Güney Azerbaycan Problemi

Say : 512/2008

Tarix: 23 Dec. 2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni aşağıdakı qruplara yetirin:

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

 

Üzü         Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə:    İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

 

Hüseyn Hüseyni

Sayın cənablar

İLƏTİŞMƏ 1:  HÜSEYN HÜSEYNİ BƏYİN İNSAN HAQLARININ QORUNMASI

Hüseyni bəyin insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, o İran yetgililəri tərəfindən öz-xoşuna təqiblərə məruz qalmışdır. Onun haqqında detaylar Cədvəl 1 dərlənmiş.

Hüseyni bəy güney Azərbaycanın Sulduz şəhərində batı Azərbaycan vilayətindəndir və öz-xoşuna olaraq İran yetgililəri tərəfindən sərbəstlikdən yoxsun edilmiş. O Settar Xan İldönümü törənində iştirak edərkən yaxalanmış, bir halda ki, orada iştirak onun təbii insan haqqıdır və bu baxımdan da anım törəni İranın qanunlarına uzlaşmışdı. O indi Tehranın Evin həbsxanasında saxlanır. Hüseyni bəy qabaqlarda da tutuqluluğa məruz qalmışdı, lakin imkansızlıqdan ona ilətişmə dosyesi hazırlaya bilmədik.

Təkid etmək istəyirik ki, bu İlətişmənin tərtibində biz Hüseyni bəy yaxud onun ailəsi ilə əlaqə qurmamışıq. Bu məsuliyyəti biz öz boynumuza almaq ilə Hüseyni bəyin boynundan məsuliyyəti götürmək istəyirik.

Hüseyni bəy vəkil vasitəsi ilə müdafiə olunmaqdan yoxsun edilmiş və eləcə də İran yetgililəri onun ailə üzvlərinə hərbə-qadağan kəsirlər ki, dövlətməqamlarına müraciət etməkdən vaz keçsinlər. Buna görə biz sizə müraciət edir kiç onun insan haqlarını dirçeltmək üçün gərəkən kampaniya aparasınız.

Qayğınız üçün qabaqcadan minnətdarıq.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net