Güney Azerbaycan Problemi

Say : 508/2008

İlaygün: 19 Sempt  2008

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

 

Lütfən bu ilətişməni Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa çatdırın; habelə aşağıdakı qruplara da dəxli var:

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

 

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Cənab Əlirza Sərrafi

 

Sayın cənablar

İLƏTİŞMƏ 1: CƏNAB SƏRRAFİNİN İNSAN HAQLARINI DİRÇƏLTMƏK ÜÇÜN KAMPANIYA

Cənab Əlirza Sərrafinin insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, bu Güney Azərbaycanlı jurnalist və çalışan İran yetkililəri tərəfindən öz sərbəstlik haqqından yoxsun edilmişdir. Sunulanlar belədir:

 

Cədvəl 1     Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupun diqqətinə çatdırmaq üçün doğrulanmış bilgilər üzrə hazırlanmış İlətişmə Forması;

Cədvəl 2     Sərrafigilin evinin İran yetgililəri tərəfindən hücuma məruz qalması barədə ASMƏK-in hazırladığı raportun tərcüməsi;

Cədvəl 3     Cənab Sərrafinin özkeçmişinin (tərcümə-hal) İngiliscə tərcüməsi sunulur ki, bu yorulmadan yaradan insanın İran yetgililərinin Güney Azərbaycanlılara qarşı törədən əngəllərə baxmayaraq çaldığı qələbələrə bir pəncərə açır;

Cədvəl 4     Cənab Sərrafi və əməkdaşlarının tərəfindən Beynəlxalq Ana Dili Günü haqqında dərlənmiş bəyaniyyənin yenidən köçürülməsini sunur (bax raportumuz Say: 444/2007, İlaygün: 20 Fevral 2007).

Cənab Sərrafi samballı bir bilgin, Güney Azərbaycan milli hərəkəti üzrə bir qocaman, Azərbaycanın ana dilini uğrunda yüksəlmiş önçü olsa da, o bugün İran yetgililərinin öz-xoşuna hərəkətlərinə muzdur; və iş ora gəlib çatıb ki, Evin həbsxanası adlanan bir qoxunc İran qazamatında o vicdan dustağı kimi bulunmaqdadır. Bu bilgin bir yorulmaq bilməz bir də qanun pozmaq, bu isə o niyə qazamatda? Bizcə ona indi yürüdülən qəzov-qədərin səbəbi İran yetgililərinin məmurlarına verdikəri qorxunc izndən aşkara çıxartmaq olar ki, Cədvəl 2-yə əsasən belə qeydə alınır:

Pan-Türkçülər və mənliklərinə hayan olanlar ilə qarşılaşmaq üçün gərəkən izin verilir ki, evlərinə girilsin, yaxalansınlar və fiziksəl əngəl ortadan qaldırılsın.”

Daha bizim deyəcəyim bir zad yoxdur, axı İran yetgililəri bu verilən hökm vasitə ilə zatlarını aşkara çıxartmışlar. Cənab Sərrafi 19 nəfərdən birisi idi ki, 10 Septambrda Rəməzan üzrə gələnəksəl bir yığva-da iştirak edəndə qəfildən yaxalanıblar. Bu niyyətdəyik ki, olay barədə sizə bir yetkin raport hazırlayaq, və arxa-planda gedən 21 Septambrda akademik ilin başlamasında yad Fars dilində eyitimə qarşı dirçələn etirazları yatırtma üçün qəddar hərəkətləri sizə tanıtdıraq.

Vurğulamaq istəyirik ki, bu İlətişməni dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Sərrafigil və yaxud onların təmsilçiləri ilə heç məşvərət etməmişik.

Cənab Sərrafi Güney Azərbaycanlı çalışanlarından birisidir ki, indiki basqı dalğasına məruzdur. Onun insan haqlarının yenidən dirçəldilməsi yalnız sizin kampaniyanız ilə sağlana bilər.

Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net