Say: 470/2007

Tarix: 08..12.07

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London

Səid Mətinpur

Sayın cənablar

SON DURUM 1:   İNSAN HAQLARI SAVUNAN VƏ JURNALİST SƏİD MƏTİNPUR HAQQINDA İLƏTİŞMƏ

Səid Mətinpur bəy ilə əlaqədar İlətişmə 2-ə (bax: Say 458.2007; Tarix 22 İyul 2007) Son Durum 1-i hüzurlarınıza sunuruq. Bu vicdan dustağı Güney Azərbaycan jurnalisti ve insan haqları savunanıdır və 200 gündən çoxdur ki, İran yetgililəri tərəfindən sərbəstliyindən yoxsun edilmişdir.

ASMƏK-in raportuna görə Mətinpur bəy, bir başqa Güney Azərbaycanlı vicdan dustağı, Cəlil Qənilu ilə birgə, 4 Dekabr 2007-də Evin həbsxanasına geri göndərilmişlər. Mətinpur bəy elə həmən gündə həyat yoldaşı, Ətiyə xanımla telefon əlaqəsi qura bilmiş idi. Evin həbsxanasına son dəfə köçürülmədən əvvəl 50 günlük  heç kimin Mətinpur bəydən belə xəbəri yox idi.

Bu iki vicdan dustaqları İran yetgililəri tərəfindən Evin həbsxanası və Zəngan tutuqlanma hücrələri aralarında sürükləndirilirlər. Anlaşılası, buna səbəb İran yetgililəri onlardan tələb edirlər ki, etiraf məqamında televizia müsahibəsinə boyun əysinlər vəyaxud quraşdırma ittihamlara etiraf edib qol-çəksinlər. İran yetgililəri onları həbsxanalar aralarında sürükləməkdən əlavə şayiələr də yayıb və bu yetgiliyə yaxışmayan yollar ilə bizim xalqı ve bu vicdan dustaqlarının ailələrini nigaran qoyub və Güney Azərbaycan milli hərəkətini axsatmaq xəyalındadırlar.

Metinpur bəyin tutuqlanma müddəti 200-günlərə çatmış və bu müddət ərzində:

·         O sadəcə iki dəfə anası ilə qısa görüşmə imkanı tapa bilmiş və bir dəfə də həyat yoldaşı Ətiyə xanımla iki cümləlik belə telefon danışığı ola bilmişdir.

·         İran Təhlükəsizlik idarəsindən sızan xəbərlərə görə o yaxalandığı gündən təcridi hücrələrdə saxlanılır və şiddətli işgəncəyə məruz qalmışdır.

·         Hələ də İran yetgililəri ona qarşı formal ittihamlandırma aktını etməmişlər; və

·         Hələdəki var o vəkil  ilə müdafiə olunma haqqından yoxsundur.

Mətinpur bəy bu acınacaqlı duruma məruz qalmaqda tək deyildir. Elə onun öz doğma şəhərindən olan fikirdaş vicdan dustaqları eyni durumdadırlar. örnək üçün: Cəlil Qənilu, Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla xanım Səfəri vesaiyrə.

Bu vicdan dustaqlarının savunmalarının öhdəsindən yalnız sizdə olan insan haqlarını qoruma mandatı gələ bilər.

Səid Mətinpurun haqqında İran dövlətindən məlumat istəməklə onun durumunun pisləşməsinin qarşısını almağınızı xahiş edirik.  Qayğınız üçün qabaqcadan minnətdarıq.

Hörmət ilə:      Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net