Guney Azerbaycan Problemi

Say : 494/ 2008

Tarix : 10 İyun  2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə

Lütfən bu qeydiyyatı aşağıdakı qruplara çatdırın:

 Sağlamlıq Haqqı üzrə Özəl Raportera catdırasınız. Eləcə də bu qruplara da dəxli var:

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, irqi ayrı-səçkilik və yadd-ellilərə qarşı qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

Üzü         Dyke bəy,  və Xanım Harrison, Amnesty International, London

Habelə   İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Sayın cənablar

DURUM DƏYƏRLƏNDİRMƏSİ :                                                                                    

İRAN İRQÇİLİYİNƏ QARŞI GÜNEY AZƏRBAYCANIN MAY 2006 KÜTLƏ ETİRAZLARININ İKİNCİ İLDÖNÜMÜ

İran irqçiliyinə qarşı May 2006 xalq Etirazlarının ikinci ildönümü ilə əlaqədar Güney Azərbaycanda gedən durum haqda sizi bilgiləndirmə niyyəti ilə bu durum qeydini (breifing note) hüzurlarınıza sunuruq. İkinci ildönüm ilə əlaqədar Amnesty Internationalın buraxdığı Təcili Aksia (MDE 13/078/2008, http://www.amnesty.org/en/library/info/MDE13/078/2008/en) öz əlavələrimizi artıraraq, diqqətinizi bir neçə qonuya və Genəl İlətişmə 2-dən (Say: 487/2008, tarix: 25 Fevral 2008) bəri gəlişən olaylara yönəltmək istərdik. Bu qonular üzrə, imkan daxilində sizə detaylı bilgi göndərmək niyyətindəyik.

İranın Güney Azərbaycana etdikləri hökümət tərzi barədə sizə ardıcıl bilgi göndərmişik ki, bu hökm-sürmə tam sömürgəçilik tiplidir, necə ki burada camaatın səsinə qulaq-asan belə bir yetgili yoxdur. Misal üçün 30 nəfərə dək Güney Azərbaycanlı fərdlərin  “bəsici” qüvvələr tərəfindən qanun ötəsində qətlə məruz olmalarını yazmışıq (Say: 344/2006, Tarix 28 İyun 2006) və üstəlik bu barədə Güney Azərbaycan millətinin tələbini sizə çatdırmışıq ki, dövlət bu xüsusda sorğu aparsın (Say: 420/2006, Tarix 4 Dekabr 2006). Qətlə məruzların ikisinin adı Hüseyn Fəthipir və Tovhid Azəriyyun idilər. İndi iki il sonra aldığımız özəl bilgilər və bəzi raportlara görə (http://www.oyrenci.com/News.aspx?newsId=2983) onların qardaşları (Rəhim və Əsgər Fəthipir və Hüseyn Azəriyyun) Sulduzda Özəl Qoruqçu vahidləri tərəfindən ümumun göz qabağında kötəyə məruz olandan sonra tutuqlanmışlar. Bu əməliyyat Yüzbaşı Eynulla Novruzpur tərəfindən yürüdülmüş. Raportlara görə onlar iki gündən sonra zəmanət qarşılığında buraxılmışlar. Bunu demək istəyirik ki, İran yetgililərin bu sayaqda hərəkətləri özbaşınalıq, qəzəb və ötkəm ilə davranmalrını yada salır və təəssüflə bu yardımsız insanlar Güney Azərbaycan millətinin müqəddəratını və nə durumda olduğunu təmsil edirlər.

Bu olayın arxa-planına diqqət lazımdir ki, dinc-inamlı Güney Azərbaycan milləti May 2006 Kütlə Etirazlarının ikinci ildönümün uğrunda gedən hazırlıqlar edirdi, lakin İran yetgililəri  inadlı hərbi qüvvələr vasitəsi və müstəmləkəçilik əhval-ruhiyyəsi ilə Azərbaycan fəzasını doldurdular və Güney Azərbaycan millətinin insan və milli haqlarının tapdadılar. Bu qısqının (repressiya) da bahası ağır oldu və yüzlərcə fərdlər və fəallar ildönümü günləri ərzində yaxalandılar və Azərbaycanın həm bölgə mərkəzləri sayılan Urmu, Zəngan, Ərdəbil və Təbrizdə bu əməliyyat yürüdüldü və həmdə onların peyk şəhərləri Sulduz, Qoşaçay, Xoy və başqalarında. Hələ də çoxları itgindir və onlardan hələ də bir soraq yoxdur. Ancaq öyrənçilər çoxlu şəhərlərdə bu boğuntulu şəraitə baxmayaraq səslərini çıxarda bildilər, özəllik ilə Həmədan və Təbrizdə.

İldönümü ilə əlaqədar, İran yetgililəri yürüdəcək basqılarını adlım fəallara qarşı düzənlədi və güvənli özəl xəbərlər və hüquq müdafiəçilərin raportlarına  əsasən (http://www.savalansesi.com/2008/05/blog-post_909.html) bu qapalı mühakimələr Tehranda Şobə 105 İnqilab məhkəməsində aparılmış ki, mühakiməyə məruzlar bunlar idi: Abdulla Abbasi Cavan, Behruz Səfəri, xanım. Leyla Səfəri, Əlirza Mətinpur, Cəlil Qənilu, Yaqub Mərəndli, Məhəmməd Nüsrəti, Mir Qasım Seyyidin zade, Saleh Kamrani, Səid Mətinpur və Dr Məhəmməd Əli Heydəri. Bunların çoxusu üçün sizə İlətişmələr təqdim etmişik, nə isə onların zəmanət ilə buraxılmaları barədə imkanlarımızın azlığı üçün hələ də ilətişmə hazırlaya bilməmişik. Bəllidir ki, bu mühakimələr bu fəalları qadaqda saxlamaq üçün idi və elə bu hesab ilə yüzlər tanınmış fəallar da Urmu, Təbriz, Zəngan və Ərdəbildə məhkəmələrə çağrılıb və ildönümündə iştirak etməmək üçün onlara hökm verilmişdir.

İran yetgililərin öz-xoşuna əməlləri Güney Azərbaycanlı öyrənçilərinə də yürüdüldü və bu da fərqli metodlarla oldu, misal üçün: kurslardan daimi yaxud ötəri məhrum olunma, sınaqlardan (imtahan) məhrum olunma, dərgi yayımlama imtiyazların ləğv etmə. İmkan daxilində Güney Azərbaycan öyrənçilərinin üzərinə gətirilən müsibətlər barədə sizə bir yetgin raport hazırlamaq niyyətindəyik.

İran yetgililəri tərəfindən ikinci ildönümə qarşı yürüdülən başqa bir hərəkəti də qeyd etmək lazımdır ki, bu da Güney Azərbaycan üzərinə sırılan bilgi qıtlığı idi. Buna baxmayaraq, Güney Azərbaycan fəalları bu çəkilən pərdələri yırta bildilər və içəridə gedən haqsızlıqlar bir-bə-bir İnternetdə üzə çıxdı. Təəssüflə şəraitdən asılı olaraq, xəbərlər detay baxımından bir az seyrək idilər və ümid edirik ki, tutuqlu qalan şəxslər haqqında ətraflı məlumat ələ gəlsin. Nə isə, iran ( Fars) mərkəzli müxalifət qruplarının davranışlarını da diqqətinizə çatdırmalıyıq ki, bunlar istər ölkə içərisində istərsə də eşiyində, hakimiyyət ilə sükutda məhz uyuşuq durumda bulundular. Bu bir kəskin sənəddir ki, İranda qeyri-fars millətlər İran insan haqları qurumlarında da dışlanmışlar və qeyri-farsların müdafiəsi yalnız sizin öhdəliyinizdə olan mandatlar ilə sağlana bilər.

Ən sonda da bunu qeyd etmək istərdik ki, Genəl İlətişmə 2-dən bəri (Say: 487/2008, tarix 25 Fevral 2008), çoxlu fəallar öz-xoşuna tutuqlanmışlar. Çalışırıq ki, onların haqqında ən azı bir genəl ilətişmə hazırlayaq. Ümid edirik ki, hər fürsətdə siz güney Azərbaycan millətinin insan və milli haqlarını müdafiə edəcəksiniz.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net