Say : 481/2008

Tarix : 22 January 2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni aşağıdakı qruplara yetirin:

·         Sağlamlıq Haqqı üzrə Özəl Raporter

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Əlirza Mətinpur bəy

Bir Güney Azərbaycanlı vicdan dustağı

Sayın cənablar

SON DURUM 1: ƏLİRZA MƏTİNPUR BƏYƏ TİBBİ QAYĞI GƏRƏKDİR

Genəl İlətişməmizdə (Say: 468/2007; Tarix: 11 Novambr 2007) Əlirza Mətinpur bəyin insan haqlarının tapdanması haqda sizi bilgiləndirdik və indi də bu Son Durum 1 vasitəsi ilə əldə eldilmiş son xəbərləri hüzurlarınıza sunuruq.

İran yetgililərinin Güney Azərbaycanda yaratdıqları bilgi qıtlığı ucbatından, hələ də Əlirza Mətinpur bəy haqqında bilgi azdır və onun özünə-məxsus İlətişmə hazırlaya bilməyirik. Buna görə, əldə olan ən son bilgi ətraflı olmasa da, onları Cədvəl 1-də dərləyib hüzürlarınıza sunuruq. Lakin, güvənlə ifadə edirik ki, Mətinpur bəy İran təhlükəsizlik məmurları tərəfindən işgəncəyə məruz qalmış, və bəlli olası o indi İran yetgililəri tərəfindən bəllisizcə tutuqlanmışdır.

Vurğulamaq istəyirik ki, bu Son Durumu dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Mətinpur ailəsi ilə və yaxud onların təmsilçiləri ilə biz heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə Mətinpur ailəsindən məsuliyyət götürülmüş olsun və İran yetgililəri onları daha basqıya məruz edə bilməsin.

Ən sonda qayğılı diqqətinizə bir daha müraciət edirik ki, Mətinpur bəy tibb qayğısına ehtiyacı vardır. Ümid edirik ki, onun insan haqlarını qorumaq üçün təcili hərəkət edib və kampaniyanızı gücləndirəsiniz. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net