Güney Azerbaycan Problemi

Say : 511/2008

Tarix: 23 Dec. 2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

                Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü         Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə:    İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

 

Abdulla Abbasi Cavan

Sayın cənablar

İLƏTİŞMƏ 1:    CƏNAB ABBASİ CAVANIN İNSAN HAQLARINI QORUNMASI UĞRUNDA KAMPANİYA

Cənab Abdulla Abbasi Cavanın insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, o Güney Azərbaycanlı akademik və görkəmli insan haqları müdafiəçisidir lakin İran yetgililəri tərəfindən öz-xoşuna təqiblərə məruz qalmışdır. Diqqətinizə sunulan bəlgələr bunlardır:

Cədvəl 1: İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinin diqqətinə çatdırmalı istənilən İlətişmə forması.

Cədvəl 2:  Bu cənaba tutulmuş divanın geri-yönlü çağınsırası (reverse chronology).

Cənab Abbasi Cavan güney Azərbaycanın Sulduz şəhərində Batı Azərbaycan vilayətindəndir və öz-xoşuna olaraq İran yetgililəri tərəfindən sərbəstlikdən yoxsun edilmiş. O Tehranda yaşayır və orada universitet doçentidir. Settar Xan İldönümü törənində yaxalanmış, bir halda ki, orada iştirak onun təbii insan haqqıdır və bu baxımdan da anım törəni İranın qanunlarına uzlaşmışdı. Abbasi bəy qabaqlarda da tutuqluluğa məruz qalmışdı, lakin imkansızlıqdan ona ilətişmə dosyesi hazırlaya bilmədik.

Təkid etmək istəyirik ki, bu İlətişmənin tərtibində biz Abbasi bəy yaxud onun ailəsi ilə əlaqə qurmamışıq. Bu məsuliyyəti biz öz boynumuza almaq ilə Abbasi bəyin boynundan məsuliyyəti götürmək istəyirik.

Abbasi bəyə qarşı Evin həbsxanasında qəddarlıqla davranılır və bu baxımdan o öz insan haqlarını qorumaq üçün gümanı yalnız aclıq aksiyası aparmağa gəlib. Onun ailə üzvləri də hər bir vasitəyə baş-vurmuşlar lakin əlləri heç bir konkret çarəyə toxtamamış. Bizim indi Ümidimiz yalnız sizə qalmış və bizcə onun insan haqlarını qorumaq üçün yalnız sizin mandatlarınız yarayar.

 Qayğınız üçün qabaqcadan minnətdarıq.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net