Güney Azerbaycan Problemi

Say : 506/2008

Tarix: 20 Avqust  2008

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Lütfən bu ilətişməni Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa çatdırın; habelə aşağıdakı qruplara da dəxli var:

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Əlirza Mətinpur bəy

Sayın cənablar

İLƏTİŞMƏ 2: ƏLİRZA MƏTİNPUR BƏYƏ QARŞI ÖZ-XOŞUNA MƏHKƏMƏ HÖKMÜ

Əlirza Mətinpur bəyin insan haqlarını qorumaq üçün Son Durum 2-ni hüzurlarınıza sunuruq ki, İlətişmə 1 (Say: 468/2007; Tarix: 11 Noyabr 2007) və Son Durum 1 (Say: 481/2008; Tarix: 22 Yanvar 2008) üzərlərinə əlavədir. O Güney Azərbaycanın milli hərəkətinin fəallarındandırlar, ki İran yetkililəri tərəfindən yaxalanandan sonra ona işgəncə qıyılmış; və sərbəstliyindən öz-xoşuna yoxsun edilmişdi.

Əlirza Mətinpur bəy 2007-də Güney Azərbaycanın mədəni mənliyini uğrunda apardığı kampaniyalar üçün iki dəfə İran yetkililəri tərəfindən tutuqlanmış idi, lakin ikinci dəfə, 28 Avqust 2007-də, onun tutuqlanmasının tutalğası (bahana) qardaşı Səid Mətinpur imiş ki, İran yetkililəri bunu təzyiq etmək ilə qardaşından etmədiyi suçlamalara etiraf almaq diyə istəyirmişdilər. Aşağıdakı olaylar ilə son yazılaşmadan bəri indiyə dək sizi gedən cərəyanlar ilə yığcam olaraq tanış etmək istəyirik:

  • 27 Fevral 2008: 100 milyon Tümən zəmanət qarşılığında sərbəst buraxıldı;
  • 11 May 2008: Tehranın Şöbə 115, İnqilab Məhkəməsində qapalı olaraq mühakimə olundu.
  • 10 İyun 2008: kəsilən hökm buraxıldı ki, buna əsasən “İslam Respublikasına qarşı təbliğat aparmaq” suçlanmasına görə ona bir illik həbs hökmü kəsildi (http://haqqimiz1.blogfa.com/post-22.aspx). Bu suçlamanı biz birinci dəfə olaraq öyrəndik. Baxmayaraq ki, hökm beş illik üçün asılğan olmuş, lakin bu hökm əməldə onu qadaqda saxlamaq üçün layihələnmiş kimi göründü.

Öhdənizdə olan mandatlar İran yetkililərinin salışdırmaq (qızışdırmaq və yürütmək) istədikləri qadaqda saxlamaq düzəninə qarşı təkcə qalan vasitələrdirlər. Bu düzən indicə Mətinpur bəyə və genəllik ilə Güney Azərbaycanın çalışanlarına qarşı yürüdülür. Diqqətinizi Mətinpur bəyin dosyesinə tuşlamaq üçün sizə müraciət edirik ki, kampaniyanız ilə İran yetkililərinin planlarının bednamlığı aşkara çıxsın.

Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net