Say : 509/ 2008

Tarix :  17.11. 2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə

Lütfən bu məktubu bu qruplara çatdırasınız: və (ii). Eləcə də bu qruplara da dəxli var:

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü         Dyke bəy,  və Xanım Harrison, Amnesty International, London

Habelə     İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

                                                                                                                                                    

 

Cənab Qulamrza Əmani

Sayın cənablar

GENƏL İLƏTİŞMƏ 4:   GÜNEY AZƏRBAYCAN FƏALLARINI ARADAN QALDIRMAQ ÜÇÜN TEATR-VARI MAŞIN TƏSADFLƏRİ QURĞUSU

Genəl İlətişmə 4-ü hüzurlarınıza sunuruq ki, İran yetgililəri tərəfindən Güney Azərbaycan fəallarının canlarına qarşı şübhəli maşın təsadüfü yolu ilə yeni bir qada tələsi qurması barədə sizi bilgiləndirir. Bu ilətişmənin diqqət mərkəzi cənab Əmani və onun iki qardaşına qarşı teartr-varı maşın təsadüfü idi ki, onların can itgilərinə səbəb oldu. Cənab Əmani Güney Azərbaycanının milli hərəkətinin görkəmli başçılarından idi. Bu ilətişmənin fakt-özəyi Cədvəl 1-dir və bu da xanım Şəhnaz Qulaminin tərəfindən yazılmış bir bülletenin tərcüməsir. Bu xanım Güney Azərbaycanının bir qadın fəalıdır və 9 Noyabr 2008-dən bəri İran yetgililəri tərəfindən öz sərbəstlik haqqından yoxsun edilərək bir vicdan dustağıdır.

Xanım Qulaminin buraxdığı bülletendən çıxacaq nüktələr bunlardır:

  • Teatr-varı maşın təsadüflərinə gedən Güney Azərbaycanlı qurbanlarının icmalı;
  • Cənab Əmaninin can itgisinə gətirib çıxardan maşın təsadüfü barədə yığcam olaylar bunlardır: 25 Oktobr 2008 bir yük maşını (yelinka) arxadan onun şəxsi minik maşınını altına alır (yük maşını İran Qoruqçu Dəstələrinə - Sepah-e-Pasdaran – mənsubdur); onu həmən Təbrizdə bir xəstəxanaya götürürlər; təhlükəsizlik məmurları iznsiz əməliyyat otağına girmişlər; qabaqlarda dəfələrlə və bir neçə gün qabaq da o hədələnmiş idi; təsadüf ilə əlaqədar rəsmi xəbər bülleteni onun adını vermədən sankı qabaqcadan hazırlanmış idi.

Xanım Qulaminin buraxdığı bülleten bir jurnalist raportunu aşmış, belə ki o bacarıq ilə cərəyandakı olaydan bir tablo da çizə bilmiş. Burada Güney Azərbaycanın milli hərəkətini susdursun diyə İranın “qorxunc qara qüvvələri”nin yürütdükləri sui-qəsd layihəsini göstərilir. O bir aydın təsəvvür yarada bilir ki, sizin diqqətinizə çatdırmaq istərdik.

İran irqçilik siyasətinin Güney Azərbaycana qarşı aşırı cəhətlərini günəvlicə bəlgələşdirmək üçün bizim Qeyri-Hökumət Qurumuzun sunduğu ilətişmələr qaynaqlardan biridir. Bunlar göstərir ki,

  • Fəallar sərbəstliklərindən öz-xoşuna yoxsun edilirlər;
  • Kəsilən öz-xoşuna hökmlər dustaqlamalara qamçılama və cərmə də əlavə olunur;
  • Qadaqda saxlama üçün hökmlərin bəziləri asılqan edilir; və
  • İranın milis qüvvələri tərəfindən qıyılmış qanun-ötəsi qətllərdən bir az əks etdirmişik.

Güney Azərbaycanın milli hərəkətinin başlıca səciyyəsi bunlardır: Əvrənsəl İnsan Haqları Bildirgəsi meyarlarına uzlaşmaq, zorakılığı rədd etmək, beynəlxalq hüquq məyarlarına boyun əymək və hələ İran qanunvericiliyi tərəfindən cərəyandakı qanunları rüayət etmək. İran yetgililərinin Güney Azərbaycanın fəallarına kəsdiyi elə bir hökm yoxdur ki, beynəlxalq məhkəmədə etibar daşıya bilsin və bu faktı Amnəsty İnternational dönə-dönə altını çizmiş. Və indi də biz teatr-varı maşın təsadüfü təhlükəsi ilə raşlaşaraq xanım Qulaminin buraxdığı raportajı qat-ba-qat açmaq istərdik.

Bu raport bərəkətinə, gəlin bir Güney Azərbaycanlı fəalını göz qabağına alaq: Əvrənsəl İnsan Haqları Bildirgəsi onun zehninə hopmuş və o fərd və vətəndaş haqları anlayışını dərindən bilir. Arxa-planda İran yetgililərinin yürüdüyü din-şovinizm qurğusudur ki, bunun əsasi əsatirə dayanan Fars-şovinizmi təndirində yapılmış bir tarixdir. Bunun vasitəsi ilə orta əsrlərə aid olan bir fikir dünyasının yenidən canlanmasıdır ki, burada Əvrənsəl İnsan Haqları Bildirgəsinə zidd olan xeyir-şərr təfəkkürüdür. İran yetgililərinin ortaya çıxaratdığı “qarşılıqlı dışla” (mutual exclusion) mədəniyyətinə uzlaşanlar xeyir və uzlaşmayanlar şərr göstərilmələrinə baxmayaraq, tipik hər bir Güney Azərbaycanlı fəalı bu İran mədəniyyətinə boyun əyməzliyini sabit edir.

Bizə aydındır ki, bu qısa ilətişmədə yuxarıdakı tablonu əsaslandırmaq mümkün deyildir, lakin inanırıq ki, açıqlama qabiliyyətli bir ssenari ortadadır ki, burada (i) Güney Azərbaycanlılar öz haqlarını sağlamaq üçün boyun əyməzlyini sabit edir, lakin (ii) Güney Azərbaycanda Azərbaycan millətinə və qeri-Fars millətlərinə qarşı İran yetgililəri inad ilə irqçilik siyasəti yürütmələri bəllənir.

Bir tipik Güney Azərbaycanlı fəalı bəlki dəfələrlə tutuqlanmış; özünün və sevdiklərinin canları fəaliyyətlərin kəsilməməsi qarşısında hədələnmiş; iş yerlərində azarlanmış, iş-güvənliyi sarsılmış və bəzilər də işlərindən qovulmuş; və indi də teatr-varı maşın təsadüfü tələsi yeni bir təhlükəsi kimi ortaya çıxmaqdadır.

İran yetgililəri öz izlərini ört-basdırma kələyində və fırıq yırtıcılarını qanadları altına qorumaqda olsa da, insan haqlarını tapdama sərhədlərini ört-basdır edə bilmir və oradakı çatlaqlardan iyrənc simaları aşkara çıxmışdır. Bizim sunduğumuz ilətişmələri əldə olan bəlgələrdən bir hissəcikdir. Sizin İran yetgililəri ilə ortanızda olan gedişat məhrəmanə olduğuna görə bu bizə qanıq vermir və buna görə cənab Əmani dosyesi ilə əlaqədar, bu dəfə İran yetgililərini beynəlxalq tribuna çekdirmək istəyirik. Niyyətimizə baxmayaraq, bizə əlverişli seçənəkləri təəssüflə çox azdır.

Məhz buna görə bir tipik Güney Azərbaycanlı fəalının qarşılaşdığı basqı ssenarisini diqqətinizə çatdırdıq. Bu hesab ilə sizdən bir sualımız var: cənab Əmaninin ailəsi uğrunda ədalətin dirçelişi üçün siz nə edə bilərsiiniz? Sizə təklif edə bilərik mi ki, cənab Əmaninin məruz qaldığı teatr-varı maşın təsadüfünü hüquqi baxımdan yoxlamaq üçün xanım Qulaminin təklif etdiyi “doğruluğu-axtarma” komitəsinin qurulmasını dəstəkləyəsiniz və bunu siz cərəyana salasınız?

Qabaqcadan qayğınız üçün minnətdarlaığımızı bildiririk.

Hörmətlə

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net