Güney Azerbaycan Problemi

Say : 504/2008

Tarix : 11 August  2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·  Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·  Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

·  Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·  Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

·  Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

 

İlqar Mərəndli bəy

Sayın cənablar

SON DURUM 1: MƏRƏNDLİ BƏYƏ QARŞI KƏSİLMİŞ ÖZ-XOŞUNA HÖKM

İlqar Mərəndlı bəyin insan haqlarını qorumaq üçün bu Son Durum 1-i hüzurlarınıza sunuruq ki, İlətişmə 1-ə (Say: 471/2007; Tarix 9 Dekabr 2007) əlavədir. O Güney Azərbaycanın bir görkəmli insan haqlarını savunandır və İran yetgililəri tərəfindən qısğıya məruz qalmışdır.

Mərəndli bəy suçlanmadan 31 Oxtobr 2007 tutuqlandı, lakin bunu qeyd etmək lazımdır ki, o Güney Azərbaycanın görkəmli insan haqlarının savunanıdır və geniş ölçüdə yazıçıdır. Onun buraxılışı 19 Dekabr 2007-də olsa da, 80 milyon Tümən qarşılığında idi. Ona tutulan divan 11 May 2008-də bir qapalı məhkəmədə idi ki, bu da Tehranda İnqilab Məhkəməsinin Şö’bə 115-də idi. Məhkəmə tərəfindən kəsilən hökmün nəticəsi Cədvəl 1-də və eləcə də haqqımız-da (http://haqqimiz1.blogfa.com/post-22.aspx) dərc edilibdir. Hökm bundan ibarət idi: “İslam respublikasına qarşı təbliğat aparmaq” və bunun üçün bir illik həbs kəsildi ki, beş illik asılğan oldu və bu hökm anlaşılmayan suç qarşısında onu qadaqlamaq durumuna gətirib çatdırır.

Vurğulamaq istəyirik ki, bu Son Durumu dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Mərəndli-gil və yaxud onların təmsilçiləri ilə heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə Mərəndli-gildən məsuliyyəti götürək və İran yetgililərinə basqı-hədə bahanası saxlamayaq.

 Sizin qayğılı diqqətinizi bu dosyeyə tuşlamağa müraciət edirik və ümid edirik ki, İran yetgililərinin Güney Azərbaycanlı çalışanlarını qadaqda saxlama nizamına qarşı kampaniya aparasınız. Üstəlik, ümid edirik ki, İran yetgililərinə qarşı Güney Azərbaycanlıların insan və milli haqlarını tapdamaqlarına qarşı etiraz edəsiniz. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net