Güney Azerbaycan Problemi

Say : 501/2008

Tarix : 9 Avqust  2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Lütfən bu ilətişməni Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü  Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

 

Sayın cənablar

İLƏTİŞMƏ 1: SƏCCAD RADMEHR BƏYİN DOSYESİ

Səccad Radmehr bəyin insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, o mexanika mühəndisliyi üzrə masterlik oxuyan bir Güney Azərbaycanlı öyrənçidir və İran yetgililəri tərəfindən sərbəstliyindən yoxsun edilmiş. Diqqətinizə sunulan bəlgələr bunlardır:

Cədvəl 1: Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupun diqqətinə çatdırmaq üçün istənilən İlətişmə forması;

Cədvəl 2: “Front Line” tərəfindən Radmehr bəyin və başqalarının uğrunda aparılan kampaniyanın mətni.

Radmehr bəy 17 İyul 2008-də yaxalanıb və ondan bəri İran təhlükəsizlik məmurları tərəfindən məxfi saxlanır. Üstəlik, onun ailəsi anlaşılası, sükut etməyə hədələniblər. Bu boş bir iddia deyil və sunduğumuz bəlgələr bu doğrultuda qalanır və bunu göstərir ki, İran yetgililəri Güney Azərbaycan çalışanlarını qadaqda saxlamaq istəyirlər.

Vurğulamaq istəyirik ki, bu İlətişməni dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Radmehr-gil və yaxud onların təmsilçiləri ilə heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə Radmehr ailəsindən məsuliyyət götürmüş olaq və onları basqıya məruz etməyə İran yetgililərinə bahana qalmasın.

Radmehr bəy Güney Azərbaycanın öyrənçi/akademik qüvvələrindən məhz birisidir ki, indi gedən basqıya məruz qalmışdır. Onun insan haqlarının dirçəldilməsi yalnız sizin kampaniyanız ilə sağlana bilər. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net