Güney Azerbaycan Problemi

Say : 502/2008

Tarix : 10 August  2008

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·  Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·  Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

·  Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·  Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

·  Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

 Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

 

Səid Mətinpur bəy

Sayın cənablar

SON-DURUM 5: MƏTİNPUR BƏYƏ QARŞI KƏSİLMİŞ ÖZ-XOŞUNA HÖKM

Səid Mətinpur bəyin insan haqlarını qorumaq üçün bu Son-durum 5-i hüzurlarınıza sunuruq ki, İlətişmə 2-yə (Say: 458/2007; Tarix 22 İyul 2007) və Son-durum 4-ə (Say: 480/2008; Tarix 21 Yanvar 2008) əlavədir. O Güney Azərbaycanın bir görkəmli insan haqlarını savunandır və İran yetgililəri tərəfindən qısğıya (təqib) məruz qalmısdır. Diqqətinizə sunulan bəlgələr bunlardır:

Cədvəl 1: İran yetgililəri ona qarşı öz-xoşuna davranmalarının çağın-sırasını (xroloji) sunur, ki o 27 Fevral 2008-də 279 gün tutuqluğa və işgəncəyə məruz qalandan sonra buraxıldı;

Cədvəl 2: Mətinpur bəyin buraxılışından sonra az-və-öz dahicəsinə kampaniyaçılardan təşəkkür müraciətinin tərcüməsini sunur ki, onun xitabı siz alicənablara da şamildir.

Cədvəl 3: Sınırsız Raporterlərin mətnini surur ki,10 İyun 2008-də ona qarşı kəsilən öz-xoşuna hökmün nəticəsini yayımlayır (Suç 1: xaricəlilər ilə əlaqəyə girişmək, ki bunun üçün 7 il həbs hökmü; və Suç 2: İslam respublikasına qarşı təbliğat aparmaq, ki bunun üçün bir illik həbs). Ona qarşı suçlandırma heç vaxt yayımlanmamışdı və bunlar birinci dəfə olaraq aşkara çıxdı. Bizim ağlımız Suç 1-i ki heç qavraya bilmədi, bəlki siz bacara bildiniz! Amnesty İnternational ardıcıl bu faktı iləri sürmüş ki, bu suçlar beynəlxalq məhkəmədə keçerli deyil.

Cədvəl 4: Sizə göndərdiyimiz ilətişmə və son-durumların kötukləri

Sizə yazmalılarımızın kötüyünün çox geriyə uzanması üçün bu haqda Son-durumu vaxtlı ikən təəssüflə yaza bilmədik. Bu çatışmazlığın əvəzini çıxmaq üçün Səid Mətinpur bəyin dosyesi ilə başlayırıq. Vurğulamaq istəyirik ki, bu İlətişməni dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Mətinpur-gil və yaxud onların təmsilçiləri ilə heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə Mətinpur ailəsindən məsuliyyəti götürmüş olaq və İran yetgililərinə basqı-hədə bahanası saxlamayaq.

Sizin qayğılı diqqətinizi bu dosyeyə tuşlamağa müraciət edirik və ümid edirik ki, mandatlarınızı işə salıb və İran yetgililərinin Güney Azərbaycanlı çalışanlarının qadaqda saxlamalarını pozasınız. Üstəlik, ümid edirik ki, İran yetgililərinə qarşı Güney Azərbaycanlıların insan və milli haqlarını tapdamaqlarına qarşı etiraz edəsiniz. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net