Guney Azerbaycan Problemi

Say: 492/ 2008

Tarix: 20 Aprel  2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

Bu İlətişmənin çatdırasını bunlara təvəqqə edirik: (i) Fikir və Bəyan Sərbəstliyi üzrə Özəl Raporter; və (ii) Öz-xoşuna tutuqlular üzrə Çalışan Qrup. Eləcə də bu İlətişmə aşagıdakılara da dəxli var:

·               Qadınlara qarşı zorakılıq üzrə Özəl Raporter

·               Çağdaş irqçilik, irqi ayrı-seçkilik və özgələrə qatlaşmazlıq üzrə Özəl Raporter;

·               Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy,  və Xanım Harrison, Amnesty International, London

  Habelə İnsan Haqlarını Gözətən; İnsan Haqlarına Qulluqçu; və kütləvi vasitələr

 

Ərdəbil həbsxanasında cənab

 

Abbas Leysanlını Görüş edən ailəsi

Sayın cənablar

İLƏTİŞMƏ 2 – SON-DURUM 1:   YENİLMƏZ XANIM LEYSANLI GÜNEY AZƏRBAYCAN VƏ HƏYAT YOLDAŞI UĞRUNDA KAMPANYA APARMAQDA

Son Durum 1-i Ruqəyyə xanım Leysanlının insan haqlarını qorumaq üçün hüzurlarınıza sunuruq ki, bu İlətişmə 2 (Say: 491/2008; Tarix: 14 Aprel 2008) üzərinə əlavə olunur.

Diqqətinizi xanım Leysanlının 17 Aprel 2008-də Amerika Səsi Radiosuna verdiyi bəyaniyyəyə tuşlamaq istəyirik (http://www.voanews.com/persian/2008-04-17-voa20.cfm) və yadınıza salmaq istərdik ki o Aprelin 12-sində İran yetgililəri tərəfindən tutuqlanmışdı. Xanım Leysanlı bu xəbər agentliyində bir daha elan etmiş ki, insan haqlarını dirçəldənə qədər Güney Azərbaycan mübarizəsinə davam edəcəkdir. O demiş ki, İran yetgililəri bizi yenildə bilməz. Onlar Abbası ömür boyu dustaq etsələr də, bizim iradəmizi sındırmaq olmaz və onun uğrunda dəstək kampaniyamız davam edəcəkdir.

Leysanlı bəyi Güney Azərbaycandan Farsistana qeyri-qanuni köçürdən İran yetgililəri xanım Leysanlını da dəmir pərdəli qurğuları ilə ictimai dışlamağa məruz etmişlər. Buna baxmayaraq, yenilməz bu ailə insan haqlarını göz bəbəkləri kimi qoruma əzmindədir və məhz buna görə onlar insan haqları gövdəsinə bir bərəkətdirlər. Bu ailənin durumu sizin yetginizdə olan mandatlar ilə göz qabağında aşkarca qorunmasa, İran yetgililəri şirnikdikləri qanunsuzluğa cəsarətlənəcək və biz də heç vədə bu həssas anlarda saymazyanalığınıza inana bilmərik. Ümid edirik ki, xanım Leysanlının insan haqlarını qorumaq üçün İran İslam Respublikasına gərəkən mandatlarınızı cərəyana salmışsınız və bu qayğınıza görə qabaqcadan minnətdarlığımızı qeyd edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net