Güney Azerbaycan Problemi

Say : 503/2008

Tarix : 10 August  2008

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·  Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·  Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

·  Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·  Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

·  Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

 

Saleh Kamrani bəy

Sayın cənablar

SON DURUM 5: KAMRANİ BƏYƏ QARŞI KƏSİLMİŞ ÖZ-XOŞUNA HÖKM

Saleh Kamrani bəyin insan haqlarını qorumaq üçün bu Son-durum 5-i hüzurlarınıza sunuruq ki, Son Durum 4-ə (Say: 419/2006; Tarix 4 Dekabr 2008) əlavədir. O Güney Azərbaycanın bir görkəmli insan haqları üzrə vəkildir və İran yetgililəri tərəfindən qısğıya məruz qalmışdır. Diqqətinizə sunulan bəlgələr bunlardır:

Cədvəl 1: İran yetgililəri ona qarşı öz-xoşuna davranmalarının çağın-sırasını (xroloji) sunur; və

Cədvəl 2:    Sizə göndərdiyimiz yazılaşmaların kötüklərini sunur.

Cədvəl 1-də dərc olunduğu kimi, İran yetgililəri Kamrani bəyə qarşı iki məhkəmə yürütmə sui-qəsdində bulunur. Lakin bunların eyni olub olmaması barədə heç bir bilgimiz yoxdur və ola bilər ki, İran yetgililəri iki dosye yürütmə xəyalındadır. Dosye 1-ə (yaxalanma tarixi: 14 İyun 2006 və buraxılma tarixi: 18 Septambr 2006) görə Cədvəl 2 bizim kampaniyamızın kötüklərini göstərir ki, və bizim bildiyimizə görə İran yetgililəri Kamrani bəyin istinafına cavab vermədi.

İran yetgililərinin Kamrani bəyə qarşı yürütdüyü Dosye 2-inin özəllikləri bunlardır:

  • Yaxalanma tarixi: 18 Avqust 2007; buraxılma tarixi: 22 Dekabr 2007; ki, 150 milyon Tümən zəmanət qarşılığında buraxıldı.
  • O qapalı məhkəmədə 11 May 2008 mühakimə oldu və 10 İyun 2008-də ona qarşı hökm kəsildi (http://haqqimiz1.blogfa.com/post-22.aspx).
  • Hökm bundan ibarət idi: “İslam respublikasına qarşı təbliğat aparmaq” və bunun üçün bir illik həbs kəsildi ki, beş illik asılğan oldu və bu vasitə ilə onu qadaqlamaq durumuna gətirib çatdırdı.

Vurğulamaq istəyirik ki, bu İlətişməni dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Kamrani-gil və yaxud onların təmsilçiləri ilə məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə Kamrani ailəsindən məsuliyyəti götürək və İran yetgililərinə basqı-hədə bahanası saxlamayaq.

Sizin qayğılı diqqətinizi bu dosyeyə tuşlamağa müraciət edirik və ümid edirik ki, İran yetgililərinin Güney Azərbaycanlı çalışanlarını qadaqda saxlama nizamına qarşı kampaniya aparasınız. Üstəlik, ümid edirik ki, İran yetgililərinə qarşı Güney Azərbaycanlıların insan və milli haqlarını tapdamaqlarına qarşı etiraz edəsiniz. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net