Güney Azerbaycan Problemı

Say : 499/2008

Tarix : 5 August  2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

      Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·       Sağlamlıq Haqqı üzrə Özəl Raporter

·       Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·      Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raportər

·       Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə  İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

G. Azərbaycan insan haqları savunanı və vəkil Həmid Valayi

Həmid Valayi bəy işgəncədən sonra ötərgi buraxıldı

Sayın cənablar

İLƏTİŞMƏ 1: İNSAN HAQLARI SAVUNAN, HƏMİD VALAYİ BƏYİN DOSYESİ

Həmid Valayi bəyin insan haqlarını qorumaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, o Güney Azərbaycanlıların insan haqlarını savunan bir vəkildir və İran yetgililəri tərəfindən tutuqlanıb və işgəncəyə məruz oldu. Diqqətinizə sunulan bəlgələr bunlardır:

Cədvəl 1: İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinin diqqətinə çatdırmaq üçün istənilən İlətişmə forması; və

Cədvəl 2: Valayi bəyin atası tərəfindən oğlunun uğrunda kampaniya üçün İran Ədliyyə nazirinə yazılan məktubun İngiliscə tərcüməsi.

Valayi bəy 16 İyul 2008-də yaxalandı və 28 İyul 2008-də İran yetgililəri tərəfindən bədən və ruhi işgəncəyə məruz qalmaq nəticəsində ötərgi olaraq buraxıldı. Təcrübə göstərir ki, İranda bu ötərgi buraxılmalar mahiyyətsiz bir hərəkətdirlər və əslində İran yetgililəri bu yol ilə Güney Azərbaycan milli hərəkətçilərini bəlirsiz tutuqlama və mühakimə adına qadaqda saxlamaq istəyir.

Vurğulamaq istəyirik ki, bu İlətişməni dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Valayi-gil və yaxud onların təmsilçiləri ilə heç məşvərət etməmişik. Cədvəl 2-dəki bilgiyə görə, olsun onlar özləri də şikayət etsinlər, lakin bizim addımımız məhz qayğı vəzifəsindən irəli gəlmişdir. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə Valayi ailəsindən məsuliyyət götürmüş olaq və İran yetgililərinə onları basqıya məruz etməyə bahana qalmasın.

Valayi bəy Güney Azərbaycanın öyrənçi/akademik qüvvələrindən məhz birisidir ki, indi gedən basqıya məruz qalmışdır. Onun insan haqlarının dirçəldilməsi yalnız sizin kampaniyanız ilə sağlana bilər. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə: Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net