Say : 480/2008

Tarix : 21 yanvar 2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Sağlamlıq Haqqı üzrə Özəl Raporter

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Səid Mətinpur bəy

Bir Güney Azərbaycanlı vicdan dustağı

Sayın cənablar

SON DURUM 4: İŞGƏNCƏ QIYILMIŞ MƏTİNPUR BƏYƏ TİBBİ QAYĞI GƏRƏKDİR

Son Durum 3-ə əlavə olaraq (Say: 475/2007; Tarix: 21 Dekabr 2007), Güney Azərbaycanının görkəmli insan haqları-savunanı olan Səid Mətinpur bəyin insan haqlarını qorumaq üçün Son Durum 4-ü hüzurlarınıza sunuruq, ki o indi İran yetgililəri tərəfindən təqiblərə məruzdur.

Mətinpur bəyin tutuqlu ikən başına gətirilən qəzöv-qədər barədə güvənli bilgi əlimizə çatmışdır. Neçe qaynaqdan toplaşdırıb bilgilər bir-birlərinə uyub və Cədvəl 1 bunlara yekun vurur. İndi bəlli olmuş ki, İran yetgililəri zorakılıq ilə öz uydurma suçlamalarına zorla etiraf almaq üçün Mətinpur bəyə işgəncə qıymışlar. İran yetgililərinin zorakılıq ilə etiraf almağa şirnikmələrini bir söz-qonusu olaraq qabaqlar da altını çizmişik və ümid edirik ki, bu haqda İran yetgililərinə qarşı mandatlarınıza əsasən gərəkən təmsilçiliyi edəcəksiniz.

Vurğulamaq istəyirik ki, bu Son Durumu dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Səfəri gil və yaxud onların təmsilçiləri ilə biz heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə Seid Metinpur  ailəsindən məsuliyyət götürülmüş olsun və İran yetgililəri onları daha basqıya məruz edə bilməsin.

Ən sonda qayğılı diqqətinizə bir daha müraciət edirik ki, Mətinpur bəy təcili tibb qayğısına ehtiyacı vardır. Ümid edirik ki, onun insan haqlarını qorumaq üçün təcili hərəkət edib və kampaniyanızı gücləndirəsiniz. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net