Say : 478/ 2008

Tarix : 13 yanvar  2008

Guney Azerbaycan Problemi

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə

            Lütfən bu məktubu aşağıdakı qruplara çatdırasınız:

·         Çağdaş irqçilik, irqi ayrı-səçkilik və qatlaşmazlıq üzrə Özəl Raportər

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup,

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər

Üzü     Xanım Harrison və Dyke bəy,  Amnesty International, London

 

 

Cənab. Abbas Ləysanlı

 

Vicdan dustağı

Sayın cənablar

SONDURUM 10:  ZƏFƏR İLƏ BOYUN ƏYMƏZ CƏNAB LƏYSANLI İRAN İRQÇİLİYİNİN QIYDIĞI QAMÇILAMAĞI SOVUB VƏ HAYLADI: ÖLÜM OLSUN KÖLƏLİYƏ, YAŞASIN AZƏRBAYCAN

Cənab Abbas Leysanlının insan haqlarını qorumaq üçün Son Durumu 10-u hüzurlarınıza sunur və onun 30 Dekabr 2007-də İran irqçiliyi qarşısında inanılmaz qələbəsini raport ədirik. O bu ilaygun-də Güney Azərbaycan milli hərəkətini paradiqma yerdəyişməsi məqamına gətirib çıxartdı; və eləcə də aşağıda bu qənaəti ifadə ədirik ki, o bu ilaygün-də insan haqları çağın-sırası üzərində yeni bir cığır açdı. Cədvəl 1 bu gün ərzində baş verən olayların addım-addım raportunu sunur, lakin bu günün mahiyyəti aşağıda yığcamca açıqlanır:

·         Son Durum 1 (Say: 399/2006; İlaygün: 18 October 2006) cənab Ləysanlıya qarşı İran yetgililəri tərəfindən öz-xoşuna kəsilən hökm barədə sizi bilgiləndirdi, ki iyrənc qamçılama da bu hökmə daxil idi.

·         Son Durum 8 (Say: 474/2007; İlaygün: 21 Dekabr 2007) İran yətgililərinin qamçılama hədəsinin yerinə yetirmə cəsarəti üzrə sizi ayıq-sayıq etdi və bu hədə doğrulanınca Son Durum bəlgəsini dərləyib hüzurlarınıza çatdırdıq.

·         Son Durum 9 (Say: 476/2007; İlaygün: 29 Dekabr 2007) isə bizdə olan ümid qığılcımını dilə gətirdi və belə ifadə etdi ki, bəlki də İran yetgililəri içrə burunlarına insaniyyət iyi dəyən bir eşelon da tapılsın və get-gedə Güney Azərbaycanın milli hərəkətinin bir örnəyi kimi ortaya çıxan cənab Leysanlıya qarşı yürüdülən bu hədədən vaz kəçməli olmalarını işləsinlər. İran yetgililəri hədəni gerçəklətməkdən ötəri və qamçılama zərbələrini endirməkdən ötrü dörd-nala çapmaları bizdə olan-qalan ümidimizi də puça çıxartdı. Bunlara baxmayaraq, cənab Leysanlı İran yetgililərinin öhdələrindən gəldi və öz igidliyini və təmkinini məharət ilə sərgiləndirərək, Cədvəl 1-də şərhimiz üzrə, basqınçılara göz verib işıq vermədi və onları yerlərində oturtdu.

Cənab Ləysanlının hesabina bir daha etibar budur ki, o İran yetgililərinə qamçılanmağa boyun əyməmək qələbəsində “gücsüzlük mövzei”-indən qolu-bağlı durumda olar ikən çıxış etmiş. Biz belə bir mübahisə irəli sürürük ki:

1.                             İran yetgililəri qamçılama hədəsinin inadına mindikdə, bu iyrənc hərəkəti Güney Azərbaycan millətindən öc-almağa sarı yönəltdilər. Buna görə cənab Leysanlı öz millətinin milli və insan haqlarını qolu-bağlı olmasına baxmayaraq, tək-başına savundu. İran yətgililərin qıldıqları hərəkət, Əvrənsəl İnsan Haqları Bildirgəsinə qol çəkən bir yetgiliyə yaxışan deyil idi. Eləcə də cənab Leysanlının işə saldığı taktik viziyonlu idi və ancaq bir hərəkətdə el-örnəyi qabiliyyəti olan fərdlər belə bir bacarığa yiyələnə bilərlər.

2.                             Cənab Leysanlı bir şairdir və elə bu əsasda da insan haqları gövdəsindən ilhamlanar və eləcə də bu bildirgənin nüfuzuna dərin idraki vardır. Axı, Əvrənsəl İnsan Haqları Bildirgəsinə söykənmədən necə mümkün ola bilərdi ki, İran qazamatlarının çuxurlarında dəmir-qıynaqları ilə qırbaclamaq istəyən dehşətli İran yetgililərinin qarşısında müqavimət göstərmək olsun?

3.                             İnsan haqlarının toxunulmazlığı onda qorunur ki, o savunsun. Eləcə də insan haqları gövdəsi əvrənsəldir və bu o deməkdir ki, bu gövdəni qorumaq istəyən hər bir fərd, hətta yerli ölçüdə olsa da, xidmətləri beynəlxalqdir. Demək, bu zəfərli olay gedişatında cənab Leysanlının insan haqları uğrunda apardığı mübarizə insan haqları gövdəsini dirçeltməkdə bir beynəlxalq xidmət idi.

4.                             Fırıq İran yetgililərini yerlərində oturdan cənab Ləysanli, bir möhkəm ibrət dərsi verdi və bunun nəticəsi insan haqları çağın-sırasında gözə-çarpan bir iz buraxdı.

İnsan Haqları çağın-sırasında bu olayın qazanacağı bərəkətinə bizim dünya xəbər vasitələrinə də bir mesajımız vardır ki onlar bir fürsətin itginləşməsinə yol verdilər və eləcə də sözümüz bəzi insan haqları qurumlarına yönəlir ki, bu xüsusda təfavütsüzlüyə qapındılar. Bu olayın gedişatını dünya xəbər vasitələrində dərc ətməmək dünya xəbər vasitələrində hay-küyə şirnikməni aşkar edir və bura da viziyonlu insan haqlarını savunmağa iştahsızlığı ifşa edir. Qoy bu olay bir sənəd olsun ki, insan haqlarının toxunulmazlığını qorumaq uğrunda meydan oxunmuş və qoy xəbər vasitələri və insan haqları qurumları bilgilənsinlər ki, onların bu dəfə-ki dinməzlikləri insan haqları toxunulmazlığına görükən miqdarda zərbə endirdi. Öz hüdudlarına mütənasib, hər bir hüquq müdafiəçisi, şəxs və qurumlardan da apardıqları fəaliyyətdən təşəkkür edirik.

Bir başlıca qalan sözümüz də budur ki, indicə cənab Leysanlı başqa bir həbsxanada qeyri-qanuni olaraq saxlanılır, baxmayaraq ki onun dustaqlıq hökmü bitmiş. Milli hərəkətimiz uğrunda bir el-örnəyi kimi ortaya çıxan cənab Leysanlı ilə əlaqədar, Güney Azərbaycan milləti nigəranlı anlar yaşayır. Nə qədər ki, cənab Leysanlı bu fırıq İran yetgililərinin qeyri-qanuni ixtiyarlarındadır, ortaya çıxan sarsıntılar davam edəcəkdir.

Milli və insan haqlarını qorumaq uğrunda BMT-yə tapşırılan mandatların cənab Leysanlını qorumaq üçün indiki qədər ovsanaya düşməmişdi. Bu mandatların uyğulamalarını qeyd edərək, ümid edirik ki, İran yetgililərindən cənab Leysanlının sağlamlığını və toxunulmazlığını ap-açıq tələb edəcəksiniz. Qabaqcadan qayğınız üçün təşəkkür edirik və ümid edirik ki, sizə tapışırılmış mandatlara sadiqsiniz.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net