Güney Azerbaycan Problemi

Say : 500/ 2008

İlaygün : 6 August  2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Lütfən bu ilətişməni Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü  Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

                                    

 

Sayın cənablar

İLƏTİŞMƏ 1: VƏDUD ƏSƏDİ BƏYN İNSAN HAQLARINI DİRÇƏLTMƏK ÜÇÜN KAMPANİYA

Vədud Əsədi bəyin insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, İran yetgililəri tərəfindən o öz sərbəstliyindən yoxsun edilmişdir. Əsədi bəy geoloji üzrə Güney azərbaycanlı bir öyrənçidir və onun uğrunda diqqətinizə sunulan bəlgələr bunlardır:

 Cədvəl 1: Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupun diqqətinə çatdırmaq üçün istənilən İlətişmə forması;

Cədvəl 2: Əsədi bəyin həyat yoldaşı və bacısı tərəfindən Azadlıq radiyosuna verilən müsabənin mətni.

İran yetgililərinin Əsədi bəyə qarşı öz-xoşuna davranmalarının başlıca cəhətləri bunlardır:

  • Bugünə dək, ona təqsirləndirmə elan olmamış, ona qarşı ittiham yox; o vəkil vasitəsi ilə müdafiə olunma haqqından yoxsun olumuş; və ailəsinin onun harada olduğundan soraqları yoxdur.
  • Yaxalanma tarixi, 22 İyul 2008-dən iki həftə sonra Tehrandakı qorxunc Evin həbsxanasına köçürülmüş və buda bir güvənli qaynaq tərəfindən doğrulanmışdır;
  • Onun sağlamlığından nigaran olaraq, qeyd edə bilərik ki, İran yetgililəri tərəfindən o qabaqlar işgəncəyə məruz olmuşdu və May 2006 Kütlə Etirazlarında iştirak etdiyi üçün Təbriz və Ərdəbildə təqsirlənmədən belə 3 ay tutuqlanmışdı;
  • Ərdəbildə universiteti öyrənçisi olar ikən, o islami öyrənçilər dərnəyinin sədri idi və Səhər dərgisini buraxardı ki, bu dərgi də basqıya məruz olub dayandırıldı.

Vurğulamaq istəyirik ki, bu İlətişməni dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Əsədi-gil və yaxud onların təmsilçiləri ilə heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə Əsədi ailəsindən məsuliyyət götürmüş olaq və onları basqıya məruz etməyə İran yetgililərinə bahana qalmasın.

Əsədi bəy Güney Azərbaycanın öyrənçi/akademik qüvvələrindən məhz birisidir ki, indi gedən basqıya məruz qalmışdır. Onun insan haqlarının dirçəldilməsi yalnız sizin kampaniyanız ilə sağlana bilər. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net