Tarix: 12.06.2008

Sayı : 495/2008

Helsinky Insan haqları qurumu !

Güney Azərbaycanla bağlı Oslo- da geçirdiyiniz bu  toplanlantı üçün sizlərə təşəkkür və minnətdarlığımı bildirirəm.

Güney Azərbaycan, təqribən 300 mim KM. Karə ərazi və 30 milyon əhalisi ilə İran islam respublikasının şumal- qərbində yerləşir. Özünün zəngin dil, mədəniyət və tarixinə baxmıyaraq İranda 83 il öncə hakimiyətə gələn Aria ırqçılığına dayanan Farsçi hakimiyət tərəfidən asimilə edilməyə başlamışdır. Beləki bugün ölkənin təqribən yarısını təşkil edən azerbaycanlıların ana dilində təhsil alması dahi yasaqdır. Gərçi ana yasada anadili oxumaq haqqi tanınmışdır, ancaq təəsüflə bugün bir tək sinif ana dilində məktəbi yoxdur. Həmən artırmaq lazımdır ki, bu hakimiyətdən öncə İranda bir nevi klasik federal hükumət                     ( məmaliki məhrusə) yönətimi mövcut idi.

Bu müddət ərzində xalqımız dəfələrlə öz haqqını almaq üçün ayaqlanmışsada həmişə uydurma təbliqat yanında zor işlədərək basdırılmış və onun milli haqqı inkar edilmişdir.

Ancaq son 20 ildə ” Azərbaycan Milli Hərəkatı ” adı altında demokratik usullara dayanaraq milli haqların tələbi ilə ədalət uğrunda aparılan mübarizə güclənmişdir. Yeni informasya vasitələrindən istifadə edilərək yatmışlar oyanıb və istəklər güclənmişdir. Onun üçündə Tehran hakimiyəti qılıncını üstən bağlıyaraq asdı- kəsdi siyasətini beynalxalq hüquq normalarına üstün tutmuş və xalqımıza , özəlliklə cavanlarımıza divan tutmuşdur.

” Dünya Azərbaycanləlarının Haqlarını Müdafiə Komitəsi ” 10 il bundan öncə yaranaraq Güney Azərbaycanda insan haqlarını müdafiə etmək uğrunda fəaliyətə başlamışdır. Bu müddət ərzində demokrasini bütün dərdlərin dərmanı kimi görən Güney Azərbacanlılar öz mədəni mübarizələrində iştirak etdiklərinə görə ağır basqı, işkəncə, zindan, işdən qovulma və hədəqorxularla üzləşməli olublar. 10,000, nəfərə yaxın insan dindirilib, 2000 nəfərə yaxın həbs olunub və bir çox tələbə universiteden qovulub və bir çox soydaşımız işdən qovulmuşdur. Özəlliklə 22 may 2006- ci il Günüey Azərbaycanın bir çox şəhərlərində etiraz mitinqinə çıxmış bir milyondan artıq soydaşlarımızın səsini boğmaq üçün təzyiqlər yüz qat artmışdır. Həmən günlərdə təqribən 1500 nəfər yaxalanmış, 300 nəfər yaralanmış və 15 nəfər polis gülləsinə tuş gələrək şəhid olmuşdur. Baxmıyaraq ki, Güney Azərbaycandan xəbərləri eşiyə çıxartmaq təhlükəli, ağır və çətin işdir, ancaq o ilki may hadisələrində tutlub zindanlara salınan şəxslərdən 250 nəfərinin durumunu təsbit edərək BMT insan haqları ali komiserliyinə bildirmişik. Bu cədvəl sizə teqdim etdiyimiz dosyada yerləşdirilmişdir.

Ondan əlavə, gənclərimizin çətinliklə çıxardığı bəzi yarımçılıq jurnal və qazetlərimiz bağlanmış və son iki ildə təmamən yığışdırılmışdır. Bu mətbuat organlarından çox yüksək tirajla Zəncanda çıxan ” Umidi Zəncan ” Təbrizdə çıxan ” Şəmsi Təbriz ” və Urmuda çıxan ” Nəvidi Azərbaycan”dan ad aparmaq olar. Yüzdən artıq jurnalın bağlanması və tam mədəni və elmi bir jurnal olan Təbrizdə çıxan ” Dilmac ” jurnalı örnək kimi göstərilə bilər. 

Bo komitə yarandığı gündən bəri ” Güney Azərbaycanda ” insan haqlarını müdafiə                                                          

yolunda beynalxalq təşkilatlar, BMT insan haqlari ali komiserliyi / jenev , Amnesty international / London rəhbərliyinə yazdığı 492 müraciətdən 33 nümunə seçərək özəl qovluqda sizə təqdim edir. Bunun yanında həmin CD- yə yerləşdirilmiş Amnesty internatinal / London mərkəzinin 40 – a yaxın Güney Azərbaycan insan haqlari və siyasi zindaniləri ilə bağlı qovluqada işarə edirik.

Bu CD-dəki matiryaldanda  göründüyü kimi Güney Azərbaycanda xalq demokratik usullara və BMT bəyaniyələrinə dayanaraq milli- insani haqlarını tələb edərkən böyük əzab - əziyətlərə məruz qalır. Bunun ən barız göstərcəsi isə özəlliklə ” dünya ana dili ” günü vəya mehr ayının biri , məktəblərin açıldığı gün də olan basqıların CD - dəki matiryallardan aydın olmasıdır.

Haq və ədalət yolunda bütün çətinliklərə dözən insanlar zindanlara salındıqdan sonra onların ailə üzvlərinə olmazın zülmlər rəva görülür. Sizə təqdim edilən CD- dəki matiryallardan da göründüyü kimi Zəncanli jurnalist və insan haqları müdafiəçisi Səid bəy Mətinpurun xanimi Ətyə xanima vəya uzun müddət zindan kəsdikləri Ərdəbil sakını Abbas bəy Leysanlının xanımı Ruqəyyə xanıma olan təzyiqlər bunun bir kiçik nümunəsidir. Bunu da artırmalıyıq ki, həmin şəxsi Ərdəbildən Əhərə, Əhərdən isə Güney Azərbaycandan 2000 KM uzaqda olan Yəzd zindanına sürgün etmişlər, bunuda dosyalarda və özəlliklə Amnesty internatinalın beyaniyələrindən izliyə bilərsiniz. Genə həmin dosyalardan anlaşıldığı kimi Zncanlı Behruz bəy Səfərini yaxalayandan sonra onun həyat yoldaşı Leyla axnim Heydərinidə yaxalıyaraq 9 ay İranın bəlkədə dünyanın ən dəhşətli şkəncə gahlarından olan Evin zindanında zəncirləmişlər. Ən faciəli olay isə bu ər – arvadı bir- birinin yanında dindirib, sorqu- suala çəkib şkəncə etmələri olmuşdur. Bütün bunlar təqdim edilən matiryallarda , Amnesty internationalin raportlarında açıqca görünməkdədir.  Bununla  yanaşı həqiqətləri axdarıb bu çirkin cinayətlərin qarşısını almaq istərsəniz bu ailələrin və özəlliklə incidilmiş xanımların, siyası zindanı və fəalların, bağlanmış jurnal müdürlərindən  bəzilərinin əlaqə telefonları ayrı bir listədə huzurlarıza təqdim ediləcəkdir.

Nəhayət  2008- ci il may ayında 22 may təzahüratının ikinci il dönümündə tutulan və zindanlara salınan şəxslərin adlarını aşağıda təqdim edərək sözlərimə son qoyuram.

 Umid edirəmki, sizlərin və bütün demokrat düşüncəli insanların yardımı ilə Güney Azərbaycanda və bütün dünyada bir nəfərdə siyası zindani vəya vicdan tutsağı qalmıyacaq.  Bütün insanlar və millətlər demokratik prensiplər əsasında öz haqlarını qazanacaq.

 

Son devir tutulanlar:

A-    22 maydan öncə

1-      Əli Sediqi , 35 yaşında , geçmiş tələbə fəallarından, Yurd tələbə nəşriyəsini müdürü, Təbrizin Ərk məhəlləsinin sakini, 15,05,2008 –də yaxalanmışdır.

2-      Cəmşid Zarei , Təbrizin Feyziye 18 metri məhəlləsi sakini.

3-      Məhəmməd Bərhun, 26 yaşında,Təbrizin Abbasi məhəlləsinin sakini.

4-      Əhəd Rəzəvi , Təbrizin 40 metri məhəlləsinin sakini.

5-      Həmid Rizai , 35 yaşlı.

6-      Həsən Ərk Azqala sitəsinin məsulu, qapatılmış Şəms qazetəsinn yazarlarında.

7-      Əkbər Huseyin zadə adında, Təbriz sakini .

8-      Həmid Rüstəmi ( Qrqış) Xoy şəhərində mayın 8- də yaxalanmışdır. Şair və yazardı, anadili günü – də tutulmuşdu və bir il zindan , 3 il kitab yaymaqdan yasaq , iki il Bicar şəhərində sürgün yaşamağa məhkum olmuşdu.

9-      Vəhid Bəhadüri Fevralın 10- da yaxalanıb, indi Urmu zindanında.

10-  Ruhani Əzimi Qədim , 03. 05. 2008 –də Qumda məhkum olub, indi Kaşan zindanında.

11-  Elman Nuri 20 aydır Urmu zindanında ,

12-  Xoy şəhərində 18.05.2008 də Əkbər Əbdullahi yaxalanmışdır.

13-  Xoy şəhərində 18.05.2008 – də Hüccət- Səlman və Salar Aqai yaxalanmışdır.

14-  Piyam Ələmqulilu 21.05.2008 də Xoy şəhərində tutlub.

15-  Firidun Mehdi Pur, 08.02.2088 –də Urmuda yaxalanıb, 39 ay zindan hokmu ilə indi Urmu zindanındadır.

 

B-    xurdadın biri ( 22 may) təbrizdə tutulanlar:

1-      Məhəmməd Fərhadi , 20 yaşında , Təbrizin heydərabad məhəlləsi sakini.

2-      Kərim Məhəmmədzadə, 23 yaşında ,Təbrizin Heydərabad məhəlləsi sakini. Döyülərək ağır duruma salınmışdır.

3-      Huseyn Mirzaxani 24 yaşında, Təbrizin beheşti üçyolaq məhələsinin sakini.

4-      Firuz Abbasqulizadə , 18 yaşında, Təbrizin Heydərabad məhəlləsinin sakini.

5-      Riza Abbasqulizadə, 20 yaşında, Təbrizin Heydərabad məhəlləsinin sakini.

6-      Səməd Məhəmməd Cəfəri 21 yaşında, Təbrizin Heydər abad məhəlləsinin sakini.

7-      Əli Xakpur.

8-      Yasir Heydər Nəjad 23 yaşında tələbə, Təbrizin Heydərabad məhəlləsinin sakini.

9-      Hüccət Tariverdiyan, 41 yaşında Təbrizin Abbasi məhəlləsinin sakini.

10-  Höccət Müxtarzade 21 yaşında, atası “ adışirin” Təbrizin Heydərabad məhəlləsinin sakini.

11-  İbrahim adında bir soydaş , Təbrizin “ Dilbilməz “ kəndinin sakini.

Dərin hörmətlərimlə :   Böyük Rəsuloğlu

Dünya Azərbaycanləlarının Haqlarını Müdafiə Komitəsinin Sədri

noveçcesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net