Tarix : 11.11. 2007

 Say : 468 /2007

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

         Lütfən bu məktubu aşağıdakı qruplara çatdırasınız:

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup,

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Xanım Harrison Dyke bəy,  Amnesty International, London

Avropa Şurası

Kütləvi İnformasiya vasitələri

 

 

 

 

 

 

 

 

 

 

Sayın xanımlar və cənablar,

İlətişmə: Güney Azərbaycanda son durum

Güney Azərbaycanın indiki durumu haqda yeni bir İlətişmə hüzurlarınıza sunuruq ki, İranda Fars irqçilik hakimiyyəti Güney Azərbaycan millətinin milli və insan haqlarını inadla tapdamasına davam edir. Bu İlətişmə, 13 Septambr 2007-də göndərdiyimizdən bəri, ələ gələn bilgiləri sahmanlayıb və onları aşağıdakı cədvəllərdə dərləyir:

Cədvəl 1:  Güney Azərbaycanın vicdan dustaqları ilə İranın öz-xoşuna davranışlarını xülasəcə əks etdirir;

Cədvəl 2:  İran yetgililəri tərəfindən Güney Azərbaycan fəallarına qarşı qadaqda saxlama və məhkəmələri süründürmə mexanizmindən isifadə etmələrini xatırladır

Cədvəl 3:  Güney Azərbaycan öyrənicilərinin Toplaşma (association) Haqlarını İran yetgililəri tərəfindən öz-xoşuna sarsıtmalarını ötərgi nəzərdən keçirir;

Cədvəl 4:  İran yetgililərinin Güney Azərbaycan mədəniyyətinə qarşı qəddarlıqla qıymalarını göstərir ki, hətta öz doğma yurdlarında belə qabaqcadan iznli fəaliyyətləri aparmaqda da azarlanırlar! 

Yuxarıdakı bilgilər və onlar ilə yanaşı qabaqca göndərdiyimiz İlətişmələr buna tanıqdır (şahid) ki, İran yetgililəri Farsçılıq uğrunda irqçi, öz-başına və qeyri demokratik siyasət yürüdür. İran yetgililəri ard-ardına Birləşmiş Millətlər Təşkilatının insan haqları bəyannaməsini ayaqlar altında əzib, orada yaşayan millətləri məhv etmə çabaları sizlərə gün kimi aydındır. Lakin ümid edirik ki, dünya ictimaiyyəti İran adlanan ölkənin əhalisini təşkil edən fərdlərin və millətlərin fərdi və insan haqlarına hayan olmağa həssaslıq göstərəcəklər.

Üstəlik sizə və başqa beynəlxalq təşkilatlara illər boyu təqdim olunan İlətişmələr vasitəsi ilə Güney Azərbaycanın ədalət uğrunda demokratik mübarizesine şahidsiniz. Bildiyiniz kimi Azərbaycan Milli Hərəkatının  İranda milli haqları demokratik üsullarla tələb etməsi və Tehran hakmiyətinin asdı- kəsdi siyasətı barədə bu komitənin sizə və başqa beynalxalq təşkilatlara yazdığı çeşitli məktublarda açıqlanmışdır. Həmçnin Amnesty İnternational-ın çox saylı bəyanatı ana dilində məktəb istəyən 30 milyonluq bu xalqın necə asılıb- kəsildiyini göstərməkdədir.

Bu siyasət özəlliklə bugünkü hakimiyətin mühafizəkar qanadının iş başına gəlməsi ilə inanılmaz şəkildə artmışdır. Bugün insanların fərdi haqları və millətlərin milli haqlarının tapdalanması bütün dünyaya açıq və aydındır. Bütün bu çabalara baxmıyaraq, İrana yeni prezident gətirilən Mahmud Əhmədinəjad dönəmində bu təzyiqlər qat-qat artmışdır. Bəlkədə beynalxalq insan haqlarını müdafiə qurumlarının və özəlliklə Birləşmiş Millətlər Təşkilatının qayqısızlığı nəticəsindədır ki, son zamanlar basqılar daha da artmışdır. Güney Azərbaycanda hakimiyyət tərəfindən uyğulanan bu qeyri insanı davranış, rast-gələ tutuqlama, etiraf almaq vəya Tv müsahibəsi almaq üçün şkəncə, iqtisadi təzyiq, tutulanların ailələrinə hədə-qorxu, gəncləri məhkəmələrdə süründürərək  hər gün bir cəza hökmünün çıxarılması və sayirə kimi hadisələr bu iddeanın sübutudur.Keçən bir iki ayda bdurumun təhlili aşağıda verilən cədvəllərdən də bəllidir.

Millətimizə olan bu təzyiqlərin artan nisbətlərdə dəvam etməsini nəzərdə alaraq, sizdən israrla xahiş ediri ki, Güney Azərbaycan probləminə biganə qalmıyaraq, bu dehşətli vəziyətin qarşısını almaq üçün əlizdən gələni əsirgəmiyəsiz. Özəlliklə İran dövləti, BMT- nin bir üzvü kimi insan haqları bəynnaməsi və “milli müqəddərati təyin” bəynnaməsini imzaladığına görə bu zülmün qarşısını almaq üçün sizin əlinizdə olan imkan inkar edilməzdir. Lütfən müdaxilə edərək bir millətin yer üzündən silinməsinin məsuliyətində iştirak etməyin.

Sonunda artırmalıyıq ki, yanvar 2007- də bizim komitənin bəzi məsulları Jenevdə BMT insan haqlari ali komiserliyi məsullari ilə görüşdə yuxarıda adı çəkilən siyası zindani və fəalların çoxunun adres və telefonlarını təqdim etmişdir. Sizdən bir ekipin Güney Azərbaycana səfər edərək onlarla əlaqə yaratmaq, görüşmək və dərdlərini dinləməsi özü- ozlüyündə həyatlarını qarantı altına alar düşüncəsindəyik.

Hörmət ilə

Böyük Rəsulğlu

Dünya Azərbaycanlılarının haqlarını Müdafiə Komitəsinin sədri

Cədvəl 1     İran Yetgililəri Tərəfindən Öz-xoşuna Sərbəstliklərindən Yoxsun Olunmuş Güney Azərbaycan Vicdan Dustaqları

No

Name

Conditions

 1

Ilğar Mərəndli (Yaqub Saliki niya)

O (34 yaşli və Mərəndlidir) bir jurnalist və insan haqlarını savunan Güney Azərbaycan milli hərəkətinin fəalıdır və ASMƏK-in qurucularındandır. Gecə saat 7-də 31 Oktobr 2007-də məmurlar onun Tehranda evinə tökülüb və həyat yoldaşı xanım Baharək-in dediyinə görə iki saat evi əndər-döndər edəndən sonra onun bütün kitablarını və CD-lərini müsadirə ediblər bir haldakı onlarda heç bir qeyri-qnuni materyal yox idi. O bir naşirdir və çoxlu Azərbaycan dərgilərində iştirak edib

 2

Dr Məhəmmədəli Heydəri

O (40-yaşlı və Mərəndlidir) bir jurnalistdir və Təbriz və Marağa Universitetlərinin siyasi elmlər ustadıdır. O 27 Oktobr 2007-də axşam saat 4.00-də Tehranda iş yerindən çixanda yaxalanmış. Məmurlar onu evinə götürüb və evini əndər-döndər edəndən sonra, onun kitablarını, CD-lərini və bilgisayar vəsaitini müsadirə etmişlər və özünü də tutuqlamışlar.

3

Mir Qasım Seyyidinzadə

O (27 yaşlı və Culfalıdır) bir jurnalistdir və milli hərəkətin qabaqkı fəallaindan idi. 27 Oktobr 2007-də tutuqlanmış və Evin həbsxanasının 207 Bölməsində saxlanılır.

4

Məhəmməd Nusrəti

O (33 yaşlı və Xoyludur) 2 ay olar ki Evin həbsxanasında saxlanılır. Ankar Universitetində statistik üzrə ali təhsilat keçirməkdədir və xəstə anasının görüşünə gedərkən həyat yoldaşı xanım Şəhrzad Azərmi (o da İngilis dili üzrə elmlər doktorluğu araşdırması aparmaqdadır) ilə birgə sərhəddə təhlükəsizlik məmurları tərəfindən yaxalanmış. Hər ikisi də xəse ananın ölməsindən sonra buraxılmışlar lakin Nüsrət yinə də tutuqlanıb və Evin həbsxanaya aparılmışdır. İndiyə dək onla görüş mümkün olmamışdır.

5

Abbas Leysanlı

O bir ildən artıxdır ki, Ərdəbil zindanında saxlanılır. Onu müxtəlif ittihamlarla gündə bir məhkəməyə çağırıb, yeni hökmlər verirlər. Ailəsi şiddətli təzyiq altında xəstələnib, Təbriz şəhərinə həkimə getməsinə də manie törədilir.

6

Səid Metinpur

O bir jurnalist və insan haqları müdafiəçisidir ki, 4 ay öncə Zəncanda yaxalanıb, Tehranın Evin zindanında aylar şkəncə olaraq peşmanlıq istəyinə rədd cavab verib. Bu müddət içərisində ailəsi ilə ancaq iki dəqiqə telefonda danışa bilb. Hələ də onun ittiham bəlgsi verilməmişdir.

7

Elirza Metinpur

Səid Mətinpurun qardaşı Əlirza Mətinpuru da tutuqlayaraq Zəncan zindanında saxlanır. Ailəsinə şiddətlə təzyiqlər olunur.

8

Ilyaz Yekanlı

İlyaz yekanlı, bir il civarında Urmu zindanında saxlanılmışdır, ağır sağlamlıq probləmi yaşamaqdadır, həkim icazəsi verilmir.

9

Behruz Səfəri

O iki aydan artıqdır ki, heç bir dəlil göstərmədən yaxalanıb, saxlanıldığı yer məlum olmasada Zəncan zindanında olduğu gələn xəbərlər arasındadır.Bu günə qədər hələdə ittihamı açıqlanmayıb.

10

Xanım Leyla Heydəri

O yuxarıda adı çəkilən Behruz bəy Səfərinin həyat yoldaşı, ərindən neçə gün sonra yaxalanıb, Zəncan zindanında saxlanılmaqdadır.

11

Elman (mehdi) Nuri

Bu 21 yaşında tələbə Urmu zindanında ağır hökm və durum altındadır. Universitəni bitirmək üçün sadəcə bir imtahanı qalmışdı, ancaq onada icazə verilməmişdir.

12

Cəlil Qənilu

O 4 ay öncə yaxalanaraq Zəncan zindanında saxlanılır. Bu günə dək ittihami iblağ olmamışdır. Evin zindanında ağır işgəncələrə məruz qalmışdır.

13

Saleh Kamrani

O vəkildir və təqribən iki ay öncə Kərəc şəhərində yaxalanıb, Tehranın Evin zindanında saxlanılır. Öz başınalıqla yaxalanaraq ona ittiham irəli sürülməmiş; ailəsi ilə iki dəqiqəlik telefon əlaqəsi olub.

14

Abdullah Abbasi-Cəvan

O Məhəndis və Tehran universitəsinin müəllimidir. Təqribən iki ay öncə Tehranda yaxalanıb və Evin zindadında saxlanılır. Ailəsi ilə görüş imkani tapa bilmir.

15

Əmir Abbas Bənnayi Kazimi

O iki il zindan hökmü alaraq indi Təbriz zindanında saxlanır.

16

Əli Şadi

6 ay zincan hökmü alaraq indi Təbriz zindanında saxlanılır.

17

Əsgər Əkbərzadə

Təhsil ilinin başlanğıcında etiraz etməyi üçün Ərdəbildə 105 Ümumi Məhkəmə tərəfindən 4 ay cəzayi həbsə məruz olmuşdur. O indi Ərdəbil zindanında saxlanılır.

18

Vədud Səadəti

O təqribən iki ay öncə iş yerindən yaxalayıb apararaq mağazasını da bağlamışlar. İndi Ərdəbil zindanında saxlanılır, ittihami milli fəaliyət olsada yazılı olaraq təqdim etməyiblər. 

19

Cavad Həsən Pur

geçən il Əhər təzahüratında iştirak la gunahlandırılıb və indi Təbriz zindanında saxlanılır.

20

İbrahim Muini

O zindan hökmü alaraq indi Urmu zindanında saxlanılır.

21

Riza Pashai

O tələbədir və indi Urmu zindanında saxlanılır.

22

Xanım Məhnaz Məhəmmədi

O Urmuda tələbədir və 6 ay zindan hökmü alaraq yaxında özünü təslim etməlidir.

23

İrəc Naci

O indi Xoy  zindanında casusluq ittihami ilə saxlanılır.

24

Hüseyn Ferihudə

O indi Xoy  zindanında casusluq ittihami ilə saxlanılır.

25

Hadi Həmidi Şəfəq

O tələbədir və indi Urmu zindanında saxlanılır.

26

Mustafa Meydannəvərd

4 ay cəzayi hökmə məruz qalmış və Urmu həbsxanasındadır. O Doqquz Pillə həbsxanasında 12 günlük işgəncə edilmişdi.

 27

Möhsün Hüsenzadə

Ona qarşı cəzalı 6 aylıq öz-xoşuna kəsilən hökm Urmu İstinaf Məhkəməsində qətiləşmiş. Bu dosya onun Daş-Makıda 2006-inci təhsil başlanğicında Ana Dili uğrunda iştirak etdiyi etirazdan irəli gəlmişdir. O ardı kəsilmədən İran yetgililəri tərəfindən pan-Türkçülük kimi ittihamlara və hədələrə məruzdur, ki bunlar qanun üzrə keçərli deyillər.

28

Məhəmməd Nəsiri

Ona qarşı cəzalı 6 aylıq öz-xoşuna kəsilən hökm Urmu İstinaf Məhkəməsində qətiləşmiş. Bu dosya onun Daş-Makıda 2006-inci təhsil başlanğicında Ana Dili uğrunda iştirak etdiyi etirazdan irəli gəlmişdir. O bir həftə işgəncəyə məruz qalmışdır və zəmanət ilə həbsdən çıxandan sonra kök-salmış boğaz xəstəliyinə məruzdur. Bu tipli xəstəliklər başqa vicdan dustaqlarında da müşahidə olunur.

29

Xanım Mərziyə Purnəqi

Bu 46 yaşlı xanımın 4 Noyabr 2007-də təhlükəsizlik məmurları evinə hücum edib və axtarış adı ilə evi alt-üst etmişlər. Onun şəxsi əşyalarını, CD və bilgi-sayarını müsadirə edib, və özünü də tutuqlamışlar. Qabaqkı illər də o fəal idi. İndi isə ondan heç xəbər yoxdur və ailəsinin hər ciddiyyəti ondan xəbər almaq üçün puça çıxmışdır.

30

Hac Əli Məhəmmədi

O Güney Azərbaycanlı fəallardandır və Sulduzun Yadigarli kəndindəndir. Beynəlxalq ana dili gününü şənlik edəndə yaxalanmış. Ona kəsilən hökm 30 qamçı zərbəsi, 2 milyon tümən xərimə və 4 ay həbsdir. İyrənc qamçılama işi ona qarşı qıyılıb və həbsini də başa çatdırmış, lakin cəriməni verə bilmədiyi üçün zindana ehzar olunub.

31

Ramin Bəhramnəjad

Muğanlı və Təbrizdə May 2006 Kütlə Etirazlarında iştirakları üçün Təbrizdəki İnqilab Məhkəməsi tərəfindən 80 qamçı zərbəsinə qatlaşmalı olmuşdur.

32

Siyamək Təvəssüli

Muğanlı və Təbrizdə May 2006 Kütlə Etirazlarında iştirakları üçün Təbrizdəki İnqilab Məhkəməsi tərəfindən 80 qamçı zərbəsinə qatlaşmalı olmuşdur.

33

Həsən Balayi

Muğanlı və Təbrizdə May 2006 Kütlə Etirazlarında iştirakları üçün Təbrizdəki İnqilab Məhkəməsi tərəfindən 80 qamçı zərbəsinə qatlaşmalı olmuşdur.

34

(Hamid ?) Xakpur

Muğanlı və Təbrizdə May 2006 Kütlə Etirazlarında iştirakları üçün Təbrizdəki İnqilab Məhkəməsi tərəfindən 80 qamçı zərbəsinə qatlaşmalı olmuşdur.

35

Mənsur Ciddi

Təhsil ilinin başlanğiçında etiraz etməyi üçün Ərdəbildə 105 Ümumi Məhkəmə tərəfindən 4 ay cəzayi həbsə məruz olmuşdur.

36

Əmir Hüsen Müvəhhidi

O Xiyovlu bir jurnalistdir və “bir qeyri-qanuni qrupda ara-qatma qəsdi ilə iştirak ətmə” ittihamı ilə 5 aylıq və “milli əmin-amanlığı pozma ittihamı üçün” 5 aylıq həbsə məhkum olmuşdur


 

Cədvəl 2         Qadaqda Saxlanma üçün Məhkəmələrdə Süründürülən Fəallar

1

Siyamək Mirzai

O tələbədir və Oktobrun 8-də Muğanda yaxalanaraq ağır işgəncə olduqdan sonra yaxında məhkəməyə çağırılacağını söyləyiblər. Bu cavan işgəncədən gördüyü xəsarət üzündən indi yeriyə bilmir.

2

Həbib Mehri

O Təbrizdə Fars dilində təhsilatın aparılmasına qarşı etirazlarda səbəbindən yaxalanıb və zəmanət ilə buraxılmışdı.

3

Mesud Sultani

Məsud Sulatani, milli fəaliyətinə görə yaxalanın, indi Ərdəbil zindanındadır.

 4

Qadaqda saxlananlar

·   Keçən raportumuzun cədvəlində göstərdiyimiz kimi 200-dən artıq fərdlərin mühakimə olunma hədəsi ilə qadaqda saxlanırlar.

·   Bir örnək: 22 May 2006 dirçəlişində Qoşaçayda yaxalanmış, sonra ağır zəmanətlə müvəqqəti buraxılmış 27 nəfərdən vardır

·   Bunlardan aşağıdakılar Soyuqbulaq məhkəməsinə çağırmışlar.

5

Behbud Qulizadə

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

6

Calal Kudərilu

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

7

Möhsün Fəramərzi

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

8

Şahin Həsəni

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

9

Əli Sultani

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

10

Əmir Ağazadə

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

11

Behkam Məhəmmədi

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

12

Dariyush Endelibiyan

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

13

Mustafa Dovletkhah

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

14

Murtuza Lek

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

15

Eynullah Ahengeri

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

16

Emir Seqefi (Theqefi)

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

17

Veli-ullah Zohrabi

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

18

Yusuf Shukrullahi

Ağır zəmanət məruzdur və Soyuqbulaq məhkəməsinə çağrılmışdır

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cədvəl 3   İran Yetgililəri Tərəfindən Güney Azərbaycan Öyrəniciləri və Onların Qurumlarına Qarşı Basqılar

1

Güney Azərbaycanın bütün biliyurdlarında özəlliklə Təbriz, Urmu, Ərdəbil və zəncanda milli təfəkkürdə olan tələbələrin böyük əksəriyətini tutuqlayıb, onlara saxta dosyalar hazılayıblar. Bir çox Güneyli tələbə ya zindanda, ya universitədən qovulmuş vəya imtahanlara buraxılmamışdır.

2

Güney Azərbaycanın bütün universitələrində tələbələrin yaratdığı mədəni və kültürəl ocaqlar bağlanıb.

3

Bu biliyurdlarda tələbələrin çıxardığı bütün dərgi, elmi- ictimai yazı bultənləri və sairə qapatılıb.

4

Heç bir şəkildə tələbələrin bir araya toplşaraq, mədəni toplantılar, elmi seminarlar vəya kültürəl və musiqi yığvaları geçirməyə icazə verilmir.

5

Germi-də Addım adlı öyrənicilər tərəfindən yayımlanan dərgi də dayandırıldı

Nota: Bunu qeyd etməliyik ki, imkanlarımızın məhdud olduğu üçün təəssüflə öyrənici qurumlarımızın insan və toplaşma haqlarından müdafiə edə bilməmişik.

 

 

 

 

 

 

Cədvəl 4   İran Yetgililəri Tərəfindən Güney Azərbaycan Mədəni Qurumlarına Qarşı Basqılar

1

Məşhur Güney Azərbaycan musiqi şünasi Həsən bəy Azərbaycanın öz hesabına  30 ildir açıb işlətdiyi musiqi məkətəbini plomb etdilər. Xatırlatmalıyıq ki, bu şəxsi 22 may 2006 dirçəlişində yaxalayıb 6 ay zindanda saxladıqdan sonra bir məhkəmədə suçsuz tanıyaraq buraxdılar. Ancaq sonradan əllərində heç bir məhkəmə hökmü olmadan məktəbini qeyri qanuni olaraq bağladılar.

 2

Güney Azərbaycanləların ən keyfiyətli və tanınmış ədəbi- mədəni jurnalı olan Dilmac-i heç bir məhkəmə olmadan Septambr ayının 25- də bağladılar. Bu jurnal 4 il öncə tanınmış güneyli şəxsiyət cənab məhəndis Əlirza Sərrafı müdürlüyü  ilə Təbrizdə nəşr olmağa başladı və 30  sayı çapdan çıxdı. 22 may 2006 hadisələrindən sonra bu məsul müdirə basqılar edərək onu Tehrana köçməyə məcbur etsələrdə orada bütün imkansızlıqlara baxmıyaraq çətinliklə jurnal dəvam edirdi.

3

Güney Azərbaycanın Urmu şəhərində tanınmış şəxsiyət cənab məhəndis Həmid Şafeinin başçılığı ilə qurulmuş və illərdən bəri fəaliyət göstərən “ bilim yolu” ocağıda Oktobr ayının 9-da qapatılmışdır. Bu ocaq ancaq Azərbaycan dili, ədəbiyati, musiqisi və başqa mədəni sahələri ilə məşqul olurdu. Bu yolda yazılı matiryallar, CD-lər və vidio kasetlər hazırlayıb təqdim edirdi.

4

Urmu şəhərində çıxan Urmunun Səsi jurnali İyul ayının 20- də telefonla bildirilən qaqanma hökmü ilə bağlanmışdır. Heç bir dəlil , sübut və dindirmə olamdan bu qapatma hökmünə jurnalın müdiri Məhəmməd Riza Xadimi Şəms etiraz edib, araşdırma istəsə də bugünə qədər cavab alınmayıb və jurnalın nəşri dayandırılıb

5

Keçən ay cənubi Azərbaycanın Təbriz şəhərinin fərmandarının anti-milli fərmanı əsasında, ölkədə Azərbaycan Türkcəsindən istifadə etməyə qadağan gətirildi. Bu fərmanla Azərbaycanda şəxsi iş yerlərində, supermarket və mağazalarda, tablo və təbliqat bülletin və afışlərində və bütün başqa gözə çarpan yerlərdə ana dilimizdə olan sözlər və kəlimələrdən istifadə etmək yasaqlanmışdır. Bu yasaqlanmaya etiraz edən Təbriz millət vəkili Dr. Əkbər bəy Ələmi olmuşdur və İranın daxili işlər nazirini məclisə çağırarq sorğu ilətmişdir. Hələ də nazir bu suala öz-xoşuna yanaşması barədə Azərbaycan millətindən üzr istəməmişdir.

6

Səttarxan Öcagi Şeir  geceleri  dayadırılıb. Bu mədəni fəaliyyət Tehranda Səttarxan Mədəniyyət Ocağı tərəfindən idarə olunardı və iki həftədən bir fəaliyyət keçirilərdi.  8 Noyabrdan bəri bu fəaliyyət de dayandırılıb.

 

 

 

 

 

 

 

 

 

 

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net