Güney Azerbaycan Problemi

Say: 514/2009

Tarix: 31 May  2009

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın:

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü           Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə     İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Dear sir/madam,

GENƏL İLƏTİŞMƏ:  İRAN YETGİLİLƏRİN GÜNEY AZƏRBAYCANLILARIN İNSAN HAQLARINI POZMAQDA ALTI AYLIQ GERİYƏ UZANAN HADİSƏLƏRİN KÖTÜYÜ

Sunduğumuz son İlətişmədən bəri (Say: 512/2008, İlaygün: 23 Dekabr 2008), hüzurlarınıza yalnız bir İlətişmə təqdim etmişik (Say: 513/2008, İlaygün: 13 Mart 2008). İlk növbədə, özümüz qəbul edirik ki, bunlardakı tək-tük bilgilər İran yetgililəri tərəfindən Güney Azərbaycana qarşı insan haqlarını tapdama qəzov-qədərərinə yetərincə bilgi deyil. İmkanatımızın az olduğuna görə verilməli hesabatın altı aylıq kötüyü belədir:

  1. Məruz qalan Güney Azərbaycan çalışanlarının haqqında İlətişmələr: bu fərdlərin insan haqlarının tapdanmasına qarşı İlətişmə suna bilmədiyimiz üçün, yerində Cədvəl 1 ilkin bilgi olsa da hüzurlarınıza təqdim olunur.
  2. Qabaqkı İlətişmələr üçün Son-durum: baxmayaraq ki, Güney Azərbaycanlı vicdan dustaqlarının bəziləri buraxılmışlar, azadlıqda ikən də onların insan haqları vaxt-aşırı tapdanmaqda. Misal üçün, cənab Abbas Leysanlın iş-yerinin adını Çənli Bel-dən dəyişdirtmə tələbi ilə İran yetgililəri tərəfindən dönə-dönə basqılara məruz qalmış.
  3. Cərəyandakı İran başxanlıq seçgi kampaniyalarının Güney Azərbaycanda calatdığı cəhətlər: bu il İrandakı başxanlıq seçgilərində bir qəribə durum ortaya çıxdı. Bu da odur ki, İran yetgililəri başlarını irqçilik qınlarına dürtüb və irqçi siyasətlərini yürüdərək, Güney Azərbaycan Milli Hərəkəti bu dəfə samballı bir qüvvə olaraq çıxış etməkdədir. Bu dönə-seçgilərdə başqa boyutlar belədir: (i) adayların birisi, yəni Dr əkbər ələmi, İran Milli Məclisinin qabaqkı Təbriz Təmsilçisi, özünü aday elan etdi bir halda ki, o özünü İran milliyətli Azərbaycan köklü bilir. (ii) Dr ələmi şəxsiyyəti toxunulmazlığı ilə adlımdır və bu da İran siyasətçiləri üçün bir təbərrükdür (nadir tapıntı) və eləcə də bu özəllik onun mövqeyini zəiflətdi. (iii) İstər-istəməz bu özəllik ilə Dr ələmi hakim hizbüllah milis sistemində müəmmalı bir sima kimi görükürdü. (iv) Dr ələmi bir tərəfdən İran ölkədarlıq sistemini tənqid etdi, bir tərəfdən də Azərbaycana söykəndi və o biri tərəfdən də İran əgəmənliyini özü ilə sürütlədi. Buna baxmayaraq, Azərbaycan milli hərəkətindən ona dəstək qrupları da ortaya çıxdı, lakin İran Seçgi Məqamları onaylama nəticələrini təkmənalı elam etməkdən yayındılar (imtina etdiler) və Dr ələminin adaylığını asılqan etmək ilə onun insan haqlarını pozdular. Bu xüsusda sizə bir İlətişmə sunacağıq.
  4. İranın Qabaqkı başxanı aqa-ye Xatəmi Azərbaycan milli toxunulmazlığına təhqir sırıtlaması: İran yetgililəri Azərbaycan millətinin toxunulmazlığına təhqir sırıtlamaq ilə yinə də xırtlağa dək batlağa cummaqda, sanki May 2006 epizoddan heç bir dərs almamışlar. Bu yeni qalmaqal epizodun yaradanı İran İslam Respublikasının qabaqkı başxanı aqa-ye Xatəmidir. O heç bir dövlət işgüzarına yaxışmayan yaramaz sözləri dilə gətirməyə cəsarət etmiş, özü də üzdən iraq beynəlxalq səviyyədə mədəniyyətlər diyaloqu aparmaq iddialarında bulunan bir adamcığaz. Olsun ki, o filmi danmaqda yuxa naziklikdə bəyaniyyə buraxsın, lakin o həqiqəti qavraya bilmir və xüsusda bir İlətişmə hazırlamaqdayıq ki, Güney Azərbaycanın qəzəbini və etiraz məharətini göstərir.

Ümid edirik ki, cərəyanda olan olayları gözünüz önündə canlandıra bildik və bir sözlə İran yetgililərin tək-cığaz “ariya” irqi üstünlüyü adı ilə yürütdükləri siyasəti bir daha sizə göstərə bildik. Bu bilgiləndirmə ilə Güney Azərbaycanın müqəddəratı ilə sizi tanış etmək və dəstəyinizi səfərbər etmək niyyətindəyik. Qabaqcadan qayğınız üçün minnətdarıq.

Hörmət ilə

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net