma niyyətindədir və eləcə də Cənab Ələminin insan haqlarını qorumağında da biz öz öhdəmizdə olan borcu yerinə yetirmək istəyirik. Bunun üçün cənab Ələminin şikayətini sizin diqqətinizə çatdırırıq. Bu İlətişməni hüzurlarınıza sunmaq üçün cənab Ələmi yaxud onun vəkili ilə biz məsləhətləşməmişik, çünki bizim məqsədimiz Güney Azərbaycanda hakim qüvvələrin yürütdükləri haqsızlıqlar barədə sizi xəbərdar etməkdir.

Bu İlətişmənin özəl odağı budur ki, Güney Azərbaycan milli fəalları tərəfindən cənab Ələmi uğrunda formalaşmış Koordinasiya Şurasının durumunu sizin yanınızda qeyd edək. Azərbaycan millətinə göstərilmiş kin və nifrətin dəvamında, seçgi ərəfəsində olmasa da, sonrakı dönəmlərdə insan haqlarının pozulması hamını nigaran etməkdədir. Təbiidir ki, bu barədə cənab Dr. Ələmi bəyin öz tutum və davranışı təyin edicidir. Nə isə, Koordinasiya Şurasının üzvlərinin adlarını Cədvəl 1-də sizə sunuruq və ümid edirik ki, biz bu ucbatdan onların insan haqlarını qorumaq durumunda olmayacağıq, lakin buna da əmin deyilik.

Hörmət ilə:

Əli Taşkənd

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net