Güney Azerbaycan Problemi

Say: 517/2009

İlaygun: 4 June 2009

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Lütfən bu ilətişməni Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

 

Cənab Əlirza Fərşi

Güney Azərbaycanlı vicdan dustağı

Sayın cənablar

İLƏTİŞMƏ 1:  FƏRŞİ BƏYİN İNSAN HAQLARINI QORUMAQ ÜÇÜN KAMPANİYA

Cənab Əlirza Fərşı Dizəc Yekən-in insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, o Güney Azərbaycanın mədəni fəalıdır və bu anda İran yetgililəri tərəfindən 22 May 2009-dan bəri sərbəstlikdən yoxsun edilmiş. O universitet müəllimidir və Bilgi və Texnologia üzrə uzmandır. O təbrizdə tərtib olunmuş bir yürüşdə ana dili uğrunda kampaniya aparanda tutuqlanmışdır və bu olayın detayları Cədvəl 1-də təqdim olunmuşdur.

Təkid etmək istəyirik ki, bu İlətişmənin tərtibində biz Fərşi bəyin ailəsi ilə əlaqə qurmamışıq. Bu məsuliyyəti biz öz boynumuza almaq ilə onun boynundan məsuliyyəti götürmək istəyirik.

Bu İlətişmənin sunmasında səbəblərdən biri də budur ki, İran rəsmiləri təfindən indilərə bir xəbər buraxılmış (http://www.irna.ir/View/FullStory/?NewsId=522267) ki, buna esasən bir neçə Güney Azərbaycanlı tutuqlu güya silah alverində bulunmuşlar. Bir uzun sürə var ki, İran yetgililərinin bütün çabaları puça çıxmış ki, Güney Azərbaycan fəallarından aşırı fəaliyyətlər üçün etiraf alsınlar. Bu buraxılmış xəbər onu göstərir ki, İran yetgililəri hələ də o xam xəyala dalmışlar. Lakin nigaran edici burasıdır ki, onlar bu xəyal ilə milli fəallara işgəncə qıyırlar. Buna görə, sizə müraciət edirik ki, cənab Fərşinin və başqa Gənal İlətişmə 4 (Say: 51x/2009 İlaygün: 3 İyun 2009)-də adları verilən fəalların uğurlarında təcili surətdə kampaniya aparasınız. Qabaqcadan qayğınız üçün minnətdarıq.

Hörmət ilə:

Əli Taşkənd

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net