Guney Azerbaycan Problemi

 

Say : 491/ 2008

Tarix : 14 April  2008

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə

Bu İlətişmənin çatdırasını bunlara təvəqqə edirik: (i) Fikir və Bəyan Sərbəstliyi üzrə Özəl Raporter; və (ii) Öz-xoşuna tutuqlular üzrə Çalışan Qrup. Eləcə də bu İlətişmə aşagıdakılara da dəxli var:

·               Qadınlara qarşı zorakılıq üzrə Özəl Raporter

·               Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter;

·               Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

 

Üzü         Dyke bəy,  və Xanım Harrison, Amnesty International, London

Habelə   İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

 

Ərdəbil həbsxanasında cənab

 

Abbas Leysanlını Görüş edən ailəsi

Sayın cənablar

İLƏTİŞMƏ 2:  XANIM RUQƏYYƏ LEYSANLININ İRAN YETGİLİLƏRİ TƏRƏFİNDƏN İNSAN HAQLARININ TAPDANMASI

Ruqəyyə xanım Leysanlının insan haqlarını qorumaq üçün İlətişmə 2-ni hüzurlarınıza sunuruq ki, onun haqlarını İran yetgililəri ardıcıl ayaq altına salmışlar və onu 12 April 2008-də yaxalamaq sonra buraxmaq ilə amansızlıqlarını büruza verdilər. Bu İlətişmə onun haqqında olan qabaqkı İlətişmə 1-in (Say: 416.2006; Tarix: 29 Novambr 2006) üzərinə əlavə olunur.

Qanun çərçuvasında böyümüş xanım Leysanlı, bir evdar qadın və üç uşağın anasıdır. Üstəlik, o yorulmadan kampaniya aparmaqdadır ki, öz həyat yoldaşının insan haqlarını dirçəldə bilsin. Axı onun həyat yoldaşı vicdan dustağı və Güney Azərbaycan milli hərəkətinin görkəmli başçılarından olan cənab Abbas Leysanlıdır ki, onun başına gələn qəzov-qədəri ilətişmə və son-durumlar vasitəsi ilə sizə raport etmişik (bax:- Say: 390/2008 Tarix: 27 Mart 2008; Say: 489/2008, Tarix: 25 Mart 2008; və Say: 488/2008, Tarix: 24 Mart 2008). Üstəlik, xanım Leysanlı Güney Azərbaycan millətinin ana dilini ardıcıl savunan bir şəxsdir və buna da arxa plan budur ki, 30 milyonluq bu millətin ana dilində dərs keçirən belə bir sinif də yoxdur və bu baxımdan İran dövləti öz qanunlarını ovxalayır; “İran milləti” diyə bir mə’cun çıxartmış; və Fars dilini də bu xulyadan törənmiş millətin dili kimi hamının qafasına dürtmək istəyir.

Bu İlətişmə özəl olaraq xanım Leysanlının haqlarını diqqət mərkəzində tuşlayır və gərəkən bilgini Cədvəl 1-də sunur. Burada göstərilir ki, necə İran yetgililəri xanım Leysanlının insan haqlarına hörmət etməkdən imtina edir və bu baxımdan onu yaxalamaq ilə bu laqeydliklərini zirvəyə gətirib çıxardırlar.

Keçmiş neçə həftə ərzində, İran yetgililəri Güney Azərbaycanın Ərdəbil, Urmu, Sulduz və başqa şəhərlərində çoxlu fəallardan tutuqlamışlar və ümid edirik ki, diqqətiniz üçün bunların barələrində gərəkən bilgi dərləyib və hüzurlarınıza təqdim edək. Nə isə, xanım Leysanlının dosyesi İran yetgililəri baxımından göstərir ki, Güney Azərbaycan milli hərəkətinin cəbhə xəritəsi fəallardan deyil, adi vətəndaşlardan çizgilənir və buna da örnək xanım Leysanlıdır ki, həyatında hədəfi ancaq bunlardır: ailəsini qorusun və onları Əvrənsəl İnsan Haqları Bildirgəsi qanadı altında insan haqlarının mədəni dəyərlərinə arxalanan icmada boya-başa gətirsin. O və o kimi çoxlu Güney Azərbaycan qadınları bu ideallara çatmaq üçün ağır xəsarəti öhdələrinə almışlar. Sizə müraciəmitizin bir diqqət mərkəzi budur ki, xanım Leysanlının savunması uğrunda bu öhdələsinə aldıqları böyük rolun qarşılığında İran yetgililəri ilə məxfi ilətişmə aparmanızın da sonunda qayğınızın əlaməti olaraq mətbuata bir bəyaniyyə də buraxmağın vaxtı gəlib çatmışdır.

Ümid edirik ki, xanım Leysanlının insan haqlarını qorumaq üçün İran İslam Respublikasına gərəkən təmsilçiliyi edəcəksiniz və bu qayğınıza görə qabaqcadan minnətdarlığımızı qeyd edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net