Say: 489/ 2008

Tarix: 25 March  2008

Guney Azerbaycan Problemi

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə

Lütfən bu məktubu bu qruplara çatdırasınız: (i) Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup və (ii) Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər. Eləcə də bu qruplara da dəxli var:

·         Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü         Dyke bəy,  və Xanım Harrison, Amnesty International, London

Habelə   İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu 

 

Cənab. Abbas Ləysanlı

 

Vicdan dustağı

Sayın cənablar

İLƏTİŞMƏ 2: BABƏK QURULTAYI-2005 İLƏ ƏLAQƏDAR İRAN YETGİLİLƏRİ TƏRƏFİNDƏN CƏNAB LƏYSANLININ İNSAN HAQLARININ TAPDANMASI

Cənab Abbas Leysanlının insan haqlarını qorumaq üçün İlətişmə 2-ni hüzurlarınıza sunuruq. İran yetgililəri onun üzərinə 2005-də bir məhkəmə dosyesi gətirmişdilər ki, onun o ildə İllik Babək Qurultayında iştirakı ilə əlaqədardır və dosyenin özəki cənab Leysanlının ibtidai insan haqları olan bəyan və toplaşma sərbəstliyinin ifadəsindən iləri gəlmişdir.

İran yetgililəri tərəfindən ona qarşı gətirilən məhkəmə dosyeləri barədə durum pırtlaşıqdır, lakin kələfçənin ucunu itirməmək üçün aşağıdakı cədvəl bu məhkəmələri icmal və yenidən təsnif edir. Müraciətin rahatlığı üçün, bu dosyelərə çağın-sıraları (xronoloji) üzrə say artırmışıq. Bizim indiyə dək siz ilə yazılaşmalarımız əsasən Dosye 5 və 6 üzrə idi (Say: 378/2006; Tarix 31 Avqust 2006 və bunun ardınca gələn Son Durumlar), lakin indiki İlətişmə Dosyə 3 ilə əlaqədardır.

İran yetgililərinin cənab Leysanlıya qarşı Yürütdükləri Məhkəmə Dosyeləri

Dosye

Tarix

Dosyenin Yığcamı

Dosyenin Durumu

Əlavə Bilgi

Dosye 1

25 Avq 2003

Babək Qurultayı -1

Qapalı

Say: 246/2003; Tarix: 2 Sept. 2003

Dosye 2

22 İyun 2004

Sarçeşmə Oturağı

Qapalı

Say: 246/2003: Tarix: 2 Sept. 2003

Dosye 3

27 İyun 2005

Babək Qurultayı – 2

İlətişmə 2

Say:283/ 2005 on 4 July 2005

Dosye 4

28 İyun 2005

Bağır Xan Toplanması

Cari

Say: 246/2003; Tarix: 2 Sept. 2003

Dosye 5-6

27 May 2007

May 2006 Kütlə Etirazları

İlətişmə 1

say: 378/2006 Tarix: 31 Aug 2006

Dosye 3-ün 3 illik tarixi var və hələ də İran yetgililəri bu dosye ilə vurnuxurlar. Hər halda aydındır ki, bu dosye də məhz öz-xoşunadır və onu göstərir ki, cənab Leysanlıya qarşı İran yetgililəri öz-xoşuna əməllərə şirnikmişlər. Buna görə İlətişmə 2-ni sunuruq və bunun ardınca son-durumlar gələcək. Bu İlətişmədə verilən bilgiləri belə bölüşdürmüşük:

Cədvəl 1: Sizin standart formunuzu Dosye 3 əsasda doldurulması

Cədvəl 2: cənab Leysanlıya qarşı yürüdülən dosyelərin yenidən təsnifi

Cədvəl 3: İlətişmə 2-yə dəstək bəlgə (məhkəmə hökmü)

Cədvəl 4: İllik Babək Qurultayına bir yığcam tanıtdırma

Cədvəl  5: cənab Fəqihinin ( Abbas Leysanlinin vekili) verdiyi bəyanların xülasəsi və onun şəhadəti (ki cənab Leysanlı həbsxanada ikən yüksək səviyyədə özünü aparmış və hamı ondan razı idi)

Diqqətinizə çatdırmalıyıq ki, Amnesty İnternational-ın buraxdığı Təcili Aksia (MDE 13/050/2008; Tarix: 17 Mart 2008) indi gedən həbs hökmünü 2003-dəki İllik Babək Qurultayına istinad edir – bizim hesab ilə Dosye 1. Bizcə bu doğru deyildir və inanırıq ki, Dosye 1 indi qapalıdır. Bizim fikrimiz cənab Fəqihinin hesabatı ilə üst-üstə gəlir. Nə isə bu xüsusda axtarışlarımız davam edir.

Biz cənab Leysanlını insan haqlarına və milli başçılar aralarında bir simgəsi kimi görürük. Eləcə də, o hətta İran qazamatlarının dərinliklərində yardımsız durumda olmağına baxmayaraq, öz millətinin insan və milli haqlarını savunmaqdan heç belə geri çəkilmir. Təbiətən, biz məhdud imkanlarımıza baxmayaraq onun savunmasına üstünlük veririk baxmayararq ki, İran yetgililəri bilgi qıtlığı yaratmağa dəmir pərdələr çəkmişlər. Güney Azərbaycanın yorulmadan çalışanlarına minnətdarıq ki, bu dəmir pərdəni yırta bilirlər.

Əminik ki, siz durumun ağır olduğunu başa düşürsünüz; cənab Leysanlının insan haqlarını bərpa etmək üçün öhdənizdə olan mandatları işlətməyi əsirgəməyəcəksiniz; və onun millətinin haqları uğrunda gərəkən səsi qaldıracaqsınız. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net