Güney Azerbaycan Problemi

 Say : 516/2009

İlaygün: 3 İyun  2009

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın:

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü           Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə     İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Sayın cənablar,

GENƏL İLƏTİŞMƏ 4:           İRANDA GÜNEY AZƏRBAYCANLILARA QARŞI İRQİ QIZIŞDIRMALAR

İlətışmə 4-ü hüzurlarınıza sunuruq və burada diqqət mərkəzində olan İran yetgililərinin Güney Azərbaycana qarşı yürütdükləri yeni bir zorakılıq dalğasıdır ki, bunun tətiyi (fişeng açarı) Höccət-ül-İslam Seyyid Mohəmməd Xatəminin dilə gətirdiyi irqçilik-mayalı istehzalı tənzdən irəli gəlmişdir. Güney Azərbaycanlılar öz etirazlarını ölçülü tədbirlər ilə orkestrləşdirməkdədirlər? lakin İran yetgililəri Aqa-ye Xatəmini keçindirməkdə, etirazçılara divan tutmaqda və onları dövməkdə yaxud tutuqlamaqdadır.

Bu epizodun ümumi-görünüşü belədir ki, Höccət-ül-İslam Xatəmi bir qonaqlıqda güya bir tənz (cok) deyir. Tənzin nağılında təmsil olunmuş obrazlar (sima) heç də kəsir adamlar deyillər və bunlardan ibarətdirlər: Məhəmməd peyqəmbər, Xədicə xanım, Fatimə xanım, və Fatimənin iki oğulları Həsən və Hüseyn. Nağıla görə Məhəmməd peyqəmbər qızı Fatimənin qabağına düşüb və toy gecəsində onu ər evinə aparanda Xədicə xanım bu qeydə qalmışdı ki, bu evlilik tanrı xeyir-duasından bərələnməsinə baxmayaraq, nəvələri faciəli ölümə məruz qalacaqlar. Deməklərdən, o bu kimi sözləri zümzümə etmişdi: ay tifil bala bilirsənmi uşaqlarını nə gözləyir! Bu İlətişmədə aşağıdakı cədvəllər ilə sizi bilgiləndirmək istərdik:

Cədvəl 1:        İstehzalı tənz ilə əlaqədardır – onun linkini və olduqca dəqiq İngiliscə tərcüməsini verir.

Cədvəl 2:        Bir örnək verir – bu bir örnəkdir ki, necə Güney Azərbaycanlılar bu məsələyə yanaşmışlar və Azərbaycanlıların yanaşma tərzini səciyyələndirir; bu mətn ADAPP (İran Azərbaycanında Siyasal Məhbusları üzrə Müdafiə Komitəsi) tərəfindən buraxılmış.

Cədvəl 3:        Bir İran rəsmi qaynağın raportajının tərcüməsini verir – bu sizə bir örnək kimi sunulur ki, necə İranda yumuşaq fəndlərdən istifadə edərək irqçiliklə-mayalanmış iyrənc və istehzalı tənzlərini ehmal qondurmaq məharətləri var.

Cədvəl 4:        Qızğın gedən təpgidən icmal sunulur - Güney Azərbaycanlıların ölçülü tədbir dalğalarını göstərilir.

Cədvəl 5:        Tutuqlular siyahısı – İran yetgililəri tərəfindən tutuqluların adlarını diqqətinizə sadalayır.

Cədvəl 6:        Müraciət məktubu – bir məktub tərcüməsi verilir ki, bu epizodda məruz qalmış vicdan dustaqlarının ikisinin həyat yoldaşları tərəflərindən buraxılmışdır.

Biz başa düşürük ki, bu tənzdə tərsliyi beynəlxalq oxucu qavramaya bilər və onun həssas nüqtəsini qaçıra bilər. Bunun üçün bir açıqlama vermək istərdik. Tənzin qonusu məhz İslam Şiə fürqəsinə xassdır və heç bir irqə yaxud milliyyətə dəxli yoxdur, hələ qalsın Azərbaycana. Tənzin həssas nöqtəsi onda formalaşır ki, bir toy günündə bir gəlin öz övladı ilə bir yerdə ola bilməz; özəlliklə slam dinində kəbindən qabaq cinsi əlaqə haramdır. Üstəlik, Xədicə xanım da nəvələrinin gələcək taleindən xəbərdar ola bilməzdi. Demək nağılçı sadəcə çaşmış və çaşma da elə tənzin nüvəsidir. Bura dək təhqirli bir söz ifadə olunmamış. Nə isə İranın qabaqkı başxanı bu nağıla Azərbaycanın bir qədimi şəhərinin əhalısını calaşdırır və qonaqlıqda da birisi söz atır ki, eh o ərdəbilli dibdə Türk idi da. Bu yol ilə bir milləti düşük zəkavətə sırıtlamağa cəsarət qazanırlar. Bu hilə ümumiyyət ilə irqçilər aralarında işləkdir. Demək bu sözləri zümzümə edən sıravi vətəndaş irqçiliyi çaxnaşdırma hərəkəti ilə tanımlanarlar, lakin bir diplomat bu mövzedən çıxış edəndə, çürük müəssisələnmiş irqçilikdən pərdə açılır.

Biz bu iddiada bulunuruq ki, bu nağıl Şiəliyə xasdır. Bu xüsusda daha bir örnəyimiz var və siz bu verdiyimiz linkə müraciət edə bilərsiniz (http://www.youtube.com/watch?v=bjH1S-s2AfA&feature=related) ki, bir Fars-dilli fərd bu nağılın başqa versiyasını histerik durumda özünə tay histerik bir camaata çıxış edir. Bu filmə baxmaq ilə adam İran dövləti tərəfindən yetişdirilən dövlət-terrorçuluğunun döl yatağını görə bilmirmi? Nə isə, məhz xatadır ki, şərəfli Fars-dilli camaatı yaxud milləti bu filmdə çıxış edənlər zəkavəti ilə tay-tuş edilsin.

İranda hörgütlənmiş (müəssisələnmiş) irqçilik barədə gərəkən bəlgələri bu İlətişmədə və qabaqkılarda hüzurlarınıza sunmuşuq. Bu İlətişmədə özəlliklə yumuşaq fəndlər və ehmal qondurmaqdan söz açıb və İranda gedən islərdən bir kiçik örnəklər göstərdik, lakin onlar fəndçilcəsinə başqa fəndlərdən də istifadə edərlər, örnək üçün yayalama (yayalamaq = diffusion) yöndəmindən istifadə etmək. Misal üçün, götürək 2 İyun 2009-da IRNA tərəfindən yayımlanmış bir xəbər (http://www.irna.ir/View/FullStory/?NewsId=522267) ki, Zahidan və Təbriz “ara-qatma” ilə ilgili 31 adamın tutuqlanmasından söz açır. Sadəcə, Təbrizdəki demokratik etirazlara ara-qatma gözü ilə baxmaq olduqca heyvərə görükür və Azərbaycanda orkestrlənmiş demokratik etirazları Bəluçistanın Zahidanında gedən silahlı mübarizə ilə yayalamaq adamın lap zəhləsini tökür. Doğrudan doğruya İran yetgililəri silahlı çaqqışmaya qarşı özlərini aparmaqda olduqca ustadırlar, lakin Azərbaycan millətinin Güney Azərbaycanda demkratik hərəkəti ilə qarşılaşdıqda açıqcasına əlləri oxunur. Biz belə iddiada bulunuruq ki, İran yetgililəri deyirlər bəs ki, hiylə quraşdırmaq ilə yaxa qurtara biləcəklər və buna görə sizə müraciət edirik ki, İran dövlətinin hesabatında yayınan incəliklərə daha artıq diqqət edəsiniz.

Ümid edirik ki, biz ilə razılaşasınız ki, bu epizod İranda dövlətin mayalandırdığı sasımış irqçilik bəlgəsi idi. Bu epizodun əlbəhəl etgisi budur ki, 20 fərddən çox vicdan dustağı olmağa məruz qalmışdır ki, bunların adı Cədvəl 5-də sadalanır; bunların ikisinin həyat yoldaşları dəstək üçün məktub yazmışlar və bunun tərcüməsi Cədvəl 6-da verilir. Bu epizodun cərəyanda olan etgisi budur ki, Güney Azərbaycanda dəhşətli bir nigarançılıq ortada vardır. Artıq İran yetgililəri kürd köçərilərini Azərbaycan ərazilərinə çivələyirlər və onlara, necə deyərlər, təmiz Ariya irqindən olma hesabı ilə Azərbaycanda irqi çaxnaşdırma tumları mayalandırmaqdadırlar və bu hesabla tarixi yerlərin adlarını dəyişdirirlər. Uzun-müddət etgi də bundan ibarətdir ki, bizim ana dilimiz sıxışdırılıb və gündəlik yaşayışımızdan və eyitimimizdən çıxarırlar. Güney Azərbaycanın çevrəsinə və iqtisadiyyatına endirilən zərbələrdən hələ söz açmaq istəmirik. Yekun vuranda, bəlli olur ki, İran ölkədarlıq bərəkətinə Güney Azərbaycan etgən hakimiyyət sistemindən yoxsun olmuşdur.

Yayımlanmış istehzalı tənz olduqca orijinal görünür və qonaqlığa qatılan fərdlərin bir neçesi də etiraf etmişlər. Lakin höccət-ül-İslam Xatəmi 27 May 2009-da buraxdıgı beyaniyyədə (http://www.salaamnews.com/ShowNews.php?7541) onun qondarmalığını iddia etdi. Heç inanılmaz ki, bu qədər orijinal görünən bir filmi rəsmi araşdırma aparmadan qondarma adı qoyub və bu höjjət-ül-İslam “özünü heydər küçəsinə vursun.” Belə görünür ki, hakim qüvvələr İranda  bu ixtiyarları var: irqi çaxnaşdırmanı mayalandırma, irəli gələn etirazlardan acıqlanma, və qeyri-Fars etirazçıları tutuqlanma; ən sonda, bu ara-qatan rəsmi məqamlar nə haqda olurlar nə də minnətdə, və hətta rəsmi bir araşdırma da zehnlərindən keçməz. Artıq, 20 fərddən çox dinc etirazları ucbatından tutuqlanmış, lakin aqa-ye Xatəmi öz məsuliyyətini hələ yerinə yetirməmiş; ən azı o tutuqluların buraxılmasında bir addım belə atmamış və ölkədə hörgütlənmiş (müəssisələnmiş) irqçiliyi məhkum etməmiş. Bu alicənab özünü mədəniyyətlərin diyaloqu üzrə aparıcısı kimi səsləndirmək istəyir, lakin Azərbaycanı alçatmağa cəsarət edir.

Diqqətiniz üçün gərəkən detayları təqdim etdik. Bizim sözümüz budur ki, İran yetgililəri sürüşkən yoldadırlar lakin onu sezməyə qabiliyyətləri yoxdur. Təkcə sizin mandatlarınızdır ki, onların yadına sala bilər ki, Azərbaycan milləti öz ana yurdları Güney Azərbaycanda Əvrənsəl İnsan Haqları Bildirgəsinin bütövlüyündən bəhrələnməyə var gücləri ilə haqlıdırlar. Sizə müraciət edirik ki, İranda müəssisələnmiş irqçiliyə qarşı təmsilçilik edəsiniz. Qayğınız üçün qabaqcadan minnətdarıq.

 Hörmət ilə

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net