Əziz soydaşlar !

“ Dünya Azərbaycanlılarının Haqlarlnı Müdafiə Komitəsi”- nin  sədrinin deyişilməsi ilə əlaqədar BMT və başqa insan haqlarını müdafiə organlarına göndərilən məlumat aşağıda huzurlarıza təqdim edilir.

“Bütün ümidlər gənçlərədir” şuarının doğru yol olduğunu bilmiyən milli hərəkətçi yoxdur. Bu komitədə çalışan cavanlara özəlliklə yeni sədrimiz cənab Əli bəy Taşkənd - ə uğurlar arzulayaraq Güney Azərbaycanda siyasi zindanilərə azadlıq, şkəncələrə son və yurdumuza demokratik idarə usulu diləyirəm.

Lütfən dəyərli dostlarımız bundan sonra Günüey Azərbaycandakı milli hərəkatçılarımıza rəva görülən asdı -  kəsdi siyasəti ilə bağlı məlumatlarını cənab Əli bəy Taşkənd -in adresinə göndərmələrini rica edirəm.

Adreslər : elitaskent@hotmail.com    ve info@dunazhak.net  olaraq bildirilir.

Dərin hörtmətlərimlə : Böyük Rəsuloğlu

..................................................................................................................

Say : 496/ 2008

Tarix : 23 İyun  2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə

Lütfən bu qeydiyyatı aşağıdakı qruplara çatdırın:

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, irqi ayrı-səçkilik və yadd-ellilərə qarşı qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

 

Üzü         Dyke bəy,  və Xanım Harrison, Amnesty International, London

Habelə   İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Sayın cənablar

MÜRACİƏT:    DünAzHAK-da SƏDİR DƏYİŞİLMƏSİ ÜZRƏ BİlDİRGƏ

Bu vəsilə ilə diqqətinizə çatdırmaq istərdim ki, Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi çalışanları qərari ilə komitə sədirliyi deyişdirilmişdir. İndi məmnuniyyət ilə bildirmək istərdim ki, Komitənin qərarı üzrə Əli bəy Taşkənd komitənin sədirliyini öz üzərinə alacaqdır.

Bu andan etibarən, Komitə tərəfindən insan haqlarının savunması üçün sizə və başqa beynalxalq təşkilatlara sunulacaq ilətişmə, bildiriş və məlumatlar E-mail adresi kopiada görünən Əli bəy  Taşkənd  səlahiyyət ilə yerinə yetiriləcəkdir.

Ən sonda, indiyə dək sunulmuş ilətişmələrimizə diqqətinizdən və Güney Azərbaycanlıların insan və milli haqlarını müdafiə üçün atdığınız addımlardan təşəkkür edirəm.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net