Guney Azerbaycan Problemi

Say: 486/2008

Tarix: 24 February  2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın:

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü           Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Habelə     İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu

Dear sir/madam,

GENƏL İLƏTİŞMƏ:  ALTI AYLIQ GERİYƏ UZANAN HADISƏLƏRİN KÖTÜYÜ

Sunduğumuz son İlətişmədən bəri (Say: 512/2008, İlaygün: 23 Dekabr 2008), hüzurlarınıza yalnız bir İlətişmə təqdim etmişik (Say: 513/2008, İlaygün: 13 Mart 2008). İlk növbədə, özümüz qəbul edirik ki, bunlardakı tək-tük bilgilər İran yetgililəri tərəfindən Güney Azərbaycana qarşı yürüdülən qəzov-qədərli olaylara yetərincə bilgi deyil. İmkanatımızın az olduğuna görə verilməli hesabatın kötüyü belədir:

  1. Məruz qalan Güney Azərbaycan çalışanlarının haqqında sunulmamış İlətişmələr yerinə Cədvəl 1 İran yetgililəri tərəfindən bu fərdlərin tapdanmış insan haqlarına ötərgi göz önünə alınır.
  2. Qabaqkı İlətişmələr üçün Son-durum suna bilməmək; baxmayaraq ki, Güney Azərbaycanlı vicdan dustaqlarının bəziləri buraxılmışlar, azadlıqda ikən də onların insan haqları vaxt-aşırı tapdanmaqda. Misal üçün, cənab Abbas Leysanlı iş-yerinin adını Çənli Bel-dən dəyişdirmə hesabına İran yetgililəri tərəfindən dönə-dönə hədələnmiş.
  3. Cərəyandakı İran başxanlıq seçgi kampaniyalarının Güney Azərbaycanda calatdığı cəhətlər ilə sizi tanış etməmək; bu il İrandakı başxanlıq seçgilərində bir qəribə durum ortaya çıxdı. Bu da odur ki, İran yetgililəri başlarını irqçilik qınlarına dürtüb və irqçi siyasətlərini yürüdərək, Güney Azərbaycan Milli Hərəkəti bu dəfə samballı bir qüvvə olaraq çıxış etməkdədir. Bu dönə-seçgilərdə başqa boyutlar belədir: (i) adayların birisiç yəni Dr əkbər ələmi, İran Milli Məclisinin qabaqkı Təbriz Təmsilçisi, özünü aday elan etdi bir halda ki, o özünü İran milliyətli Azərbaycan köklü bilir. (ii) Dr ələmi şəxsiyyəti toxunulmazlığı ilə adlımdır və bu da İran siyasətçiləri üçün bir nadir tapıntı yaxud təbərrükdür və eləcə də bu özəllik onun mövqeyini zəiflətdi. (iii) İstər-istəməz bu özəllik ilə Dr ələmi hakim hizbüllah milis sistemində müəmmalı bir sima kimi görükürdüş (iv) Dr ələmi bir tərəfdən İran ölkədarlıq sistemini tənqid etdi və bir tərəfdən də Azərbaycana söykəndi və o boro tərəfdən də İran əgəmənliyini özü ilə sürütləməyi bildirdi. Buna baxmayaraq, Azərbaycan milli hərəkətindən ona dəstək qrupları da ortaya çıxdı, lakin İran Seçgi Məqamları onaylama nəticələrini ekmənalı elam etməkdən yayındılar və Dr ələminin adaylığını asılqan etmək ilə onun insan haqlarını pozdular. Bu xüsusda sizə bir İlətişmə sunacağıq.
  4. İranın Qabaqkı başxanı cənab Xatəmi Azərbaycan milli toxunulmazlığına təhqir sırıtlamaq barədə sizi bilgiləndirməmək; İran yetgililəri Azərbaycan millətinin toxunulmazlığına təhqir sırıtlamaq ilə yinə də xırtlağa dək batlaq cummaqda, sanki May 2006 epizoddan heç bir dərs almamışlar. Bu yeni qalmaqal epizodun yaradanı İran İslam Respublikasının qabaqkı başxanı aqa-ye Xatəmidir. O heç bir dövlət işgüzarına yaxışmayan yaramaz sözləri qırıldatmış, özü də üzdən iraq beynəlxalq səviyyədə mədəniyyətlər dialoqu aparmaq iddialarında bulunan bir adamcığaz. Onun aşkarı danmağı mənasız olduğuna görə bir İlətişmə hazırlamaqdayıq ki, Güney Azərbaycanın qəzəbini və etiraz məharətini göstərir.

Ümid edirik ki, cərəyanda olan olayları gözünüz önündə canlandıra bildik və bir sözlə İran yetgililərin tək-cığaz “ariya” irqi üstünlüyü adı ilə yürütdükləri siyasəti bir daha sizə göstərə bildik. Bu bilgiləndirmə ilə Güney Azərbaycanın müqəddəratı ilə sizi tanış etmək və dəstəyinizi səfərbər etmək niyyətindəyik. Qabaqcadan qayğınız üçün minnətdarıq.

Hörmət ilə

Əli Taşkənt

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net