Say : 479/ 2008

Tarix : 20 yanvar 2008

BMT, İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə

Lütfən bu İlətişməni Öz-xoşuna tutuqlular üzrə Çalışan Qrupa çatdırasınız. Eləcə də bu İlətişmə aşağıdakılara da dəxli var:

·         Sağlamlıq Haqqı üzrə Özəl Raporter

·         Qazıların müstəqilliyi üzrə Özəl raporter;

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter;

·         Qadınlara qarşı zorakılıq üzrə Özəl Raporter

Üzü     Dyke bəy vəXanım Harrison, Amnesty International, London

Sayın cənablar,

SON DURUM 1: SƏFƏRİ AİLƏSİ AĞIR İŞGƏNCƏYƏ MƏRUZ QALMIŞLAR

Son Durum 1-i xanım Səfəri və onun həyat yoldaşı Behruz Səfəri bəyin insan haqlarını qorumaq üçün hüzurlarınıza sunuruq ki, İlətişmə 1-də yazdığımız kimi (Say: 463/2007; Tarix: 6 Septambr 2007) onların İran yetgililəri tərəfindən öz-xoşuna Tutuqlu olma durumları və sərbəstliklərindən yoxsun edilmələri hələ də davam edir. Diqqət mərkəzinizi aşağıdakı bilgilərə tuşlamaq istəyirik:

Cədvəl 1:                     Xanım Səfərinin məruz qaldığı qorxunc durum üzrə raport edir; və

Cədvəl 2:                     Səfəri bəyin məruz qaldığı qoxunc durum üzrə raport edir.

Bu iki fərdə aid olan əlimizdəki xəbərlər etibarlıdırlar və onların tutuqlu ikən başlarına gətirilən qəzöv-qədəri raport edir ki, məlum olası xanım Səfəri  ürək tutmasına (səktə) tutuqlu ikən məruz qalmşdır. Verdiyimiz raportlar bir-birlərinə uyan neçə qaynağı bütövləşdirir və bunlara əsasən təhlükəsizlik zabitləri bu iki həyat yoldaşlarını bir-birlərinin hüzurunda işgəncə edib, ki onlara  hökm olunan ittihamlara etiraf etsinlər. İran yetgililərinin zorakılıq ilə etiraf almağa şirnikmələrini bir söz-qonusu olaraq qabaqlar da altını çizmişik və ümid edirik ki, bu haqda İran yetgililərinə qarşı mandatlarınıza əsasən gərəkən təmsilçiliyi edəcəksiniz.

Vurğulamaq istəyirik ki, bu Son Durumu dərləmək və sunmaq bizim təşəbbüsümüzdür və bunun üçün Səfəri gil və yaxud onların təmsilçiləri ilə biz heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə Səfəri ailəsindən məsuliyyət götürülmüş olsun və İran yetgililəri onları daha basqıya məruz edə bilməsin.

Ən sonda qayğılı diqqətinizə bir daha müraciət edirik ki, Səfəri-gilin hər ikisi təcili tibb qayğısına ehtiyacları vardırı, özəllik ilə sizin ata biləcəyiniz addımlar onlarin canını qurtarmaqda böyük rolu ola bilər. Ümid edirik ki, onların insan haqlarını qorumaq üçün təcili hərəkət edib və kampaniyanızı gücləndirəsiniz. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net