Guney Azerbaycan Problemi

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın:

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Sayın cənablar

GENƏL İLƏTİŞMƏ 1: İRANIN GÜNEY AZƏRBAYCANDA ŞÜBHƏLİ HAKİMİYYƏT TƏRZİ

Yeni bir Genəl İlətişmə  hüzurlarınıza sunuruq ki, Güney Azərbaycana qarşı İranın şübhəli hakimiyyət tərzini icmal edir və burada gedən milli və insan haqlarına qıyılan qəddarlığa nəzər salırıq. İndiyə dək ara-sıra genəl ilətişmələr sunmuşuq (örnək - Say: 472/2007 İlaygün: 10 Dekabr 2007), lakin bundan buyana bu ilətişmələrə say artıracağıq.

İndi insan haqları əsrində yaşayırıq ki, hakimiyyət tərzinin keyfiyyətini yoxlamaq üçün meyarlara bunlar daxildir: insan haqlarının toxunulmazlığı, çevrənin (ətraf mühitin) korlanmasının qarşısının alınması və bu baxımdan şəffaflıqla iştirak üzrə qərar vərmə sistemi qurmaq. Aşağıdakı dərlədiyimiz bəlgələr İranın Güney Azərbaycan üzərində yürütdüyü hakiyyət tərzinə bir pəncərədir və bu sima aşkara çıxır ki, insan haqlarının toxunulmazlığından yaxud iştirak üzrə qərar-vermədən xəbər yoxdur və tərsinə ortada gedən İranın çürümüş qəsdləri daha pis müdiriyyət ilə izah olunmaz. Hazırladığımız bəlgələr bunlardır:

Cədvəl 1:   Güney Azərbaycan ziyalıları tərəfindən İranın Milli Məclisinə sunulan bəyaniyyənin tərcüməsidir ki, burada Güeny Azərbaycanın Ana dilinə qarşı gedən haqsızlıqlara bir kəsgin uyarı vardır.

Cədvəl 2:   İranın Milli Məclisinə yenidən seçilmə haqqından məhrum edilmiş Dr. Ə’ləmi və Güney Azərbaycanın başqa təmsilçilər barədə qısa bilgi vardır

Cədvəl 3:   İranın içəri millətlərin ərazı bütövlüyünü təmin etməkdənsə ərazilərini qoparıb-çıxarmasına diqqət edir

Cədvəl 4:   İran yetgililərinin Güney Azərbaycan üzərində yürütdüyü basqıların çeşidli formalarına nəzər salır

Cədvəl 5:   Güney Azərbaycanın ağır şaxtalı qış keçirməsində İranın başısoyuqca laqeydlyini izah edir

Cədvəl 6:   Yaxın keçmişdəki qamçılamarı icmal edir – ağır zəmanət ilə sərbəst etmə üçün ilətişmə hazırlamaqdayıq.

Cədvəl 7:   İran yetgililərinin Güney Azərbaycanlılara qarşı yaxın keçmişdə kəsdiyi hökmləri icmal edir

Cədvəl 8:   indiki vicdan dustaqlarından bir siyahı – bu anda dəqiq bilgi yoxdur.

Bu Genəl İlətişmədə sunulan bəlgələr Güney Azərbaycanın gündəlik statusunun bir təsviridir və İran İslam Respublikasının Güney Azərbaycan üzərində yürütdüyü hakimiyyətin şübhəli olmasını aşkara çıxardır. Hələ burada nə İranın Güney Azərbaycanın təbii sərvətlərinin talamasından söz açmış, nə də Fars bölgələrindən gətirib və bizim bölgələrdə çevrə çirkləndirən tullantıların quylanmasından bəlqə təqdim etmişik. Sizin diqqətinizə müraciət edirik ki, İranın Güney Azərbaycanda bu ibhamlı yanaşma tərzini daha səriştəsizlik ilə yaxud pis müdiriyyət ilə tənləşdirməyib və tərsinə buna bir sasımış qəsd kimi baxasınız ki, onlar ixtiyarlarını ərazı quldurluğuna sərf edirlər.

Bildiyiniz kimi İran dövleti insan haqlarına və ona dəxli olan öz müqqədəratını təyin etmə haqqı anlaşmasına qol çəkmiş. Sizin dəstəyinizə bir daha müraciət edirik ki, Güney Azərbaycanın bu haqlarına qayğı göstərəsiniz və bu haqlarımızın bərpası üçün İran dövlətindən hesabat istəyəsiniz. Güney Azərbaycan milli hərəkəti olduqca yetgin davranmış və sizin İran dövlətindən hesabat istəməniz bu hərəkətin daha təmkininə həvəsləndirici kimi xidmət edəcək. Qabaqcadan qayğınız üçün təşəkkür edirik.

Hörmət ilə: Böyük Rəsuloğlu

 Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net