Guney Azerbaycan Problemi

 

Say : 490/ 2008

Tarix : 27 March  2008

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə

Lütfən bu İlətişməni Sağlamlıq Haqqı üzrə Özəl Raportera catdırasınız. Eləcə də bu qruplara da dəxli var:

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, irqi ayrı-səçkilik və qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü         Dyke bəy,  və Xanım Harrison, Amnesty International, London

Habelə   İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

               

 

Cənab. Abbas Ləysanlı

 

Vicdan dustağı

Sayın cənablar

GENƏL İLƏTİŞMƏ 1:          GÜNEY AZƏRBAYCANDAN FARSİSTANA KÖÇÜRÜLMÜŞ CƏNAB LEYSANLIYA İRAN YETGİLİLƏRİ TƏRƏFİNDƏN ƏNQƏRİB QAMÇILAMA RİSKİ

Cənab Abbas Leysanlı haqqında Genəl İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, onun insan haqlarının dirçəltməniz üçün kampaniya aparasınız. O indi ənqərib qamçılama  riskinə məruzdur və Amnesty İnternational-ın buraxdığı Təcili Aksiyaya görə onun Yəzdə köçürülməsi qamçılama cəsarətinə vasitə idi. Üstəlik, Amnesty İnternational bildirir ki, İran dövlət olaraq Mülki və Siyasi Haqlar üzrə Beynəlxalq Anlaşmasına qol çəkmiş ki, buda işgəncəni apaçığına qadağan etmişdir. Təcili olaraq diqqətinizə çatdırmaq istərdik ki, sizin işgüzar kampaniya aparmağınıza ciddi zərurət vardır.

Bu İlətişmənin yanında sizə çoxlu gərəkən bilgi təqdim edib; İran yetgililəri tərəfindən cənab Leysanlıya qarşı yürüdülən məhkəmə dosyelərini yenidən təsnif edib; və onun savunması uğrunda gərəkən İlətişmələr sunmuşuq. İndi onların icmalını diqqətinizə çatdırmaq istərdik:

·         Cədvəl 1 - İran yetgililəri tərəfindən cənab Leysanlıya qarşı yürüdülən dosyelərin yenidən təsnifidir

·         İlətişmə 1 (Say: 378/2006, Tarix: 31 Avqust 2006 və bunla əlaqədar 11 Son Durum və 6 Bulletenler) ki, İran yetgililərinin ona qarşı öz-xoşuna əməllərini aşkara çıxardırdılar.

·         Son Durum 10 (Say: 478/2008; Tarix: 13 Yanvar 2008) cənab Leysanlının şəhamətini göstərdi ki, möhtəşəm şəxsiyyəti bərəkətinə orta-əsr sayağı bədən yaralaması istəyən İran yetgililərinə göz verdi işıq vermədi.

·         Son Durum 11 (Say: 489/2008; Tarix: 24 Mart 2008) sizə gərəkən bilgini çatdırdı ki, İran yetgililəri cənab Leysanlını Əhər həbsxanasından 2000Km uzaqlıqda olan Yəzd həbsxanasına köçürtdülər. Üstəlik bu Son Durum cənab Leysanlının məruz qaldığı acınacaqlı sağlamlıq və ona inkar olunmuş tibbi qayğı durumunu da sizə bildirdi.

·         İlətişmə 2 (Say: 489/2008, Tarix: 25 Mart 2008) Dosye 3 ilə əlaqədar kampaniya aparmağınız üçün gərəkən bilgini təqdim etdi.

·         Amnesty İnternational-ın buraxdığı Təcili Aksiya (MDE 13/050/2008; Tarix: 17 Mart 2008) təsdiq etdi ki, cənab Leysanlı qamçılanmaq riskinə məruzdur. Bizi üşəndirən amil daha ciddidir ki, bu vasitə ilə qafası-qalın gözü-qanlı İran yetgililəri cənab Leysanlını sədmələndirsinlər.

·         Aparılan Kampaniyalar da var ki, Azərbaycan diasporu vasitəsi ilə cərəyana düşmüş və onu insan haqlarının dirçədilməsi üçün Alman, İsveç, İsveçrə və Britaniyada küçə sərgilər tərtib edilmişdir. Cədvəl 2 BBC-yə göndərilmiş açıq məktubu bilginiz üçün burada təqdim edir və qeyd edir ki, cənab Leysanlı “Güney Azərbaycanda insan haqlarının irəliəyişi üçün yeni-tipli memarlardandır ki, Əvrənsəl İnsan Haqları Bildirgəsi üzrə yeni bir model ortaya çıxmış və buda Mahatma Qandının pasivizm və Nelson Mandelanın aktivizminin sintezidir.”

·         Cədvəl 3: İlətişmə 2-yə dəstək bəlgədir (məhkəmə hökmü)

·         Cədvəl 4: İllik Babək Qurultayına bir yığcam tanıtdırmadır

·         Cədvəl  5: cənab Fəqihinin verdiyi bəyanların xülasəsi və onun fikrincə bu köçürtməyə heç qanuni əsas yoxdur və öz qocaman səlahiyyət ilə İran yetgililərinə meydan oxuyur.

 

Yuxarıdakı faktları ard-ardına düzüb və cənab Leysanlının əmin-amanlığı və sağlamlığı qayğısında olma zorundayıq. Bizim yekunumuz belədir:

·         Cənab Leysanlı indi bir diş-batar (məruz = vulnerable) durumdadır və o indi yalnız sizin mandatlarınız ilə savuna bilər.

·         İran yetgililəri cənab Leysanlıya zərbə endirmək qəsdindədirlər. Əldə olan bütün sənədlər buna yönəlmiş ki, cənab Leysanlının sarsılmayan mübarizə modeli quraşdırma dühası qarşısında irqçi-yönlü teokrat İran yetgililəri qisas almaq istəyirlər.

Cənab Leysanlının insan haqlarını qorumaq üçün indiyə dək sizin öhdənizdə olan mandatlara bu qədər ehtiyac olmamışdı. Ümid edirik ki, onun sağlamlığını yoxlamaq üçün özəl təmsilçinizi göndərəcəksiniz; İran yetgililərindən onun əmin-amanlığı və sağlamlığı uğrunda kəskin və bəlli zəmanət tələb edəcəksiniz; və onun insan haqlarının dirçəldilməsi üçün lazımi addımları atacaqsınız.

Qayğınız üçün qabaqcadan təşəkkür edirik və ümid edirik ki, cənab Leysanlının və eləcə də Güney Azərbaycan millətinin insan haqlarını qorumaqda dəstəyinizi əsirgəməyəcəksiniz.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net